Gədəbəy şəhəri ilə ABŞ-ın Oklahoma şatatının Stilluater (Stillwater) şəhəri arasında qardaşlaşma memorandumu imzalanıb - FOTOLAR

13:04 | 09.11.2019
Gədəbəy şəhəri ilə ABŞ-ın Oklahoma şatatının Stilluater (Stillwater) şəhəri arasında qardaşlaşma memorandumu imzalanıb - FOTOLAR

Gədəbəy şəhəri ilə ABŞ-ın Oklahoma şatatının Stilluater (Stillwater) şəhəri arasında qardaşlaşma memorandumu imzalanıb - FOTOLAR

Qardaşlaşmış şəhərlər coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olmuşdur. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanmışdır.

1957-ci il aprelin 28-də Fransanın Eks-le-Ben şəhərində Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası(WUFG) yaradıldı.

1963-cü ildə Parisdə qəbul edilən WUFG qərarı ilə Aprel ayının son bazar günü Dünya Qardaş şəhərləri günü elan olundu.  Bu gün həmin qurum öz sıralarında dünyanın 160 ölkəsindən 3500-dən çox şəhəri birləşdirir.

Anews.az xəbər verir ki, noyabrın 8-də Gədəbəy şəhəri ilə Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının Stilluater (Stillwater) şəhəri arasında qardaşlaşma memorandumu imzalanmışdır. Gəbəbəy rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayevin imzalanma törənində ən qədim insan məskənlərindən biri olan, gözəlliklər diyarı, hər qarışı tarixi abidələrlə zəngin Gədəbəyin mədəni irsi, böyük turizm və sənaye potensialı, folkloru, fauna və florası,rayonun tarixi ilə bağlı məlumatları iştirakçılarda hədsiz maraq doğurmuşdur. Gəbəbəyin tanıtım videorolikləri, broşürlər, rayonun tarixini, mədəniyyətini özünə təcəssüm etdirən, nəfis tərtibatda hazırlanmış kitab və jurnallar Oklahomanın rəhbərliyinə, o cümlədən iştirakçılara təqdim edilmişdir.

Qeyd edək ki, bu günə kimi ölkəmizin əksər şəhərləri ilə dünya ölkələrin bir çox şəhərləri arasında  qardaşlaşma memorandumu imzalanıb. Onlardan bir neçəsini təqdim edirik :


1. Bakı

- ABŞ Honolulu (Havay adaları), Hyuston (Texas)
- Almaniya Mayns - Sarayevo
- Pretoriya, Cənubi Afrika Respublikası
- Fransa Bordo
- Bəsrə, İraq
- Amman, İordaniya
- İran Təbriz
- İtaliya Neapol
- Ukrayna Kiyev
- Rusiya Moskva, Sankt-Peterburq
- Dakar, Seneqal
- Ciddə, Səudiyyə Ərəbistanı
- Türkiyə İzmir, İstanbul, Konya, Ordu
- Vunqtau, Vyetnam
 
2. Şəki

- Türkiyə Respublikası, Giresun şəhəri
- Türkiyə Respublikası, Lapseki şəhəri
- Türkiyə Respublikası, Konya vilayəti, Meram şəhəri
- Türkiyə Respublikası, Bolu şəhəri, Göynük bələdiyyəsi
- Bolqarıstan Respublikası, Qabrovo şəhəri
- Belarus Respublikası, Slutsk şəhəri
- Gürcüstan Respublikası, Telavi şəhəri
- Fransa Respublikası,  Kolmar şəhəri
- Xorvatiya Respublikası, Varajdin şəhəri

3. Gəncə

- Moskva, Rusiya
- Dərbənd, Rusiya
- Rustavi, Gürcüstan
- Kutaisi, Gürcüstan
- Olomouts, Çexiya
- İzmir, Türkiyə
- Qars, Türkiyə
- Bursa, Türkiyə
- Ordu, Türkiyə
- Ankara, Türkiyə
- Elazığ, Türkiyə
- Nyuark, Nyu Cersi, ABŞ
- Dnepropetrovsk, Ukrayna
- Düşənbə, Tacikistan
- Turin, İtaliya
- Təbriz, İran

4. Sumqayıt

- Almaniya Lüdviqshafen
- İtaliya Bari
- Ukrayna Çerkassı
- ÇXR Cu Cou
- Türkiyə Ceyhan
- Gürcüstan Rustavi
- Belarus Mogilyov
- Lints, Avstriya
- Rumıniya Piteşti
- Aktau, Qazaxıstan
- İtaliya Genuya

5. Xankəndi

- Türkiyə Ağrı
- Rusiya Kazan, Saratov
- İran Həsənli

6. Mingəçevir

- Tolyatti, Rusiya
- Gölbaşı, Ankara, Türkiyə
- Polotsk, Belarus

7. Şamaxı

- Türkiyə İğdır
- İsrail Tirat-Karmel

8. Şərur

-Türkiyə İğdır

9. Lənkəran

- ABŞ Monterrey (Kaliforniya)
 
Zaur Qənbərov
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb