Beji Kaid əs-Sebsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçin Axtarışa keçin
Beji Kaid əs-Sebsi
الباجي قائد السبسي
bayraq
Tunisin VI prezidenti
Vəzifədədir
14 yanvar 2015-dən
ƏvvəlkiMonsef Marzuki
Şəxsi məlumatlar
Doğum tarixi 29 noyabr 1926(1926-11-29)[1][2][…]
Doğum yeri
  • Sidi-Bu-Said[d], Tunis Fransa protektoratı[d][1]
Vəfat tarixi 25 iyul 2019(2019-07-25)[1][2][…] (92 yaşında)
Vəfat yeri
Vəfat səbəbi nəfəs çatışmazlığı[d]
Partiya Nidaa Tounes
Fəaliyyəti siyasətçi, vəkil, diplomat
Dini islam[4], sünnilik

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beji Kaid əs-Sebsi, Əl-Baci Qaid əs-Səbsi (ərəb. الباجي قائد السبسي‎; 29 noyabr 1926[1][2][…], Sidi-Bu-Said[d], Tunis Fransa protektoratı[d][1]25 iyul 2019[1][2][…], Tunis hərbi xəstəxanası[d][1][3]) — Tunis dövlət və siyasi xadimi, Tunisin 6-cı prezidenti. 2011-ci il 27 fevral — 24 dekabr tarixlərində ölkənin 10-cu baş naziri, 1981–1986-cı illərdə xarici işlər naziri və 1960-70-ci illərdə digər nazir və s. dövlət vəzifələri tutmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Beji Kaid əs-Sebsi 1926-cı ilin 26 noyabr tarixində Tunisin liman şəhəri olan Sidi-Bu-Səiddə anadan olub. İlk təhsilini vətənində aldıqdan sonra ali təhsil almaq üçün Fransaya yollanıb. Paris şəhərində hüquq üzrə təhsil aldıqdan sonra 1952-ci ildə vəkillik karyerasına başlayıb. Əs-Sebsinin ilkin siyasi fəaliyyəti 1941-ci ildə başlayır. Parisdə aldığı təhsili başa vurduqdan sonra ölkəsinə qayıdır və burada baş nazir Həbib Burguibanın müşvariri olaraq işləyir. 1965–1969-cu illər aralığında Tunisin daxili işlər naziri, 1969–1970-ci illərdə isə müdafiə naziri vəzifəsində çalışır. Əs-Sebsi ölkəsində 5 il nazir kimi fəaliyyət göstərdikdən sonra, Tunis Fransada səfiri təyin edilir. O, bu vəzifədə çox qalmır, 1971-ci ilin yanvar ayında ölkəsində daha çox demokratik mühitin olmasını tələb edərək vəzifəsindən istefa verir və ölkəsinə qayıdır.

Bir müddət ölkəsində əsas siyasi fiqurlardan biri kimi akitv fəaliyyət göstərdikdən sonra, 1981-ci ilin aprel ayında Məhəmməd Mzalın rəhbərliyi ilə təşkil edilmiş kabinetdə xarici işlər naziri vəzifəsini icra edir. Əs-Sebsi 5 il bu vəzifədə işləyir və 1986-cı ilin sentyabr ayında vəzifəsindən ayrılır.[5] 1987-ci ildə Almaniyaya səfir təyin olunur. 1990 və 1991-ci illərdə Tunis Nümayəndələr Məclisinin sədri seçilir. Əs-Sebsinin parlamentdəki son vəzifəsi 1994-cü ildə başa çatır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 Tunisie : le président Essebsi, symbole des ambivalences de la révolution, est mort.
  2. 2,0 2,1 2,2 2,3 Béji Caïd Essebsi // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  3. 3,0 3,1 https://www.alquds.co.uk/%D8%A7%D9%84%D8%B3%D8%A8%D8%B3%D9%8A-%D9%85%D9%88%D8%AF%D9%91%D8%B9%D8%A7-%D8%B5%D9%88%D8%B1%D8%A9-%D8%AA%D8%B2%D9%8A%D8%AF-%D8%A7%D9%84%D8%BA%D9%85%D9%88%D8%B6-%D8%AD%D9%88%D9%84-%D8%A7%D9%84/.
  4. https://www.babnet.net/rttdetail-55870.asp.
  5. "President Essebsi, a lifetime in Tunisia politics — euronews.com". 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-22.