arxa

Wiktionary saytından

[redaktə]

İsim[redaktə]

  • azərbaycanca: arxa

Mənalar :

  1. İnsanın, heyvanın dalı, kürəyi, beli. Arxasına yükləmək. Arxasını çevirmək. Arxası üstə yerə gəlmək. – Qız arxası üstə uzanıb kitab oxuyurdu. N.Nərimanov. Tutulanların ikisinin arxasında iri şələ vardı. Ə.Vəliyev. _ Arxa çevirmək – dal çevirmək, üz döndərmək. Arxası yerə dəyməmək – basılmamaq, məğlub olmamaq. Arxası yerə gəlmək – basılmaq, məğlub olmaq. Arxasın(c)a düşmək – birinin dalınca düşmək, təqib etmək, izləmək. Mədəd naharını qurtarıb qapıdan çıxdı. Kosa onun arxasına düşdü. S.Rəhimov. Arxasını işə verməmək – heç bir işdən yapışmamaq, tənbəllik etmək, işdən boyun qaçırmaq. Arxasını yerə vermək (qoymaq) – basmaq, məğlub etmək. [Vəzir:] Mən cavab verdim ki, əgər mənə yaraşsaydı, ..güləşib onun arxasın yerə qoyardım. M.F.Axundzadə.
  2. Bir şeyin dal tərəfi, geri tərəfi. Məktəbin arxa tərəfi bağdır. – Pinəçi.. dalımca gəlin, – deyib dükanın arxasına keçdi. M.İbrahimov.
  3. Müharibə xəttinin dal tərəfində, gerisində olan yer (cəbhə müqabili). Arxada və cəbhədə. Arxada qalanlar cəbhəyə kömək edirdilər. – Qabaq düşmən idi, arxa isə hər gün davam edən bombalama nəticəsində dağıdılırdı. Mir Cəlal.
  4. məc. Kömək, havadar, dayaq, himayəçi. Koroğlunun qoç arxası; Gəldi, dəlilərim gəldi! “Koroğlu”. Balamsan sən, nəyimsən? Arxamsan, köməyimsən; Mən sənin əziz anan; Sən mənim diləyimsən. (Bayatı). [Ata:] Ay bala, niyə xiffət eləyirsən, özün bilirsən ki biz kasıbıq, qohum-əqrəbamız və möhkəm arxamız yox, bizə qızmı verərlər? Ə.Haqverdiyev. _ Arxa durmaq – birinin dalında durmaq, havadarlıq etmək, müdafiə etmək. Arxa-arxaya vermək – köməkləşmək, bir-birinə kömək etmək, əlbir çalışmaq. Yeddi qardaş arxa-arxaya verib düşmənə qarşı dayandılar. Arxa vermək – arxalanmaq, güvənmək, istinad etmək. Padşahlar ancaq əcnəbilərə arxa verməklə yaşaya bilir. M.S.Ordubadi.

Tərcümələr Dünya xalqlarının dillərində[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu[redaktə]