Ərdoğan Bakı ilə yeni müqavilələri anons etdi...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasında yeni müqavilələrin imzalanacağını bəyan edib. Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağı gözlənilir. Bəs, söhbət hansı yeni müqavilələrdən gedə bilər?
Axar.az xəbər verir ki, bu suala millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov cavab olaraq Şuşa Bəyannaməsində əməkdaşlığın yeni istiqamətlərinin təsbit olunduğunu bildirib.
“Vacib istiqamətlərdən biri məhz bəyannamədə nəzərdə tutulduğu kimi, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsidir. Bu il martın 1-dən qüvvəyə minən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi artıq 15 mal qrupu üzrə qarşılıqlı güzəştlərin tətbiq olunmasını əhatə edir. Bu sahədəki anlaşmaların əsas məqsədi iki ölkə arasındakı ticarət dövriyyəsini hədəflənən həcmə çatdırmaqdan ibarətdir. Belə ki, qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bəyannamənin imzalanmasından sonra bu sahədə yeni addımların atılacağı gözləniləndir. Nəticədə iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı hədəflənir”, - millət vəkili qeyd edib.
V.Bayramov bildirib ki, beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviq edilməsinin bəyannamədə nəzərdə tutulduğunu nəzərə alsaq, bu sahədə də əməkdaşlıq güclənəcək:
“Türkiyə və Azərbaycan beynəlxalq yükdaşımalar üzrə siyasətlərini əlaqələndirmək üzrə xeyli müddətdir ki, birgə fəaliyyət həyata keçirirlər. Dəhliz Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq və bu, hər iki ölkə üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olacaq.
Bütövlükdə, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi və Şuşa Bəyannaməsinə uyğun olaraq yeni anlaşmaların olacağı gözlənilir”.
Müəllif: Mirvari Əzizova
Tarix: 22 İyun 11:59
Digər xəbərlər
Azərbaycanlılar böyük fədakarlıq göstərdilər - Nazir müavini
Gündəm
21:48
Meksika radiosunda azad olunmuş ərazilərimizdən danışıldı
Gündəm
18:49
Türkiyə yanır: niyə eko-terror, niyə indi? Hədəflər nədir?
Gündəm
09:00
Müharibənin ən faciəvi üzünü Ağdamda gördüm - Milkov
Gündəm
01:42
FHN təyyarəsi Türkiyədəki yanğınları belə söndürür - Video
Gündəm
00:03
Qarşılıqlı hörmətin təşviqində bu ən gözəl vasitədir - Əliyeva
Gündəm
31 İyul 23:52
Yanğına görə azərbaycanlılar üçün “qaynar xətt” yaradıldı
Gündəm
31 İyul 23:35
Ərdoğan FHN-çilərin işindən danışdı
Gündəm
31 İyul 22:39
FHN-in növbəti heyəti Türkiyəyə gedir - Video
Gündəm
31 İyul 21:58
Navarro: Ağdamın mənzərəsindən dəhşətə gəldik
Gündəm
31 İyul 21:37
Generaldan Türkiyədəki jurnalistlərimizə müraciət
Gündəm
31 İyul 21:06
Türkiyədəki xilasedicilərimizin əməliyyat görüntüsü - Video
Gündəm
31 İyul 20:13
Əcnəbi jurnalistlər Ağdamda
Gündəm
31 İyul 20:01
Bu, danılmaz həqiqətdir - Birinci vitse-prezident
Gündəm
31 İyul 18:39
FHN-çilərimiz Türkiyədə yanğın bölgəsində - Video
Gündəm
31 İyul 14:53
Türkiyədə yanğın, Azərbaycanın qardaş ölkəyə dəstəyi... - Video
Gündəm
31 İyul 14:43
Çavuşoğlu İlham Əliyevə təşəkkür etdi
Gündəm
31 İyul 12:52
Azərbaycan yanğınsöndürənləri Türkiyədə - Foto
Gündəm
31 İyul 00:45
Ən böyük arzularımdan biri Şuşa qalasına getməkdir - Aktaş
Gündəm
30 İyul 22:06
Azad edilmiş ərazilərin memarlıq siması müəyyənləşdirilir
Gündəm
30 İyul 21:03
Eldar Həsənova görə Prezidentə müraciət edildi
Gündəm
30 İyul 20:20
Şərqi Zəngəzurun ümumi planı hazırlanır
Gündəm
30 İyul 19:44
Qafarova Türkiyəyə başsağlığı verdi
Gündəm
30 İyul 19:35
Hadrutda mühüm iclas: Müzakirə...
Gündəm
30 İyul 19:26
Axar.az AZRUENآذ