Daha 13 erməni terrorçusunun məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində terror törətmək məqsədilə Azərbaycan ərazisinə keçən daha 13 nəfərlik erməni silahlı birləşməsinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Axar.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dəstə üzvləri - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin anket məlumatları dəqiqləşdirilir.
Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.
Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
Müəllif: Axar.az
Tarix: 22 İyun 13:00
Digər xəbərlər
İrəvanın hücum planı, Bakının cavabı: sərhəddə nə baş verir?
Gündəm
28 İyul 22:58
Baş nazirin müavini Çin səfiri ilə görüşdü - Foto
Gündəm
28 İyul 22:26
Ordumuz erməni postunu darmadağın edib çıxdı – Foto
Gündəm
28 İyul 22:08
Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginlikdən danışdı
Gündəm
28 İyul 21:46
BMT-dən sərhəddəki gərginliklə bağlı - Açıqlama
Gündəm
28 İyul 21:39
Özbəkistanlı nazir Azərbaycan gəmisində - Foto
Gündəm
28 İyul 19:40
Bakı və İrəvan arasındakı danışıqlara ümidvarıq - Zaxarova
Gündəm
28 İyul 18:33
Ermənistandan itkilərlə bağlı yeni açıqlama: say artdı
Gündəm
28 İyul 18:27
Şeyx Rou ilə görüşdü: Şuşa səfərindən danışdı
Gündəm
28 İyul 18:21
Qarabağda daha 2 erməni əsgərin meyiti tapıldı
Gündəm
28 İyul 18:03
Paşazadə Ermənistanın dini lideri olacaq - Deputat
Gündəm
28 İyul 16:23
Polad Bülbüloğlu İrəvana çağırış etdi
Gündəm
28 İyul 15:37
Sərhəddə atışma gedir, ermənilər Füzulidə meyit axtarır
Gündəm
28 İyul 13:55
“Gorbagor” qayıtdı, yeni 10 noyabr hazırlanır - Xaçatryan
Gündəm
28 İyul 13:08
Erməni baş leytenant məhv edildi
Gündəm
28 İyul 12:11
Söyüdlü yatağı fəaliyyətini dayandırdı, ermənilər təxliyə edildi
Gündəm
28 İyul 12:10
Ermənistanın Azərbaycanla sərhədində partlayış baş verdi
Gündəm
28 İyul 10:56
Ermənilərin itkisi 4-ə çatdı: Ovannisyan isə üzə çıxdı
Gündəm
28 İyul 10:35
76 yaşlı səfirin polad sirri: Bülbüloğlu niyə geri çağırılmadı?
Gündəm
28 İyul 09:21
Şəntopdan çağırış: Qarabağa gedin...
Gündəm
27 İyul 22:51
Bu səfərlərin xeyri yoxdur: Geri qaytarın! - Zülfüqarov
Gündəm
27 İyul 22:31
Ombudsman AŞPA rəsmilərinə erməni cinayətlərindən danışdı
Gündəm
27 İyul 22:12
Qarabağda daha bir erməni əsgərin meyiti tapıldı
Gündəm
27 İyul 22:03
Əliyev bundan məharətlə istifadə etdi - İsgəndəryan
Gündəm
27 İyul 21:27

Axar.az AZRUENآذ