Paşazadə Ermənistanın dini lideri olacaq - Deputat
Bütün Qafqazın Şeyx Allahşükür Paşazadəyə hər zaman hörməti olub və bundan sonra da olacaq. A.Paşazadənin həmin sözləri ilə razılaşmıram, amma mən bir dini liderin fikirlərini müzakirə etmək istəmirəm.
Axar.az xəbər verir ki, bunu Bakıpost.az-a açıqlaqmasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
Onun sözlərinə görə, A.Paşazadə öz çıxışında təkcə İranın deyil, həm də Türkiyənin adını çəkib:
“Qafqaz Müsəlmanları İdarəsinin sədri tək Azərbaycanın deyil, Dağıstanın, Gürcüstanın da dini lideridir. Gələcəkdə Ermənistanın da (oraya azərbaycanlılar qayıdanda) dini lideri olacaq. Necə ki, 1988-ci ilə qədər Ermənistan müsəlmanlarının da lideri idi. Mən də onun həmin fikirləri ilə razı deyiləm, çünki İran Ermənistana silah verirdi. Əgər A.Paşazadə İranla bağlı fikirlər söyləyibsə, bu, onun fikridir. O, məsələyə başqa cür yanaşıb, mən dini liderin fikirləri ilə razı olmasam da, onu müzakirə etmək istəmirəm. Çünki o, bizim dini liderimizdir. İranla bizi düşmən etməyin də heç bir adı yoxdur”.
A.Abbas Şeyxülislamın söylədiklərinə qarşı səslənən əks fikirlərin gələcəkdə İranla Azərbaycan arasında olan münasibətlərə mənfi təsir göstərməyəcəyi qənaətindədir:
“Bu, iki ölkə arasındakı münasibətlərə təsir göstərə bilməz. Dövlətlərarası münasibət başqa, şəxslər arasında olan münasibətlər başqadır. Bu fikirlərin dövlətlərarası münasibətlərlə heç bir əlaqəsi yoxdur”.
Xatırladaq ki, A.Paşazadə “Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xamenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fitva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” fikri cəmiyyətdə geniş rezonans yaradıb.
Müəllif: Axar.az
Tarix: 28 İyul 16:23
Digər xəbərlər
İrakli Qaribaşvili Azərbaycana gəlir
Gündəm
12:48
İsrail mediası 44 günlük savaşla bağlı sirləri açdı
Gündəm
11:52
Düşmən ən çox burada itkilər verdi - General
Gündəm
11:11
Korıbko: 44 günlük savaşın 2 “sürprizi” - Video
Gündəm
10:35
Bakının sürətli qələbəsinə kim inanırdı? – Beynəlxalq ekspertlər
Gündəm
09:13
Ermənistan sülh şərtlərini qəbul etməlidir - Pakistan səfiri
Gündəm
01:33
ABŞ-dan Bakı-İrəvan dialoqu ilə bağlı açıqlama
Gündəm
01:23
Azərbaycan Ordusu sübut etdi ki... - Ərdoğanın müşaviri
Gündəm
00:37
İtkin düşən əsgərin atası: Dedi, ata, hücuma gedəcəyik - Video
Gündəm
27 Sentyabr 23:57
Müharibə belə başladı: Peskovun işarəsi, Elmarın gedişi...
Gündəm
27 Sentyabr 23:39
Ağdam mənim üçün bir şok oldu - İrland deputat
Gündəm
27 Sentyabr 23:24
Ərdoğanın Əliyevə zəngi: Soçi görüşünə hazırlıq... - Video
Gündəm
27 Sentyabr 23:16
Qətərdəki azərbaycanlılar bəyanat yaydı
Gündəm
27 Sentyabr 23:06
Pakistan Abidəsi də bayrağımızla işıqlandırıldı - Foto
Gündəm
27 Sentyabr 22:56
BMT-dən Azərbaycan və Ermənistanla bağlı - Bəyanat
Gündəm
27 Sentyabr 22:38
Azərbaycanla Türkiyə hərbi məsələləri müzakirə etdi
Gündəm
27 Sentyabr 22:30
Xarici səyyahlar Şuşada - Foto
Gündəm
27 Sentyabr 21:53
Mina xəritələri Azərbaycana verilməlidir - AŞPA
Gündəm
27 Sentyabr 21:44
Gəlin, Ermənistana yardım göstərək... - Seyidov
Gündəm
27 Sentyabr 21:26
Britaniyalı deputatdan İrəvana: Mina xəritələrini ver!
Gündəm
27 Sentyabr 21:17
Hikmət Mirzəyev veteranlarla görüşdü - Video
Gündəm
27 Sentyabr 21:00
Ermənilər yasda, Paşinyanın oğlu isə festivalda çaxır içir - Foto
Gündəm
27 Sentyabr 20:52
YAP-dan Anım Günü ilə bağlı - Bəyanat
Gündəm
27 Sentyabr 20:43
“Alov qüllələri” üzərində bayrağımız əks olundu
Gündəm
27 Sentyabr 20:25

Axar.az AZRUENآذ