Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginlikdən danışdı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.
Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər bölgədə mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların həlli ilə bağlı məsələləri müzakirə ediblər.
İki ölkə sərhədində yaşanan gərginlikdən narahatlıq ifadə edən Filip Riker vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov iki ölkə sərhədində baş verən gərginliklər, xüsusilə də son günlərdə Ermənistan tərəfindən təxribatlara əl atılması, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və nəticədə 23 iyul tarixində Azərbaycanın bir hərbi qulluqçusunun şəhid olması, 28 iyul tarixində isə iki hərbi qulluqçumuzun yaralanması barədə qarşı tərəfə məlumat verib. Azərbaycan tərəfinin bu təxribatlara cavab olaraq müvafiq tədbirlər gördüyü və sərhəd mövqelərimizi müdafiə etdiyi qeyd olunub.
Nazir Azərbaycanın vəziyyətin gərginləşməsində maraqlı olmadığını və bütün fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin tərəfdarı olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov Ermənistanın məsuliyyətini dərk etməsinin və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
Müəllif: Axar.az
Tarix: 28 İyul 21:46
Digər xəbərlər
Azərbaycan torpaqlarını geri aldı - "A Haber"
Gündəm
01:28
Millət vəkilindən 3 mühüm görüş - Foto
Gündəm
00:55
ABŞ-dakı azərbaycanlılar BMT-nin binası önündə - Foto
Gündəm
25 Sentyabr 23:27
Nazir BQXK prezidenti ilə görüşdü, real vəziyyəti göstərdi - Foto
Gündəm
25 Sentyabr 22:25
Bayramov QH üzvləri ilə görüşdü
Gündəm
25 Sentyabr 21:06
Türkiyə ilə bu istiqamətdə işçi qrupu yaradılacaq - Nazir
Gündəm
25 Sentyabr 20:57
Bu ölkədə “Nizami Gəncəvi 880” adlı tədbir keçirildi - Foto
Gündəm
25 Sentyabr 20:25
Azərbaycandan "TRT Haber"ə daha bir mükafat - Video
Gündəm
25 Sentyabr 20:08
Yeni nazir Amreyevlə bir arada - Foto
Gündəm
25 Sentyabr 19:46
Fransadan Bayramov-Mirzoyan görüşünə - Reaksiya
Gündəm
25 Sentyabr 18:15
Ərdoğandan Azərbaycan açıqlaması: Gələn il...
Gündəm
25 Sentyabr 17:10
Putin Qarabağdakı generalı bu səbəbdən geri çağırdı
Gündəm
25 Sentyabr 16:11
Zülfüqarov: Laçını “qapısız həyət” elədikləri bəsdir!
Gündəm
25 Sentyabr 11:35
Laçın dəhlizindən gündə bu qədər maşın keçir – Rusiya MN
Gündəm
25 Sentyabr 11:27
Latviya mətbuatında Qarabağ həqiqətləri...
Gündəm
25 Sentyabr 01:43
Bayramov BMT-də daha 5 həmkarı ilə görüşdü
Gündəm
25 Sentyabr 00:59
Bu gün “Haber Global” 3 yaşını qeyd edir
Gündəm
24 Sentyabr 22:11
Ermənistan dialoqa hazırdır - Paşinyan
Gündəm
24 Sentyabr 21:53
Deqati: Müharibədən bir ay sonra başa düşdüm ki... - Foto
Gündəm
24 Sentyabr 21:08
Şuşada daha bir erməni əsgərin meyiti tapıldı
Gündəm
24 Sentyabr 21:00
Baş nazir dövlət büdcəsinin layihələrini təsdiqlədi
Gündəm
24 Sentyabr 20:36
Bayramov Borrell ilə görüşdü - Foto
Gündəm
24 Sentyabr 20:25
Qarabağa yük daşıyanlara xəbərdarlıq edilib - İran səfiri
Gündəm
24 Sentyabr 20:20
Deputatlarımız Strasburqa gedir
Gündəm
24 Sentyabr 20:11

Axar.az AZRUENآذ