Eldar Həsənova görə Prezidentə müraciət edildi
Hazırda həbsdə olan sabiq baş prokuror Eldar Həsənovun vəkilləri Cəlil Mirzəyev, Adəm Məmmədov, Valeh Mehrəliyev və Cavad Cavadov Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Axar.az müraciətin mətnini təqdim edir:
"Həbsdə saxlanılan Eldar Həsənovun vəkilləri olaraq onun səhhətində yaranmış çox ciddi və ağır durumla bağlı, bəlkə də sonuncu dəfə, Sizlərə müraciət edirik.
Nə üçün sonuncu? Çünki xəstəliyin sürətlə irəliləməsi nəticəsində durum o qədər ağırdır ki, növbəti dəfəyə ehtiyac qalmaya bilər.
Vəkillər olaraq düşünürük ki, onun səhhətinin ağır durumda olması ilə bağlı məlumatlar bəlkə də Sizlərə çatdırılmır.
02 iyul 2021-ci il tarixdə Eldar Həsənov müayinə və müalicə olunması üçün stasionar qaydada Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalına yerləşdirilmişdir. Bir sıra müayinələr, kolonospik müdaxilə (bağırsağından əməliyyat) aparılmışdır.
Əvvəlki müraciətlərimizdə də bildirmişdik ki, Eldar Həsənov keçən ilin oktyabr ayından başlayaraq təkrarlanan başgicəllənmələrdən, ayaqların tutulmasından və nəticədə yıxılmalardan şikayət edirdi.
İndiyə kimi 170 dəfədən artıq belə yıxılma baş vermişdir. Həmin vaxtdan çəliklə hərəkət etmək məcburiyyətində qalmışdır. Baş Prokurorluğa onun öz həkimləri tərəfindən müayinə olunması ilə bağlı dəfələrlə vəkillərinin vəsatətlərinin əsassız olaraq təmin edilməməsi belə ağır fəsadlara gətirib çıxartmışdır.
Hospitalda stasionarda olan zaman müayinə nəticəsində onda paroksizmal pozision vertiqo, sol tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbal radikulopatiya aşkar olunmuşdur.
Beləliklə hazırki vaxtadək başgicəllənmələrin və yıxılmaların səbəbi bu xəstəlik olmuşdur. Bu xəstəliyin vaxtında aşkara çıxarılmaması və adekvat müalicə aparılmaması (əslində bu xəstəliyin müalicəsi yoxdur, ağırlaşmanın qarşısını almaq üçün gündəlik profilaktikası vardır: dərmanlar, məşğələlər, fizioterapiya, müntəzəm açıq havada olma və s.) səbəbindən hazırda durum çox ağırdır. Müntəzəm başgicəllənmələr yıxılmalarla müşahidə olunur və istənilən növbəti yıxılmaların birində ağır fəsad baş verə bilər.
Bütün bunları nəzərə alaraq Sizlərdən xahiş edirik, Eldar Həsənovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı köməklik göstərəsiniz".
Müəllif: Axar.az
Tarix: 30 İyul 20:20
Digər xəbərlər
Rusiya MN-in yeni xəritə təxribatı: Qarabağdakı ərazi “genişləndirildi”
Gündəm
21:33
30 illik işğal Ağdamda dərin izlər buraxıb - Klaar
Gündəm
17:23
Paşinyandan Zəngəzur mesajı...
Gündəm
17:16
Qarabağda erməni terrorçu yaralandı
Gündəm
16:09
Bakıya "Tiqranın xəritəsi"ni verməliyik? - Köçəryan
Gündəm
15:28
Toyvo Klaar Ağdama gəldi
Gündəm
15:05
Türkiyə Azərbaycanla keçirilən təlimlər barədə məlumat yaydı
Gündəm
14:53
Almaniya 353 azərbaycanlının müraciətini rədd etdi
Gündəm
14:06
Kreml İrəvanı bu fikrinə görə yaxşıca sıxacaq - Mixaylov
Gündəm
14:00
Qriqoryan: Gorus-Qafan yolu problemi həll olunmasa...
Gündəm
13:25
Nikol Rəisi ilə İran yük maşınlarının "dərdini" danışdı
Gündəm
11:01
Zaxarova erməni jurnalistlərin “ümidini” məhv etdi
Gündəm
10:40
KTMT-nin hərbi təlimi cavab addımıdır – Tacik ekspert
Gündəm
09:07
NK-nın un qərarı çörək ajiotajının qarşısını alacaq?
Gündəm
08:30
Ədaləti təmin edəcəyik - Rəsmi Bakı
Gündəm
01:01
Ermənistanı məsuliyyətə cəlb edəcəyik - XİN
Gündəm
16 Sentyabr 23:32
Bakının tələbi, Tehranın xahişi: “yumşalma” olar bilər...
Gündəm
16 Sentyabr 22:50
Qarabağda "əsəb müharibəsi": Əsas tərəf ruslardır!
Gündəm
16 Sentyabr 18:40
Azərbaycan və İranla birlikdə ora müraciət etmişik - Ərdoğan
Gündəm
16 Sentyabr 16:54
İran yük maşınları yolda qaldı: ödəniş edə bilmirlər... - Video
Gündəm
16 Sentyabr 16:26
Gorus-Qafan yolunda Gömrük nələr etmir...
Gündəm
16 Sentyabr 15:48
Arşakyan: Erməni generallar Kremlin agentləridir
Gündəm
16 Sentyabr 15:46
O, gizli sülh sazişini Nikola imzalatmaq üçün İrəvana gəlib?
Gündəm
16 Sentyabr 15:23
ABŞ-ın Çinə qarşı yeni ittifaqı: savaş yaxınlaşır
Gündəm
16 Sentyabr 14:36

Axar.az AZRUENآذ