Bu, danılmaz həqiqətdir - Birinci vitse-prezident
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərinə məktub ünvanlayıb.
Axar.az xəbər verir ki, təbrik məktubunda qeyd olunur:
"Sizi – intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunan “Yüksəliş” müsabiqəsinin qaliblərini səmimi qəlbdən təbrik edirəm.
Müasir dövrdə hər bir fəaliyyət sahəsində yeni ideya və baxışlar tələb edilməklə yanaşı, elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə malik kadr ehtiyatlarının mövcudluğu vacib şərtlərdən biridir. Danılmaz həqiqətdir ki, peşəkar insan ehtiyatı hər bir ölkənin sərvəti hesab olunur.
İnsan kapitalının inkişaf etdirilməsi bizim üçün həmişə ciddi qəbul edilən prioritet məsələ olmuş və olmaqda davam edir. Ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafına, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsinə, müxtəlif sahələrdə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək onun potensialının üzə çıxarılmasına hər zaman xüsusi diqqət yetirilib.
Azərbaycan son illər ərzində bir çox uğurlara imza atıb, qələbələr qazanıb. Azərbaycan “qara qızılı” insan kapitalına çevirməyi bacaran ölkədir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən bir çox göstəricilərə görə Azərbaycan dünya miqyasında ön sıralardadır. Ölkəmiz regionda həyata keçirilən bir sıra mühüm layihələrin təşəbbüskarı və iştirakçısıdır. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər müasir tariximizin ən parlaq səhifələrini təşkil edir. Sözsüz ki, bütün bu uğur və qələbələrə biz xalqımızın zəngin insan potensialına arxalanaraq nail ola bilmişik.
“Yüksəliş” müsabiqəsi zamanın çağırışlarına cavab olaraq kadr ehtiyatının zənginləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Əminəm ki, dövlətimizin daimi diqqət və qayğısı ilə siz tükənməz enerji ilə çalışaraq müstəqil Azərbaycanın inkişafı naminə hər zaman öz töhfələrinizi verəcəksiniz. Sizi bir daha təbrik edir, hər birinizə möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram".
Müəllif: Axar.az
Tarix: 31 İyul 18:39
Digər xəbərlər
“Polonez” Ermənistan aviasiyasını iflic etdi – Alesin
Gündəm
16:23
Bayraq böhranı: Ordumuz irəlilədi, Yeqorov gəldi... - Video
Gündəm
15:45
ABŞ Fransanı cəzalandırır: Paris onmilyardlar itirdi
Gündəm
15:30
Azərbaycan Ordusu bu ideyanı məhv etdi - Solonnikov
Gündəm
15:19
Akopcanyan: Əgər Bakını qəzəbləndirsək... - Video
Gündəm
13:32
Ərdoğan ABŞ-da Qaribaşvili ilə Qafqazı müzakirə etdi
Gündəm
13:28
İranın Azərbaycanla münasibətləri... - Səccadpur
Gündəm
11:54
Türk general: Kimsə Bakıya barmaq silkələyə bilməz - Video
Gündəm
11:31
Azad edilən ərazilərdə 16 min mina aşkarlandı - MN
Gündəm
10:45
Gözlər Soçiyə dikilir: Nələr gözlənilir?
Gündəm
09:13
İrəvanın məkri: Geri çəkilir, separatçıları rus qucağına itələyir...
Gündəm
21 Sentyabr 23:33
Ərdoğan BMT-də Azərbaycandan danışdı
Gündəm
21 Sentyabr 23:25
İranın “Arazboyu” rəqsi və ermənilərin sevinci
Gündəm
21 Sentyabr 21:52
Azərbaycanlılar İrəvanda: Erməni rədd olub keçir, biz isə... - Video
Gündəm
21 Sentyabr 21:28
Ərdoğanın Rusiyaya səfər tarixi açıqlandı
Gündəm
21 Sentyabr 17:37
İranın “əzələ nümayişi” işə yaramadı: Bakıya səfər...
Gündəm
21 Sentyabr 17:24
İran ordusunu buna görə şimala gətirib - Balçı
Gündəm
21 Sentyabr 16:09
Əsgərimiz Xocavənddə minaya düşüb? - Rəsmi
Gündəm
21 Sentyabr 15:36
İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir
Gündəm
21 Sentyabr 15:25
Texnikalarımız Qarabağdan çıxarılır - Yeqanyan
Gündəm
21 Sentyabr 14:17
Dostunu qadınlarla şərlədiyi deyilən Bağırzadə danışdı
Gündəm
21 Sentyabr 14:13
Əliyevdən Putinə: Bu xəbər məni kədərləndirdi
Gündəm
21 Sentyabr 13:38
“İti qovan” Teknofest-2021-də - Foto
Gündəm
21 Sentyabr 12:10
Makrondan Qarabağ açıqlaması: Fransa hazırdır...
Gündəm
21 Sentyabr 11:52

Axar.az AZRUENآذ