Ceyhun Sultanovun evindən oğurluq edənlərin işi məhkəmədə
Bakıda oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Axar.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Bu iş üzrə 8 zərərçəkmiş var. İttihama görə, hər iki şəxs Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.
Daxili İşlər Nazirliyinin mayın 20-də yaydığı məlumata əsasən, paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib.
Bildirilib ki, naməlum şəxs evə daxil olaraq oradan 7 min manat, 3 min ABŞ dolları nağd pul və dəyəri 150 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Hadisə barədə məlumat daxil olan kimi, dərhal Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisə yerində zəruri istintaq hərəkətləri icra edilib.
Qısa zamanda “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Cavid Süleymanov və Əhməd Əhmədov oğurladıqları maddi sübutlar olan qızıl-zinət əşyaları ilə birgə saxlanılıblar.
Onların ətraflarında həyata keçirilən zəruri-istintaq hərəkətləri zamanı müəyyən edilib ki, Cavid Süleymanov və Əhməd Əhmədov bir müddətdir ki, paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında onlarla hündürmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluqlar ediblər.
Cavid Süleymanov oğurluq edən zaman əldə etdiyi qızıl-zinət əşyalarını isə yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb. Cavid Süleymanov ifadəsində oğurluq edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində, yəni, ev sahiblərinin mənzildə olmadığını qətiləşdirəndən sonra daxil olduğunu bildirib.
Qeyd edək ki, Cavid Süleymanov oğurluqlar edən zaman onunla eyni vaxtda saxlanılan Əhməd Əhmədov həmin binaların yaxınlığında olub və ətrafda baş verən hər hansı şübhəli hərəkətlər barəsində ona məlumat ötürürmüş. Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.
Müəllif: Axar.az
Tarix: 20 Sentyabr 22:12
Şərhlər
Digər xəbərlər
Muradovun “əsir əməliyyatı”: İrəvan bu gün sənəd imzalayacaq
Gündəm
13:50
Türkiyənin ordu modelinə keçid başladı – Ədalət Verdiyev
Gündəm
13:44
Bu ərazi Azərbaycanın nəzarətinə keçdi – Parsyan
Gündəm
12:44
DTX şefinin bu sözləri Ermənistanda həyəcan yaratdı
Gündəm
12:39
Muradov prosesə buna görə qoşuldu - Voronenko
Gündəm
10:33
5 erməni nəyin qarşılığında qaytarıldı? Niyə yenə Muradov?
Gündəm
10:11
Bakı 5 ermənini verdi: İrəvan mövqeyini dəyişir... - Video
Gündəm
08:45
Məhz bu gün Ermənistanla sərhədə çatdıq...
Gündəm
08:00
XİN-dən Zəngilanla bağlı paylaşım
Gündəm
00:13
Bu gün Zəngilanın işğaldan azad olunduğu gündür
Gündəm
00:07
Azərbaycana qarşı təhdidlər olarsa... - Nazirdən sərt mesaj
Gündəm
19 Oktyabr 13:54
Slovakiyadan minatəmizləmə texnikası gətirilir
Gündəm
19 Oktyabr 13:37
Bunun günahkarı İran özüdür - DGK-nin cavabı gecikmədi
Gündəm
19 Oktyabr 12:59
Kremlin İrəvana “borcu” Qarabağa aid deyil – Moskvadan baxış
Gündəm
19 Oktyabr 12:46
ABŞ İranın Qafqaz hədəflərinə çox pis baxır - Vasadze
Gündəm
19 Oktyabr 12:30
Maaş və pensiyalar bu qədər arta bilər - Ekspert
Gündəm
19 Oktyabr 11:50
Füzulidə binalar bu cür tikiləcək, köçürülmə isə... – Millət vəkili
Gündəm
19 Oktyabr 10:05
Xudafərini azad edənlərin “Behrəngi” marşı
Gündəm
19 Oktyabr 09:07
İran PKK-nı Qarabağda döyüşə buna görə cəlb etmişdi
Gündəm
19 Oktyabr 09:00
Bakı SEPAH-ın “biznesini” məhv etdi – Türk ekspert
Gündəm
19 Oktyabr 08:30
Vətən müharibəsinin xronikası: 19 oktyabr
Gündəm
19 Oktyabr 00:19
İran şikayətləndi: Astarada TIR-ların növbəsi 10 km-ya çatır
Gündəm
18 Oktyabr 23:25
Bakı ilə məqsədlərimizə çatmaq üçün... - Qeysər
Gündəm
18 Oktyabr 23:17
NATO-nun xüsusi nümayəndəsi Bakıya təşəkkür etdi
Gündəm
18 Oktyabr 22:42

Axar.az AZRUENآذ