Ərdoğan-Putin görüşündə sürpriz olacaq - Marçilyano
Türkiyə və Rusiya prezidentləri arasında baş tutacaq görüşdə masada çoxsaylı isti mövzular olacaq. Ancaq əsasən Suriya və dramatik vəziyyətdə olan Əfqanıstan müzakirə ediləcək.
Bu sözləri Axar.az-a İtalyanın geosiyasi analitik və beynəlxalq araşdırmalar üzrə düşüncə mərkəzi “Il Nodo di Gordio”nun baş elmi işçisi Andrea Marçilyano Türkiyə və Rusiya liderlərinin Soçi görüşü haqda danışarkən deyib:
Mütəxəssisin sözlərinə görə, bu, Qafqazın kənarda qalacağı anlamına gəlmir:
“Həqiqətən də, Moskva ilə Ankara arasındakı gələcək münasibətlər tam olaraq Azərbaycan və Ermənistan arasındakı münaqişə probleminə dair razılaşmadan asılıdır. Hər iki liderin istədiyi Qafqazla bağlı sazişin əldə olunmasıdır. Çünki bu öz növbəsində Suriya ilə bağlı razılaşmanın, hər şeydən əvvə isə Əfqanıstanda əməkdaşlığın əsasını qoya bilər”.
Ekspertin fikrincə, Türkiyənin Qafqazdakı hərbi mövcudluğunu genişləndirməsi Rusiya tərəfindən çətinliklə qəbul ediləcək:
“Ancaq Putinlə Ərdoğan arasındakı münasibətlər yaxşıdır, çünki o vaxt çevriliş cəhdi ilə bağlı Türkiyə prezidentinə xəbərdarlıq edən Kreml idi. Buna görə də bəzi sürprizlər qeyri-mümkün deyil, çünki Moskva Türkiyəni ABŞ orbitindən çıxarmağa çalışır”.
İtalyan mütəxəssisin sözlərinə görə, Soçi görüşü çoxlarının gözləmədiyi bir formada da bitə bilər:
“Bu görüş sürpriz bir nəticə ilə, Moskva-Ankara dialoqunun daha da güclənməsi ilə də nəticələnə bilər. Çünki hazırki vəziyyətdə bu, hər iki tərəfə lazımdır, ikisinin də maraqlarına uyğundur. Buna ikinci bir səbəb isə Ərdoğanın Vaşinqtona inamsızlığı ola bilər”.

#Türkiyə #görüş #Vladimir Putin #Rusiya #Ərdoğan
Müəllif: Rəfiqə Əlisəfa
Tarix: 21 Sentyabr 09:00
Şərhlər
Digər xəbərlər
Paşinyan Əliyevi dəstəklədi: İran şokda, "cavab" axtarır
Gündəm
09:19
Zəngilanda narkoticarət üçün tunel… - Politoloq
Gündəm
09:09
Azərbaycan bu hədəfləri məhv etməlidir – Türk general
Gündəm
09:00
Erməni təxribatının səbəbkarı İrandır – Fransız politoloq
Gündəm
08:30
TBMM-də Azərbaycan-Gürcüstan parlamentariləri toplanır
Gündəm
15 Oktyabr 23:33
Kremldə Paşinyanın qollarını burdular - Kuznetsov
Gündəm
15 Oktyabr 21:37
Minsk Qrupu rədd oldu, amma… - Trofimçuk
Gündəm
15 Oktyabr 17:10
Ərdoğan Azərbaycanla imzalanan yeni sazişdən danışdı
Gündəm
15 Oktyabr 17:03
İrəvan Bakını hücuma təhrik edir – Amerikalı ekspert
Gündəm
15 Oktyabr 16:12
Azərbaycanın dostu olan erməni öldü
Gündəm
15 Oktyabr 16:00
Xüsusi təyinatlılar əməliyyata başlasa, 7 günə... - Video
Gündəm
15 Oktyabr 15:54
Qarabağdakı təxribatda İran “izi”? – Türk ekspert
Gündəm
15 Oktyabr 15:48
Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etdi
Gündəm
15 Oktyabr 15:35
Erməni separatçılarını Qarabağda kim cəsarətləndirib?
Gündəm
15 Oktyabr 15:18
Nikoldan həyasızlıq: Maraqlarımıza toxunmayan xəritələr...
Gündəm
15 Oktyabr 15:00
Putin Qarabağdakı proseslərdən danışdı
Gündəm
15 Oktyabr 14:05
Ermənilərin növbəti təxribatı: Ordumuz qarşısını aldı - Video
Gündəm
15 Oktyabr 13:50
İrandan olan qondarma mütəxəssislərin yardımı ilə...
Gündəm
15 Oktyabr 13:35
Bu məsələdə Putinin xüsusi rolu... - Prezident
Gündəm
15 Oktyabr 13:23
Ermənistan mina xəritələrini vermir - Əliyev
Gündəm
15 Oktyabr 13:18
Bu, Ermənistanın növbəti terror aktıdır – Tofiq Zülfüqarov
Gündəm
15 Oktyabr 13:15
Delimitasiya ilə bağlı İrəvanla danışıqlar... - Prezident
Gündəm
15 Oktyabr 13:08
Qarabağda maşınlara atəş, şəhid və 6 erməni yaralı... - Video
Gündəm
15 Oktyabr 13:04
Görüşlər başlayır: Bakı və İrəvan bunu müzakirə edəcək
Gündəm
15 Oktyabr 12:50

Axar.az AZRUENآذ