Anım Günü: Səmaya işıq fənərləri buraxıldı... - Video
Vətən Müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.
Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Şəhidlərimiz qürurumuzdur” adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib.
Aksiyada “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri buraxıblar.
Qeyd edək ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib. Yürüş zamanı dövlətimizin başçısı və birinci xanım Bakı şəhəri, 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyublar.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamda, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Ötən müddət ərzində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin layihəsi hazırlanıb. Layihəyə əsasən, kompleksin ərazisində torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin azadlığı uğrunda mübarizə aparan əsgər və zabitlərin igidliyini, xalqın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq.
Müəllif: Axar.az
Tarix: 27 Sentyabr 20:11
Şərhlər
Digər xəbərlər
Vətən müharibəsinin xronikası: 19 oktyabr
Gündəm
00:19
İran şikayətləndi: Astarada TIR-ların növbəsi 10 km-ya çatır
Gündəm
18 Oktyabr 23:25
Bakı ilə məqsədlərimizə çatmaq üçün... - Qeysər
Gündəm
18 Oktyabr 23:17
NATO-nun xüsusi nümayəndəsi Bakıya təşəkkür etdi
Gündəm
18 Oktyabr 22:42
Vilayət Eyvazov iki rayona rəis təyin etdi
Gündəm
18 Oktyabr 22:17
Ərdoğandan Azərbaycanla bağlı paylaşım
Gündəm
18 Oktyabr 22:09
Azərbaycan polisi erməni sürücünü cərimələdi
Gündəm
18 Oktyabr 21:57
Azərbaycan və Latviya parlamentariləri arasında görüş
Gündəm
18 Oktyabr 19:52
Azərbaycanda nə qədər insan peyvənd olunub?
Gündəm
18 Oktyabr 19:31
Bayramov BQXK-nın vitse-prezidenti ilə görüşdü
Gündəm
18 Oktyabr 19:04
Polşa səfirliyindən müstəqilliyimizlə bağlı paylaşım
Gündəm
18 Oktyabr 18:48
Ölkədə koronaya yoluxanların sayı açıqlandı
Gündəm
18 Oktyabr 18:40
XTQ-də taktiki-xüsusi təlim keçirilir - Video
Gündəm
18 Oktyabr 18:16
Nəsiminin icra başçısı istintaqda dindirildi
Gündəm
18 Oktyabr 18:07
İsrail səfiri Azərbaycanı təbrik etdi
Gündəm
18 Oktyabr 18:00
Səfir: Azərbaycana Fransanın dostluq mesajını çatdırıram
Gündəm
18 Oktyabr 17:40
Aşotyan: Erməni dövləti yoxdur, çünki millət deyilik
Gündəm
18 Oktyabr 17:27
Bu, İrəvanın məsuliyyətə cəlb edilməsi üçündür - Professor
Gündəm
18 Oktyabr 17:03
Fransa səfiri Belarusdan niyə qovuldu?
Gündəm
18 Oktyabr 16:56
İrandan ABŞ-a “nüvə” şərti
Gündəm
18 Oktyabr 16:20
ABŞ-dan "3+3"-ün yaradılması təklifinə münasibət
Gündəm
18 Oktyabr 15:37
Ohanesyan: Xankəndi sürətlə boşalır, Bakı sakitcə girəcək - Video
Gündəm
18 Oktyabr 15:23
Toyvo Klaar Bakıya gəlir
Gündəm
18 Oktyabr 15:16
İranla İrəvan Araz çayı üçün xüsusi komissiya yaradır
Gündəm
18 Oktyabr 15:00

Axar.az AZRUENآذ