Qarabağdakı təxribatda İran “izi”? – Türk ekspert
Türkiyənin Avrasiya İncələmələr Mərkəzinin (AVİM) Qaradəniz və Qafqaz bölgəsi üzrə mütəxəssisi Turqut Tuncəl Kərəmin Axar.az-a müsahibəsi:
- Turqut bəy, Qarabağda rus sülhməramlıların arxasında gizlənən separatçı erməni tör-töküntülərinin törətdikləri son terror aktlarının səbəbi və məqsədi nədir? Bu, rəsmi İrəvana tabe olmaq istəməyən separatçıların yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında gerçəkləşmə ehtimalı olan razılaşmaya əngəl olma cəhdi ola bilərmi?
- Hazırda rəsmi İrəvanla Qarabağdakı separatçılar arasında bəzi ciddi fikir ayrılıqlarının olduğu artıq hər kəsə məlumdur. Təxminən bir həftə öncə, Mülki Müqavilə Partiyasının rəsmisi gündəmdə olan “Altılıq platformu” haqqında müsbət fikirlər demişdi. Bu aspektdən Qarabağdakı separatçıların 10 noyabr bəyannaməsində göstərilən şərtlərin həyata keçirilməsini və sülh şəraitinin təmin edilməsini əngəlləmək üçün müxtəlif provokasiya xarakterli əməllər törətməsi ehtimallar içərisindədir. Eyni zamanda, Ermənistanın dövlət qurumlarındakı və ordudakı bəzi mərkəzlərin də iqtidarın razılığı olmadan bölgədə gərginliyi artırma cəhdləri mümkündür. Keçmiş müdafiə naziri David Tonoyanın həbsinə və onun ətrafında baş verən proseslərə diqqət yetirmək lazımdır. Yəni Ermənistanda dövlət daxilindəki çəkişmələr sözügedən terror aktlarının törədilməsinə səbəb ola bilər. Ermənistanın son dövrdə İran və Azərbaycan arasında münasibətlərin pisləşməsindən bölgədə gərginliyi artırmaq üçün istifadə etməsi də versiyalar arasındadır.
- Ötən gün Minsk şəhərində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş oldu. Görüş zamanı tərəflərin bölgədə davamlı sülhün və sabitliyin təmin edilməsi üçün 10 noyabr bəyannaməsinin bütün bəndlərinin yerinə yetirilməsi haqqında həmfikir olduğu açıqlandı. Təxribatların bu görüşün keçirildiyi vaxtda baş verməsini bəzi ekspertlər təsadüfü saymır.
- Burada vacib problemlərdən biri Qarabağda hələ də qanunsuz erməni silahlı birləşmələrinin qalmasıdır. 10 noyabr bəyannaməsinin əsas şərtlərindən biri rus sülhməramlılarının Qarabağda fəaliyyətə başlamasına paralel şəkildə qanunsuz erməni silahlı birləşmələrinin bölgəni tərk etməsidir. Hazırkı vəziyyətdə ağlımızda iki sual meydana gəlir. Birinci sual rus sülhməramlılarının bölgədə öz missiyalarını yerinə yetirmək qabiliyyətinə sahib olub-olmadıqları ilə bağlıdır. İkinci sual isə Rusiyanın bütün bu təxribatlara bilərəkdən göz yumması ehtimalı haqqındadır. Hər iki hal Rusiyanın etibarlı aktor olub-olmadığı məsələsini meydana çıxarır. Məncə, Rusiyanın əsas məqsədi bölgədə öz maraqlarını qorumaqdır. Bunun üçün yeri gələndə sülhü də, müharibəni də dəstəkləyə bilər. Bütün bunlarla yanaşı, Rusiya Qarabağda sülhməramlı qüvvələrinin bölgədəki ömrünü uzatmaq üçün ermənilərin provokasiyalarına səssiz qala bilər.
- Sizcə, Azərbaycan hansı addımları atmalıdır?
- Azərbaycan baş verən hadisələr fonunda çox diqqətli hərəkət etməyə davam etməlidir. İranın son dövrdə gərginliyi süni şəkildə artırmaq cəhdləri diqqətlə izlənməlidir. Azərbaycan öz məqsədini, məramını İrana bütün diplomatik vasitələrlə izah etməlidir. Rusiyaya isə öz məsuliyyəti xatırladılmalıdır. Hindistan ilə Ermənistan arasında yaxınlaşmanın sürətlənməsi də bölgədəki proseslər baxımından önəmli məqamdır. Azərbaycan bütün tərəflərə öz haqlarının pozulması ilə heç vaxt razılaşmayacağını diplomatik yollarla açıq şəkildə bildirməlidir. Müdafiə sahəsində strateji və hərbi üstünlüyü artıracaq addımların sayının çoxalması masada Azərbaycanın əlini gücləndirə bilər.
Müəllif: Söhrab İsmayıl
Tarix: 15 Oktyabr 15:48
Şərhlər
Digər xəbərlər
Nazir müavini: Bu, azərbaycanca danışmağıma kömək edəcək
Gündəm
23:27
Əliyevin Paşinyana xəbərdarlığının səbəbi
Gündəm
15:09
Bu çağırış Əliyevin siyasi iradəsini ifadə edir
Gündəm
14:30
Əliyevin bu sözləri erməni kanallarını qorxuya saldı
Gündəm
14:05
Fyodorov: Brüssel görüşündə Qərb bu təxribata əl ata bilər
Gündəm
11:47
Sülhməramlılar Xankəndidə 9 ton yardım payladı
Gündəm
10:14
Ailəsindən 14 əsgər gedən sakinin Əliyevlə söhbəti
Gündəm
6 Dekabr 23:07
Caqannat Çapaqai Ağdam və Füzulidə oldu
Gündəm
6 Dekabr 22:15
Zəngəzur bölgəsinə 10 dəfədən çox getmişəm - Əliyev
Gündəm
6 Dekabr 22:07
Bu kənd haqqında çox eşitmişəm - Prezident
Gündəm
6 Dekabr 21:49
Nazir Yusif Paşayevə yüksək vəzifə verdi
Gündəm
6 Dekabr 21:32
Ceyhun Bayramov Blinkenin köməkçisi ilə danışdı
Gündəm
6 Dekabr 20:58
Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq
Gündəm
6 Dekabr 20:39
Əliyevdən İrəvana: Şərtlərimizi qəbul edin!
Gündəm
6 Dekabr 20:34
Rusiyaya gedənlərin diqqətinə: Barmaq izi və tatu...
Gündəm
6 Dekabr 20:16
Zakir Həsənov Pakistana başsağlığı verdi
Gündəm
6 Dekabr 19:58
Azərbaycan müdafiə nazirinin müavini Rusiyaya getdi
Gündəm
6 Dekabr 19:53
İrəvan sərhədlərin delimitasiyasından niyə qorxur? - Video
Gündəm
6 Dekabr 18:56
Nazirdən Vasilevanın müavin təyin olunmasına - Reaksiya
Gündəm
6 Dekabr 18:26
Naxçıvandakı ən yaxşı tank əleyhinə batareya - Foto
Gündəm
6 Dekabr 18:13
“Bayraqdar” Qarabağda daha nələri vurub? - Foto
Gündəm
6 Dekabr 16:57
Kreml bu qondarma qurumları tanıyacaq – İlhaq ssenarisi
Gündəm
6 Dekabr 16:44
Prezidentin 14 nümayəndəsi və İH-lərin ləğvi... – Əhmədov
Gündəm
6 Dekabr 16:31
Rəisi: Bakı ilə bu sazişin üstünlükləri...
Gündəm
6 Dekabr 14:47

Axar.az AZRUENآذ