Azərbaycan bu hədəfləri məhv etməlidir – Türk general
Şanlı Azərbaycan Ordusu düşmən tərəfindən axıdılan hər damla şəhid qanının və qətlə yetirilən mülki şəxslərin qisasını almalıdır.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşşesi, briqada generalı Yücel Karauz deyib.
Onun sözlərinə görə, Azərbaycan qələbədən sonra böyük iqtisadi layihələr həyata keçirir, travmanın şokundan ayıla bilməyən Ermənistan isə təxribatlarla məşğuldur:
“Qarabağ Zəfərinin birinci ildönümü yaxınlaşır. İldönümündə cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək və Füzuli beynəlxalq hava limanının açılışı olacaq. Müharibədə tarixi bir qələbə qazanan Azərbaycan öz zəfərini işğaldan azad edilən bölgələrdə böyük iqtisadi layihələri gerçəkləşdirməklə taclandırır. Bu travmanın təsirini üzərindən ata bilməyən Ermənistan isə “böyük qardaş”larının verdikləri silahla bölgədə terror aktları törətməklə, Azərbaycanı provokasiyaya, hüquqdan kənar fəaliyyətlərə çəkməyə cəhd edir”.
General hərbi qulluqçulara və mülki şəxslərə atəş açan qanunsuz erməni hərbi birləşmələrinin yerləşdiyi mövqelərin Azərbaycan Ordusu üçün legitim hədəf olduğu vurğuladı:
“Qarabağdakı separatçıların bütün təxribatlarının qarşısı sərt şəkildə alınmalıdır. Bunun qarşısının alınmasının yeganə yolu isə Azərbaycan əsgərlərinə atəş açan qanunsuz erməni hərbi birləşmələrinin yerləşdikləri mövqelərin yox edilməsidir. 10 noyabr bəyanatının üzərindən 1 ilə yaxın müddətin keçməsinə baxmayaraq, rus sülhməramlıları öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırır. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu təxribatların qeydiyyatını aparmalı, bunun haqqında həm öz dövlətlərinə, həm də BMT və digər təşkilatlara hesabatlar göndərməlidirlər. Ümumiyyətlə isə Azərbaycan Ordusu beynəlxalq humanitar hüquqa və dövlətlərin özünümüdafiə hüququna əsasən hərbçilərə və mülki şəxslərə atəş açan qeyri-qanuni erməni silahlı birləşmələrinin mövqelərini yox etməlidir”.

#Türkiyə #Qarabağ #Azərbaycan #qələbə#müharibə
Müəllif: Söhrab İsmayıl
Tarix: 16 Oktyabr 09:00
Şərhlər
Digər xəbərlər
Nazirlər Kabinetidən bu şirkətlə bağlı - Qərar
Gündəm
19:55
Son sutkada peyvənd olunanların sayı açıqlandı
Gündəm
19:17
Azərbaycan və Türkiyə pilotları Bakıda təlim keçdi - Video
Gündəm
19:09
Bakıda 18 yaşlı qızı intihara sövq edən şəxs saxlanıldı
Gündəm
19:01
Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı
Gündəm
18:52
Nazir iclas keçirdi: saxlanılan bu vətəndaşlarla bağlı tapşırıq
Gündəm
18:47
Xəzərdə tapılan insan qalıqları SOCAR-ın əməkdaşına aiddir?
Gündəm
18:41
Xəzər dənizində insan sümükləri aşkarlandı - Rəsmi
Gündəm
18:37
Azərbaycan ombudsmanı İtaliyada görüşlərə başladı
Gündəm
18:33
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşdü
Gündəm
18:05
Qarabağda Şuşa terrorundan sonra ikinci “hücum” - Video
Gündəm
17:45
Blinkenlə görüş öncəsi atəş: İrəvanın hədəfi nədir?
Gündəm
16:32
İrəvanın NATO üzvləri ilə təlimləri nəyə işarədir?
Gündəm
15:57
Azərbaycan Türkiyədən yeni hərbi təyyarə aldı
Gündəm
14:49
1809-cu il xəritəsi: Ermənistan hanı?
Gündəm
14:29
Ermənistan deputatlarını Xankəndiyə göndərir
Gündəm
14:07
Putin Soçidə Paşinyana xəbərdarlıq etdi - Əsma Özdaşlı
Gündəm
13:06
Bayramov-Mirzoyan görüşü ötən gün niyə baş tutmadı?
Gündəm
13:00
Sazişdə Zəngəzur dəhlizi var, nağıl danışmayın – Akopcanyan
Gündəm
09:07
İrəvan Moskvada danışıqları pozdu: cəsarəti hardan alır? - Video
Gündəm
09:00
Bakı ilə Aİ arasında əməkdaşlıq müzakirə edildi
Gündəm
01:07
İrəvanın Bakı əleyhinə təklifi qəbul olunmadı
Gündəm
00:49
Qriqoryan: Moskvada üçtərəfli görüş pozuldu
Gündəm
2 Dekabr 23:48
İlham Əliyevə Ali Orden buna görə verildi - Amreyev
Gündəm
2 Dekabr 23:33

Axar.az AZRUENآذ