Azərbaycan və Latviya parlamentariləri arasında görüş
Oktyabrın 18-də Azərbaycan və Latviya qanunverici orqanlarının parlamentlərarası əlaqələr üzrə qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib.
Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş Müstəqilliyin Bərpası Günü münasibətilə Milli Məclisin üzvlərini təbrik edib. Azərbaycan və Latviyanın müstəqilliklərinin bərpası yolundakı oxşarlıqlara diqqət çəkən Roman Naudinş cari ilin iyununda Azərbaycana səfərini xatırlayıb. O, Latviya Seyminin üzvləri ilə Azərbaycanın azad edilmiş torpaqlarına səfəri zamanı Ermənistan işğalının acı nəticələrini əyani müşahidə etməklərindən danışıb.
Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov öz növbəsində qonaqları salamlayaraq Azərbaycanın müstəqilliyinin ilk illərindən Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti ilə qarşılaşmasından söz açıb.
Görüşdə iştirak edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov isə mövcud əməkdaşlıq münasibətlərinə, ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivlərinə nəzər salıb.
Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədr müavini Armands Krauze və qrupun digər üzvləri Vitali Orlov, Aleksandr Kirşteins çıxışlarında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətləri ilə bağlı fikirlərini səsləndiriblər.
Müəllif: Axar.az
Tarix: 18 Oktyabr 19:52
Şərhlər
Digər xəbərlər
Sazişdə Zəngəzur dəhlizi var, nağıl danışmayın – Akopcanyan
Gündəm
09:07
İrəvan Moskvada danışıqları pozdu: cəsarəti hardan alır?
Gündəm
09:00
Bakı ilə Aİ arasında əməkdaşlıq müzakirə edildi
Gündəm
01:07
İrəvanın Bakı əleyhinə təklifi qəbul olunmadı
Gündəm
00:49
Qriqoryan: Moskvada üçtərəfli görüş pozuldu
Gündəm
2 Dekabr 23:48
İlham Əliyevə Ali Orden buna görə verildi - Amreyev
Gündəm
2 Dekabr 23:33
Dünyada sülhün iki yolu var: İrəvan isə birini qanır
Gündəm
2 Dekabr 21:59
Əliyevin yaratdığı reallığa Yaqublunun gözləri ilə “baxmaq”
Gündəm
2 Dekabr 17:44
Qəzanın detalları: yerə iki dəfə çırpılıb - Video
Gündəm
2 Dekabr 16:27
İH-lər ləğv edilir: yeni sistem - Prezident ilk addımı atdı
Gündəm
2 Dekabr 15:32
Ermənistan nümayəndəsinə bu sualı verdim - Hacıyev
Gündəm
2 Dekabr 14:57
Ermənistanla sərhəddə vəziyyət sabitdir
Gündəm
2 Dekabr 14:08
ABŞ-la AB uduzdu, Qarabağ belə olacaq - Korıbko
Gündəm
2 Dekabr 13:50
İlham Əliyevin 2050-ci il hədəfi – Nazir açıqladı
Gündəm
2 Dekabr 13:45
Hacıyevdən erməni mediası ilə bağlı çağırış
Gündəm
2 Dekabr 13:39
“Azəristilik” sədri kimdir? Milyonlar necə yeyilir?
Gündəm
2 Dekabr 12:08
Qarabağa səfər edəndə gözlərimizə inanmadıq - Hacıyev
Gündəm
2 Dekabr 11:13
Amaşovdan DSX rəisinə çağırış: Bu mayora qarşı ölçü götürün!
Gündəm
2 Dekabr 10:56
KTMT ölkələri Bakının tərəfindədir: İrəvan “atılmış”a çevrilir
Gündəm
2 Dekabr 09:00
Bakı da qazanacaq, Tehran da: amma təxribata hazır olaq
Gündəm
2 Dekabr 00:20
Səbinə Əliyeva İtaliyada
Gündəm
1 Dekabr 23:13
Moskva Qarabağda əsas rol oynayır - Lavrov
Gündəm
1 Dekabr 21:53
Elçin Quliyevin mühafizəçisi jurnalisti vurdu - Video
Gündəm
1 Dekabr 21:44
Qazaxıstan da Azərbaycana başsağlığı verdi
Gündəm
1 Dekabr 21:36

Axar.az AZRUENآذ