NATO-nun xüsusi nümayəndəsi Bakıya təşəkkür etdi
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Pirizin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a verilən məlumata görə, Ceyhun Bayramov ölkəmizin NATO ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini bölüşdüyünü ifadə edərək, bir sıra istiqamətlərdə həyata keçirilən əməkdaşlığı məmnunluqla qeyd edib. Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu vurğulayan nazir, beynəlxalq təhlükəsizliyin təmin olunmasında bölüşülən dəyərləri və bu xüsusda, Azərbaycan sülhməramlılarının NATO əməliyyatlarında iştirakını səsləndirib. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı NATO-nun zirvə görüşləri nəticəsində qəbul edilmiş birgə bəyanatlarında tərəfdaş ölkələrin suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstək mövqeyinin tərəfimizdən yüksək qiymətləndirildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Ceyhun Bayramov NATO-nun xüsusi nümayəndəsinə bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan tərəfindən onilliklər ərazində həyata keçirilmiş, tarixi-mədəni və dini irsimizin məqsədyönlü dağıdılması siyasəti, qeyri-qanuni fəaliyyət və nəticələri, hazırda Azərbaycan hökuməti tərəfindən azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə ərazilərin minalardan təmizlənməsi, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən görülən işlər barədə ətraflı məlumat təqdim edib. Ərazilərimizin işğalı faktorunun aradan qaldırılması ilə Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğu NATO rəsmisinin diqqətinə çatdırılıb.
Xüsusi nümayəndə Xavyer Kolomina Piriz bölgəyə reallaşdırdığı səfəri çərçivəsində Azərbaycan tərəfi ilə müzakirələrin bölgədəki cari vəziyyətlə bağlı ətraflı məlumatın əldə edilməsi baxımından çox faydalı olduğunu bildirib. Azərbaycan sülhməramlılarının Türkiyə qüvvələri ilə birgə Əfqanıstanda fəaliyyəti, xüsusilə də Kabil hava limanından vətəndaşların təxliyəsi ilə bağlı fəaliyyəti yüksək qiymətləndirilib və bununla bağlı xüsusi nümayəndə Müttəfiq ölkələrin adından təşəkkürünü ifadə edib. O, NATO-nun Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edib.
Görüşdə tərəflər, həmçinin NATO-Azərbaycan tərəfdaşlıq gündəliyi, habelə gələcək perspektivlər üzrə fikir mübadiləsi aparıblar.
Müəllif: Axar.az
Tarix: 18 Oktyabr 22:42
Şərhlər
Digər xəbərlər
Sazişdə Zəngəzur dəhlizi var, nağıl danışmayın – Akopcanyan
Gündəm
09:07
İrəvan Moskvada danışıqları pozdu: cəsarəti hardan alır?
Gündəm
09:00
Bakı ilə Aİ arasında əməkdaşlıq müzakirə edildi
Gündəm
01:07
İrəvanın Bakı əleyhinə təklifi qəbul olunmadı
Gündəm
00:49
Qriqoryan: Moskvada üçtərəfli görüş pozuldu
Gündəm
2 Dekabr 23:48
İlham Əliyevə Ali Orden buna görə verildi - Amreyev
Gündəm
2 Dekabr 23:33
Dünyada sülhün iki yolu var: İrəvan isə birini qanır
Gündəm
2 Dekabr 21:59
Əliyevin yaratdığı reallığa Yaqublunun gözləri ilə “baxmaq”
Gündəm
2 Dekabr 17:44
Qəzanın detalları: yerə iki dəfə çırpılıb - Video
Gündəm
2 Dekabr 16:27
İH-lər ləğv edilir: yeni sistem - Prezident ilk addımı atdı
Gündəm
2 Dekabr 15:32
Ermənistan nümayəndəsinə bu sualı verdim - Hacıyev
Gündəm
2 Dekabr 14:57
Ermənistanla sərhəddə vəziyyət sabitdir
Gündəm
2 Dekabr 14:08
ABŞ-la AB uduzdu, Qarabağ belə olacaq - Korıbko
Gündəm
2 Dekabr 13:50
İlham Əliyevin 2050-ci il hədəfi – Nazir açıqladı
Gündəm
2 Dekabr 13:45
Hacıyevdən erməni mediası ilə bağlı çağırış
Gündəm
2 Dekabr 13:39
“Azəristilik” sədri kimdir? Milyonlar necə yeyilir?
Gündəm
2 Dekabr 12:08
Qarabağa səfər edəndə gözlərimizə inanmadıq - Hacıyev
Gündəm
2 Dekabr 11:13
Amaşovdan DSX rəisinə çağırış: Bu mayora qarşı ölçü götürün!
Gündəm
2 Dekabr 10:56
KTMT ölkələri Bakının tərəfindədir: İrəvan “atılmış”a çevrilir
Gündəm
2 Dekabr 09:00
Bakı da qazanacaq, Tehran da: amma təxribata hazır olaq
Gündəm
2 Dekabr 00:20
Səbinə Əliyeva İtaliyada
Gündəm
1 Dekabr 23:13
Moskva Qarabağda əsas rol oynayır - Lavrov
Gündəm
1 Dekabr 21:53
Elçin Quliyevin mühafizəçisi jurnalisti vurdu - Video
Gündəm
1 Dekabr 21:44
Qazaxıstan da Azərbaycana başsağlığı verdi
Gündəm
1 Dekabr 21:36

Axar.az AZRUENآذ