Xudafərini azad edənlərin “Behrəngi” marşı
Ordumuzun Cəbrayıl rayonunun Xudafərin körpüsünü əhatə edən ərazisini azad etməsi çox böyük hadisədir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələrinin Xudafərin körpüsünü azad etməsinin bir ilinin tamam olması münasibətilə deyib.
Onun sözlərinə görə, Xudafərin körpüsü Azərbaycan dövləti və milləti üçün xüsusi məna daşıyır:
“Bu hadisənin mahiyyəti yalnız torpağın azad edilməsində deyil, rəmzi mənasındadır. Eyni zamanda Xudafərin körpüsünün azad edilmə tarixi 18 oktyabra təsadüf etdi. Bu tarixdə Xudafərin körpüsünün azad olunması Azərbaycan xalqı üçün bir mesaj idi. Məhz Müstəqillik Günündə Xudafərin körpüsündə bayrağımız dalğalandı. Xudafərin körpüsü Azərbaycanın birlik və bərabərlik simvoludur.
Nəzərə alsaq ki, sərhəd bölgəsi ərazilərində əməliyyatlar həm də Sərhəd Qoşunları tərəfindən keçirilirdi, daha sonra Azərbaycanın Qələbə günündə Sərhəd Qoşunlarının “Səməd könlümdədir” mahnısı ilə hərbi addımlaması təsadüfi sayılmamalıdır. “Səməd könlümdədir” şeiri dünya şöhrətli cənubi azərbaycanlı yazıçı Səməd Behrənginin ölümünə həsr edilmiş şeir və mahnıdır. Əgər xatırlayırsınızsa, Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğanın Araz çayı ilə bağlı səsləndirdiyi şeir və bu gün Müstəqilliyin Bərpası Günü ilə bağlı Türkiyə səfirinin Məhəmməd Hüseyn Şəhriyardan bir şeir paylaşması bütün dünya azərbaycanlılarında vahid millət təsəvvürlərini daha da gücləndirir”.

#Qarabağ #Cəbrayıl #savaş#Qarabağ Azərbaycanındır #mahnı
Müəllif: Nazlı Onur
Tarix: 19 Oktyabr 09:07
Şərhlər
Digər xəbərlər
Sazişdə Zəngəzur dəhlizi var, nağıl danışmayın – Akopcanyan
Gündəm
09:07
İrəvan Moskvada danışıqları pozdu: cəsarəti hardan alır?
Gündəm
09:00
Bakı ilə Aİ arasında əməkdaşlıq müzakirə edildi
Gündəm
01:07
İrəvanın Bakı əleyhinə təklifi qəbul olunmadı
Gündəm
00:49
Qriqoryan: Moskvada üçtərəfli görüş pozuldu
Gündəm
2 Dekabr 23:48
İlham Əliyevə Ali Orden buna görə verildi - Amreyev
Gündəm
2 Dekabr 23:33
Dünyada sülhün iki yolu var: İrəvan isə birini qanır
Gündəm
2 Dekabr 21:59
Əliyevin yaratdığı reallığa Yaqublunun gözləri ilə “baxmaq”
Gündəm
2 Dekabr 17:44
Qəzanın detalları: yerə iki dəfə çırpılıb - Video
Gündəm
2 Dekabr 16:27
İH-lər ləğv edilir: yeni sistem - Prezident ilk addımı atdı
Gündəm
2 Dekabr 15:32
Ermənistan nümayəndəsinə bu sualı verdim - Hacıyev
Gündəm
2 Dekabr 14:57
Ermənistanla sərhəddə vəziyyət sabitdir
Gündəm
2 Dekabr 14:08
ABŞ-la AB uduzdu, Qarabağ belə olacaq - Korıbko
Gündəm
2 Dekabr 13:50
İlham Əliyevin 2050-ci il hədəfi – Nazir açıqladı
Gündəm
2 Dekabr 13:45
Hacıyevdən erməni mediası ilə bağlı çağırış
Gündəm
2 Dekabr 13:39
“Azəristilik” sədri kimdir? Milyonlar necə yeyilir?
Gündəm
2 Dekabr 12:08
Qarabağa səfər edəndə gözlərimizə inanmadıq - Hacıyev
Gündəm
2 Dekabr 11:13
Amaşovdan DSX rəisinə çağırış: Bu mayora qarşı ölçü götürün!
Gündəm
2 Dekabr 10:56
KTMT ölkələri Bakının tərəfindədir: İrəvan “atılmış”a çevrilir
Gündəm
2 Dekabr 09:00
Bakı da qazanacaq, Tehran da: amma təxribata hazır olaq
Gündəm
2 Dekabr 00:20
Səbinə Əliyeva İtaliyada
Gündəm
1 Dekabr 23:13
Moskva Qarabağda əsas rol oynayır - Lavrov
Gündəm
1 Dekabr 21:53
Elçin Quliyevin mühafizəçisi jurnalisti vurdu - Video
Gündəm
1 Dekabr 21:44
Qazaxıstan da Azərbaycana başsağlığı verdi
Gündəm
1 Dekabr 21:36

Axar.az AZRUENآذ