Bunun günahkarı İran özüdür - DGK-nin cavabı gecikmədi
Ötən gün bəzi kütləvi informasiya vasitələrində İran-Rusiya Birgə Ticari Palatasının direktorlar şurasının üzvü Seyid Cəlalifərin verdiyi açıqlamaya istinadən Astara gömrük-sərhəd keçid məntəqəsinin İran tərəfində böyük sıxlığın yarandığı barədə məlumatlar yayılıb və bunu guya Azərbaycan tərəfinin İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda qəsdən etdiyi vurğulanıb.
Dövlət Gömrük Komitəsindən Axar.az- daxil olan məlumatda bildirilib ki, bu kimi məlumatlar əsassızdır və həqiqətə uyğun deyil.
“Astara gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və İrandan Azərbaycana son on gündə əvvəlki günlərlə müqayisədə daha çox yük nəqliyyat vasitəsinin keçidi təmin olunub ki, İran rəsmisi bu statistikanı da öz ölkəsinin müvafiq qurumlarından rahatlıqla əldə edə bilər. İran tərəfində yaranan sıxlığa gəlincə isə qeyd edək ki, bu sırf İran tərəfində yaranan problemlərdən qaynaqlanır. Belə ki, oktyabrın 15-dən 16-na qədər 10 saat ərzində İran tərəfində kompüter sistemində yaranan nasazlıq və bu müddət ərzində yük avtomobillərinin keçidinin təmin olunmaması, eləcə də İranın Astara şəhərində meyvə-tərəvəz anbarlarında yükləmə-boşaltma əməliyyatlarında mövcud olan uzun növbələr sıxlığın yaranmasına səbəb olub. İran tərəfindəki problemlərdən qaynaqlanan sıxlıqda Azərbaycanı günahlandırmaq və buna siyasi don geyindirmək yolverilməzdir və təəssüf doğurur”.
Qeyd edək ki, Seyid Cəlalifər İLNA agentliyinə verdiyi açıqlamada İran tərəfində yük maşınlarının 10 km-ə qədər növbəsi yarandığını bildirmiş, bunu Azərbaycan sərhəd-keçid məntəqəsindəki “ləngimələrlə” izah etməyə cəhd göstərmişdi.
Müəllif: Axar.az
Tarix: 19 Oktyabr 12:59
Şərhlər
Digər xəbərlər
Sazişdə Zəngəzur dəhlizi var, nağıl danışmayın – Akopcanyan
Gündəm
09:07
İrəvan Moskvada danışıqları pozdu: cəsarəti hardan alır? - Video
Gündəm
09:00
Bakı ilə Aİ arasında əməkdaşlıq müzakirə edildi
Gündəm
01:07
İrəvanın Bakı əleyhinə təklifi qəbul olunmadı
Gündəm
00:49
Qriqoryan: Moskvada üçtərəfli görüş pozuldu
Gündəm
2 Dekabr 23:48
İlham Əliyevə Ali Orden buna görə verildi - Amreyev
Gündəm
2 Dekabr 23:33
Dünyada sülhün iki yolu var: İrəvan isə birini qanır
Gündəm
2 Dekabr 21:59
Əliyevin yaratdığı reallığa Yaqublunun gözləri ilə “baxmaq”
Gündəm
2 Dekabr 17:44
Qəzanın detalları: yerə iki dəfə çırpılıb - Video
Gündəm
2 Dekabr 16:27
İH-lər ləğv edilir: yeni sistem - Prezident ilk addımı atdı
Gündəm
2 Dekabr 15:32
Ermənistan nümayəndəsinə bu sualı verdim - Hacıyev
Gündəm
2 Dekabr 14:57
Ermənistanla sərhəddə vəziyyət sabitdir
Gündəm
2 Dekabr 14:08
ABŞ-la AB uduzdu, Qarabağ belə olacaq - Korıbko
Gündəm
2 Dekabr 13:50
İlham Əliyevin 2050-ci il hədəfi – Nazir açıqladı
Gündəm
2 Dekabr 13:45
Hacıyevdən erməni mediası ilə bağlı çağırış
Gündəm
2 Dekabr 13:39
“Azəristilik” sədri kimdir? Milyonlar necə yeyilir?
Gündəm
2 Dekabr 12:08
Qarabağa səfər edəndə gözlərimizə inanmadıq - Hacıyev
Gündəm
2 Dekabr 11:13
Amaşovdan DSX rəisinə çağırış: Bu mayora qarşı ölçü götürün!
Gündəm
2 Dekabr 10:56
KTMT ölkələri Bakının tərəfindədir: İrəvan “atılmış”a çevrilir
Gündəm
2 Dekabr 09:00
Bakı da qazanacaq, Tehran da: amma təxribata hazır olaq
Gündəm
2 Dekabr 00:20
Səbinə Əliyeva İtaliyada
Gündəm
1 Dekabr 23:13
Moskva Qarabağda əsas rol oynayır - Lavrov
Gündəm
1 Dekabr 21:53
Elçin Quliyevin mühafizəçisi jurnalisti vurdu - Video
Gündəm
1 Dekabr 21:44
Qazaxıstan da Azərbaycana başsağlığı verdi
Gündəm
1 Dekabr 21:36

Axar.az AZRUENآذ