MM deputatı ATƏT-in toplantısında çıxış etdi
Hibrid formatda ATƏT-in Cənub-Şərqi Avropada Sahə Missiyaları Rəhbərlərinin Regional Toplantısı keçirilib.
Axar.az xəbər verir ki, tədbirdə ATƏT PA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi Azay Quliyev iştirak edib.
Tədbirə Serbiyanın xarici İşlər naziri Nikola Selakoviç, ATƏT-nın Baş katibi Helqa Şmidt, ATƏT-in Münaqişələrin qarşısının alınması mərkəzinin direktoru Tuula Yuryelya, ATƏT-in Cənub-Şərqi Avropada sahə missiyaları rəhbərləri, region ölkələrinin ATƏT-dəki daimi nümayəndələri, eləcə də ATƏT-in digər institutlarının təmsilçiləri qatılıb.
İki günlük konfrans çərçivəsində COVİD-19 pandemiyasının çoxtərəfli əməkdaşlığa yaratdığı əngəllər, Cənub-Şərqi Avropada sahə missiyalarının fəaliyyətləri, qlobal və regional miqyasda terrorizmlə mübarizə, region ölkələrinin Avropa İttifaqına inteqrasiya məsələləri, eləcə də ATƏT Parlament Assambleyasının Helsinki prinsipləri mövzusunda həyata keçirdiyi silsilə müzakirələr haqda fikir mübadiləsi aparılıb.
Konfransa ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi mandatı çərçivəsində qatılan Azay Quliyev tədbirdə çıxış edib.
Azay Quliyev regionda cərəyan edən gərginlikləri və cari durumun monitorinq edildiyini, yaxın gələcəkdə mandatı çərçivəsində ATƏT PA Prezidenti ilə birlikdə Türkiyəyə rəsmi səfərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Növbəti ay ərzində miqrantlarla bağlı durumun müzakirə edilməsi üçün Yunanıstana səfərinin həyata keçirilməsinin planlaşdırıldığını bildirib. Gələn il ərzində Serbiyada parlament, Bosniya və Herseqovinada isə ümumi seçkilərin ATƏT PA tərəfindən müşahidə edilməsinin gözlənildiyini deyib.
Müəllif: Axar.az
Tarix: 27 Oktyabr 19:47
Şərhlər
Digər xəbərlər
Bakı Moskva və İrəvanın razılığını aldı - Rus ekspert
Gündəm
27 Noyabr 22:33
Deqati İranın bu siyasətini kəskin tənqid etdi - Video
Gündəm
27 Noyabr 22:10
Kosmosdan çəkilən şəkilə görə Salyana gəldilər - Foto
Gündəm
27 Noyabr 21:47
BMT Baş katibindən Soçi görüşünə - Reaksiya
Gündəm
27 Noyabr 20:15
MM spikeri Mustafa Şəntopla görüşdü - Foto
Gündəm
27 Noyabr 19:52
Şamaxıda Qida Festivalı keçirildi - Foto
Gündəm
27 Noyabr 19:43
Bu, Bakı və Tehranla əlaqələrin inkişafına xidmət edəcək - Ayin
Gündəm
27 Noyabr 18:32
İrəvan bunu yerinə yetirməlidir! – Amerikalı politoloq
Gündəm
27 Noyabr 17:38
İlham Əliyev Lukaşenko ilə danışdı
Gündəm
27 Noyabr 16:39
Soçidəki görüntülər: Əliyevə və Paşinyana baxın... - Korotçenko
Gündəm
27 Noyabr 11:50
Soçi görüşü Yaponiya mətbuatında
Gündəm
27 Noyabr 09:53
Əliyevin Soçi çıxışında iki mesajı
Gündəm
27 Noyabr 09:09
Putin “dəhliz” dedi... – Soçi görüşünün nəticələri
Gündəm
27 Noyabr 09:00
Qərb Ərdoğanı buna görə devirməyə çalışır - Markov
Gündəm
27 Noyabr 08:45
Soçi görüşünün nəticələri ilə bağlı bəyanat - Tam mətn
Gündəm
27 Noyabr 02:43
Paşinyandan görüş sonrası açıqlama: Bunu hədəfləyirik!
Gündəm
26 Noyabr 23:52
XİN-dən Soçi görüşü ilə bağlı açıqlama
Gündəm
26 Noyabr 23:46
Soçi görüşünün nəticəsi: üçtərəfli bəyanatda nələr var?
Gündəm
26 Noyabr 23:28
Putin, Əliyev və Paşinyan mətbuata bəyanatla çıxış etdilər
Gündəm
26 Noyabr 23:05
Putin: Bölgədə fərqli ab-hava yaranacaq
Gündəm
26 Noyabr 22:38
Putin: Bu məsələ ilə bağlı razılığa gəldik
Gündəm
26 Noyabr 22:19
Putin kommunikasiyaların açılmasından danışdı
Gündəm
26 Noyabr 22:10
Putinlə Paşinyan arasında ikitərəfli görüş keçirildi
Gündəm
26 Noyabr 22:01
Bu zonada ciddi insidentlər olmayıb
Gündəm
26 Noyabr 21:51

Axar.az AZRUENآذ