İraqda saxlanılan daha 38 uşaq ölkəmizə gətirildi
Oktyabrın 28-də İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan vətəndaşı olan 38 nəfər uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş koordinasiyalı və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə repatriantların olduğu yer və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra onlar Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.
Uşaqların Azərbaycana repatriasiyası prosesinə hazırlıq məqsədilə İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdad şəhərinə ezam edilib.
İşçi Qrupunun üzvləri tərəfindən Azərbaycan vətəndaşlarının ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib.
Nəticədə Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə 38 uşağın Bağdad-İstanbul-Bakı marşrutu üzrə ölkəmizə repatriasiyası həyata keçirilib.
Azərbaycana gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Bu xüsusda, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşının İraqdan repatriasiyasına müvəffəq olunub.
"Qeyd olunmalıdır ki, dövlətimizin öz vətəndaşına qayğısının bariz nümunəsi olan repatriasiya prosesi bu qəbildən olan növbəti humanist addımdır. Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək", - məlumatda bildirilib.
Müəllif: Axar.az
Tarix: 28 Oktyabr 09:30
Şərhlər
Digər xəbərlər
Ailəsindən 14 əsgər gedən sakinin Əliyevlə söhbəti
Gündəm
23:07
Caqannat Çapaqai Ağdam və Füzulidə oldu
Gündəm
22:15
Zəngəzur bölgəsinə 10 dəfədən çox getmişəm - Əliyev
Gündəm
22:07
Bu kənd haqqında çox eşitmişəm - Prezident
Gündəm
21:49
Nazir Yusif Paşayevə yüksək vəzifə verdi
Gündəm
21:32
Ceyhun Bayramov Blinkenin köməkçisi ilə danışdı
Gündəm
20:58
Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq
Gündəm
20:39
Əliyevdən İrəvana: Şərtlərimizi qəbul edin!
Gündəm
20:34
Rusiyaya gedənlərin diqqətinə: Barmaq izi və tatu...
Gündəm
20:16
Zakir Həsənov Pakistana başsağlığı verdi
Gündəm
19:58
Azərbaycan müdafiə nazirinin müavini Rusiyaya getdi
Gündəm
19:53
İrəvan sərhədlərin delimitasiyasından niyə qorxur? - Video
Gündəm
18:56
Nazirdən Vasilevanın müavin təyin olunmasına - Reaksiya
Gündəm
18:26
Naxçıvandakı ən yaxşı tank əleyhinə batareya - Foto
Gündəm
18:13
“Bayraqdar” Qarabağda daha nələri vurub? - Foto
Gündəm
16:57
Kreml bu qondarma qurumları tanıyacaq – İlhaq ssenarisi
Gündəm
16:44
Prezidentin 14 nümayəndəsi və İH-lərin ləğvi... – Əhmədov
Gündəm
16:31
Rəisi: Bakı ilə bu sazişin üstünlükləri...
Gündəm
14:47
Ermənilər Qarabağdakı qəbirlərdə qızıl diş axtarırdı
Gündəm
14:11
İrəvan artıq gizlətmir: Rusiya əleyhinə siyasət güclənir
Gündəm
13:32
İrəvan KTMT-dən NATO ölkələrinə qaçır
Gündəm
12:57
Nobelçi: 44 günlük savaşda bundan qorxurdum
Gündəm
12:27
Azərbaycanda “Paşinyan aşiqləri” kimlərdir?
Gündəm
12:21
Yaqublu şou göstərəndə Avropada bu müzakirə gedirdi
Gündəm
5 Dekabr 23:04

Axar.az AZRUENآذ