Şamaxıda Qida Festivalı keçirildi - Foto
Bu gün Dağlıq Şirvan iqtisadi rayonunun mətbəxini təşviq etmək, regionda fəaliyyət göstərən fermer və sahibkarların istehsal etdikləri məhsulları tanıtmaq məqsədilə Şamaxı rayonunda Qida Festivalı keçirilib.
Axar.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təşkilatçılığı və Avropa İttifaqının tərəfdaşlığı ilə keçirilən festivalda Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi rayonlarında yaşayan fermer və sahibkarlar, turistlər, Şamaxı Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri iştirak ediblər.
Tədbirdə salamlı nitqi ilə çıxış edən Vüqar Bayramov festivalın məqsədindən və Dağlı Şirvanın aqrar və turizm potensialından danışıb. Avropa İttifaqının Bakı nümayəndəliyinin Siyasət Sektorunun Müdiri Zoltan Szalai ittifaqın Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev regionun turizm potensialı ilə bağlı fikirlərini bölüşərək bu sahədə həyata keçirilən fəaliyyətlərə diqqəti cəlb edib. Kiçik Orta Biznesinin İnkişaf Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, aqrar və qida sektorlarında əldə olunmuş uğurların nümayiş olunduğu Şamaxı Qida Festivalı işgüzar əlaqələrin qurulması və inkişafı, KOB-ların yeni satış bazarlarına çıxışı, aqro turizmin inkişafı baxımından da əhəmiyyətlidir. O bildirib ki, kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır və Agentlik bu sahələrdə fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. İndiyədək KOBİA-nın dəstəyi ilə 200-dən çox startap, mikro və kiçik sahibkarlıq subyektinin müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına Agentlik tərəfindən dəstək göstərilib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun iqtisadi potensialı və turizmdə müqayisəli üstünlükləri barədə məlumat verib. Milli Məclisinin deputatları Vüqar İskəndərov və Tamam Cəfərova həyata keçirilən layihəni yüksək qiymətləndirərək belə proqramların regionların inkişafına təsirlərindən danışdılar.
Daha sonra festival iştirakçılarına Dağlıq Şirvan iqtisadi rayonunun ənənəvi yeməkləri təqdim olundu.Bu gün Dağlıq Şirvan iqtisadi rayonunun mətbəxini təşviq etmək, regionda fəaliyyət göstərən fermer və sahibkarların istehsal etdikləri məhsulları tanıtmaq məqsədilə Şamaxı rayonunda Qida Festivalı keçirilib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təşkilatçılığı və Avropa İttifaqının tərəfdaşlığı ilə keçirilən festivalda Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi rayonlarında yaşayan fermer və sahibkarlar, turistlər, Şamaxı Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri iştirak ediblər.
Tədbirdə salamlı nitqi ilə çıxış edən Vüqar Bayramov festivalın məqsədindən və Dağlı Şirvanın aqrar və turizm potensialından danışıb. Avropa İttifaqının Bakı nümayəndəliyinin Siyasət Sektorunun Müdiri Zoltan Szalai ittifaqın Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev regionun turizm potensialı ilə bağlı fikirlərini bölüşərək bu sahədə həyata keçirilən fəaliyyətlərə diqqəti cəlb edib. Kiçik Orta Biznesinin İnkişaf Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, aqrar və qida sektorlarında əldə olunmuş uğurların nümayiş olunduğu Şamaxı Qida Festivalı işgüzar əlaqələrin qurulması və inkişafı, KOB-ların yeni satış bazarlarına çıxışı, aqro turizmin inkişafı baxımından da əhəmiyyətlidir. O bildirib ki, kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır və Agentlik bu sahələrdə fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. İndiyədək KOBİA-nın dəstəyi ilə 200-dən çox startap, mikro və kiçik sahibkarlıq subyektinin müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına Agentlik tərəfindən dəstək göstərilib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun iqtisadi potensialı və turizmdə müqayisəli üstünlükləri barədə məlumat verib. Milli Məclisinin deputatları Vüqar İskəndərov və Tamam Cəfərova həyata keçirilən layihəni yüksək qiymətləndirərək belə proqramların regionların inkişafına təsirlərindən danışdılar.
Daha sonra festival iştirakçılarına Dağlıq Şirvan iqtisadi rayonunun ənənəvi yeməkləri təqdim olunub.
Müəllif: Axar.az
Tarix: 27 Noyabr 2021 19:43
Şərhlər
Digər xəbərlər
Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu
Gündəm
12:53
Biz özümüzü aldatdıq, nəticə də 44 günlük müharibə oldu
Gündəm
11:49
Erməni nazirdən Zəngəzur açıqlaması
Gündəm
11:39
Azərbaycandan açıqlama gözləyirik... - Mirzoyan
Gündəm
11:02
Təzyiqlər var: manat ucuzlaşa bilərmi? - Vahid Əhmədov
Gündəm
09:00
"Tableau" proqramının tətbiqinə başlanıldı
Gündəm
00:00
Putinin cavabı belə olacaq: Bu ərazilər Rusiyaya birləşəcək…
Gündəm
27 Yanvar 22:38
Arkov: İrəvanın bu hərəkətləri müharibəyə səbəb olacaq - Video
Gündəm
27 Yanvar 17:42
Putin bu tarixdə Türkiyəyə gələcək - Çavuşoğlu
Gündəm
27 Yanvar 15:57
Əliyev dedi, müsbət xəbərlər gəlir, gücə ehtiyac yoxdur
Gündəm
27 Yanvar 14:52
Lavrov sözünü dedi, müharibə artıq başlayıb - Vasadze
Gündəm
27 Yanvar 14:23
Azərbaycanlılar “əmlak kralları” adını qorudular
Gündəm
27 Yanvar 13:44
Vikipediya tariximizi bu cür təhrif edir - Zaur Əliyev
Gündəm
27 Yanvar 13:37
Nikol müharibə səbəbi yaradır, bu dəfə Putin xilas etməyəcək
Gündəm
27 Yanvar 13:20
Əliyev sözü boşuna demir: İrəvan başa düşməsə...
Gündəm
27 Yanvar 11:42
İrəvanla sülh yolu hələ bitməyib, savaşa tələsməyin! - Video
Gündəm
27 Yanvar 11:35
Bakı məsələni güc yolu ilə həll edə bilər... - Tasits
Gündəm
27 Yanvar 08:45
Videogörüntüdəki müəllimə niyə töhmət verilib?
Gündəm
27 Yanvar 00:52
ABŞ-ın yazılı cavabına Rusiyadan ilk reaksiya
Gündəm
27 Yanvar 00:07
Erkin Qədirli AŞPA-da bu qətnaməyə qarşı bu cür çıxdı
Gündəm
26 Yanvar 22:37
Məktəblərdə "patı" satılır? - DİN-dən reaksiya
Gündəm
26 Yanvar 22:22
QHT rəhbərliyi Türkiyədə görüşlər keçirdi - Foto
Gündəm
26 Yanvar 21:50
Gürcüstanla əməkdaşlığı gücləndirəcəyik - DGK sədri
Gündəm
26 Yanvar 21:15
Bakı ilə münasibətlərə əhəmiyyət veririk - Varşava
Gündəm
26 Yanvar 20:58

Axar.az AZRUENآذ