Səbinə Əliyeva İtaliyada
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İtaliyada rəsmi səfərdədir.
Qurumun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində Ombudsman İtaliya Parlamentinin, İtaliya Senatında İnsan Hüquqlarının Müdafiəsi və Təşviqi Komissiyasının üzvləri, o cümlədən insan hüquqları sahəsində fəaliyyət göstərən digər aidiyyəti təşkilatların nümayəndələri ilə görüşlər keçirəcəkdir. Görüşlərdə uzun illər boyu Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri, işğalın nəticələri barədə geniş məlumat veriləcək.
Bu gün İtaliya İnsan Hüquqları Federasiyası tərəfindən təşkil edilmiş görüş çərçivəsində Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət, təsisatda yeni yaradılmış struktur vahidləri, eyni zamanda soydaşlarımızın pozulmuş hüquqlarının bərpası istiqamətində həyata keçirilmiş işlər barədə ətraflı məlumat verib.
İtaliya İnsan Hüquqları Federasiyasının prezidenti Antonio Stanqo, Roma Sapienza Universitetinin dosenti Daniel Pommier və kütləvi informasiya nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən S. Əliyeva Azərbaycanla İtaliya arasındakı tarixi dostluq və əməkdaşlıq əlaqələri barədə danışıb. Ölkəmizdə mövcud olan multikulturalizm ənənələrindən söz açan Ombudsman çıxışında qeyd edib ki, ölkəmizdə digər dinlərə məxsus abidələr qorunub saxlanılır, həmçinin Azərbaycan Vatikanda bir çox abidələrin bərpasını həyata keçirib.
Ombudsman tədbirdə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən insan hüquqları və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına dair geniş təqdimatla çıxış edib. Təqdimatda tarix boyu Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş faciələr, ərazilərimizin işğalı, beynəlxalq təşkilatların müvafiq çağırışlarına məhəl qoyulmaması kimi faktlara dair məlumatlara yer verilib.
Təqdimat zamanı iştirakçılar Ermənistan tərəfindən həyata keçirilən ekoloji terror siyasəti, postmüharibə dövründə mina təhlükəsinin səbəb olduğu insan itkiləri, habelə bu insan hüquq pozuntularının araşdırılması ilə bağlı Azərbaycan Ombudsmanı və beynəlxalq nümayəndə heyətlərinin həyata keçirdiyi faktaraşdırıcı missiyalar barədə də məlumatlandırılıb.
Görüşdə Ombudsman iştirakçıların çoxsaylı suallarını cavablandırıb və faktaraşdırıcı missiya hesabatlarının nüsxələrini Federasiyanın üzvlərinə təqdim edib.
Müəllif: Axar.az
Tarix: 1 Dekabr 2021 23:13
Şərhlər
Digər xəbərlər
Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu
Gündəm
12:53
Biz özümüzü aldatdıq, nəticə də 44 günlük müharibə oldu
Gündəm
11:49
Erməni nazirdən Zəngəzur açıqlaması
Gündəm
11:39
Azərbaycandan açıqlama gözləyirik... - Mirzoyan
Gündəm
11:02
Təzyiqlər var: manat ucuzlaşa bilərmi? - Vahid Əhmədov
Gündəm
09:00
"Tableau" proqramının tətbiqinə başlanıldı
Gündəm
00:00
Putinin cavabı belə olacaq: Bu ərazilər Rusiyaya birləşəcək…
Gündəm
27 Yanvar 22:38
Arkov: İrəvanın bu hərəkətləri müharibəyə səbəb olacaq - Video
Gündəm
27 Yanvar 17:42
Putin bu tarixdə Türkiyəyə gələcək - Çavuşoğlu
Gündəm
27 Yanvar 15:57
Əliyev dedi, müsbət xəbərlər gəlir, gücə ehtiyac yoxdur
Gündəm
27 Yanvar 14:52
Lavrov sözünü dedi, müharibə artıq başlayıb - Vasadze
Gündəm
27 Yanvar 14:23
Azərbaycanlılar “əmlak kralları” adını qorudular
Gündəm
27 Yanvar 13:44
Vikipediya tariximizi bu cür təhrif edir - Zaur Əliyev
Gündəm
27 Yanvar 13:37
Nikol müharibə səbəbi yaradır, bu dəfə Putin xilas etməyəcək
Gündəm
27 Yanvar 13:20
Əliyev sözü boşuna demir: İrəvan başa düşməsə...
Gündəm
27 Yanvar 11:42
İrəvanla sülh yolu hələ bitməyib, savaşa tələsməyin! - Video
Gündəm
27 Yanvar 11:35
Bakı məsələni güc yolu ilə həll edə bilər... - Tasits
Gündəm
27 Yanvar 08:45
Videogörüntüdəki müəllimə niyə töhmət verilib?
Gündəm
27 Yanvar 00:52
ABŞ-ın yazılı cavabına Rusiyadan ilk reaksiya
Gündəm
27 Yanvar 00:07
Erkin Qədirli AŞPA-da bu qətnaməyə qarşı bu cür çıxdı
Gündəm
26 Yanvar 22:37
Məktəblərdə "patı" satılır? - DİN-dən reaksiya
Gündəm
26 Yanvar 22:22
QHT rəhbərliyi Türkiyədə görüşlər keçirdi - Foto
Gündəm
26 Yanvar 21:50
Gürcüstanla əməkdaşlığı gücləndirəcəyik - DGK sədri
Gündəm
26 Yanvar 21:15
Bakı ilə münasibətlərə əhəmiyyət veririk - Varşava
Gündəm
26 Yanvar 20:58

Axar.az AZRUENآذ