Amaşovdan DSX rəisinə çağırış: Bu mayora qarşı ölçü götürün!
Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən Baku TV-nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir.
Axar.az xəbər verir ki, bu sözlər Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub.
"Media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır. Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşaiyət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır.
Azərbaycan Mətbuat Şurası Baku TV-nin əməkdaşlarına münasibətdəki rəftarı qətiyyətlə pisləyir. Şura Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin diqqətini baş vermiş hadisəyə çəkərək qurumu kobudluğa yol vermiş əməkdaşı barədə müvafiq ölçü tədbiri götürməyə çağırır. Azərbaycan Mətbuat Şurası onu da bəyan edir ki, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda jurnalistin qanuni fəaliyyətinə maneçilik cəhdlərinin gələcəkdə də təkrarlanmaması üçün Baku TV əməkdaşlarının üzləşdiyi duruma həssas yanaşılması mütləqdir. Şura ümüd edir ki, bu yanaşma konkret əməllərdə əksini tapacaq, baş vermiş hadisəyə layiqli qiymət veriləcəkdir", - bəyanatda vurğulanıb.
Müəllif: Axar.az
Tarix: 2 Dekabr 2021 10:56
Şərhlər
Digər xəbərlər
Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu
Gündəm
12:53
Biz özümüzü aldatdıq, nəticə də 44 günlük müharibə oldu
Gündəm
11:49
Erməni nazirdən Zəngəzur açıqlaması
Gündəm
11:39
Azərbaycandan açıqlama gözləyirik... - Mirzoyan
Gündəm
11:02
Təzyiqlər var: manat ucuzlaşa bilərmi? - Vahid Əhmədov
Gündəm
09:00
"Tableau" proqramının tətbiqinə başlanıldı
Gündəm
00:00
Putinin cavabı belə olacaq: Bu ərazilər Rusiyaya birləşəcək…
Gündəm
27 Yanvar 22:38
Arkov: İrəvanın bu hərəkətləri müharibəyə səbəb olacaq - Video
Gündəm
27 Yanvar 17:42
Putin bu tarixdə Türkiyəyə gələcək - Çavuşoğlu
Gündəm
27 Yanvar 15:57
Əliyev dedi, müsbət xəbərlər gəlir, gücə ehtiyac yoxdur
Gündəm
27 Yanvar 14:52
Lavrov sözünü dedi, müharibə artıq başlayıb - Vasadze
Gündəm
27 Yanvar 14:23
Azərbaycanlılar “əmlak kralları” adını qorudular
Gündəm
27 Yanvar 13:44
Vikipediya tariximizi bu cür təhrif edir - Zaur Əliyev
Gündəm
27 Yanvar 13:37
Nikol müharibə səbəbi yaradır, bu dəfə Putin xilas etməyəcək
Gündəm
27 Yanvar 13:20
Əliyev sözü boşuna demir: İrəvan başa düşməsə...
Gündəm
27 Yanvar 11:42
İrəvanla sülh yolu hələ bitməyib, savaşa tələsməyin! - Video
Gündəm
27 Yanvar 11:35
Bakı məsələni güc yolu ilə həll edə bilər... - Tasits
Gündəm
27 Yanvar 08:45
Videogörüntüdəki müəllimə niyə töhmət verilib?
Gündəm
27 Yanvar 00:52
ABŞ-ın yazılı cavabına Rusiyadan ilk reaksiya
Gündəm
27 Yanvar 00:07
Erkin Qədirli AŞPA-da bu qətnaməyə qarşı bu cür çıxdı
Gündəm
26 Yanvar 22:37
Məktəblərdə "patı" satılır? - DİN-dən reaksiya
Gündəm
26 Yanvar 22:22
QHT rəhbərliyi Türkiyədə görüşlər keçirdi - Foto
Gündəm
26 Yanvar 21:50
Gürcüstanla əməkdaşlığı gücləndirəcəyik - DGK sədri
Gündəm
26 Yanvar 21:15
Bakı ilə münasibətlərə əhəmiyyət veririk - Varşava
Gündəm
26 Yanvar 20:58

Axar.az AZRUENآذ