Dünyada sülhün iki yolu var: İrəvan isə birini qanır
Rəsmi Bakı Ermənistanla sülh sazişinin prinsiplərini açıqlayıb: ərazi bütövlüyü və suverenliyin tanınması, sərhədlərin toxunulmazlığı.
Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması, iki xalqın sülh içində yaşamasının iki yolu var:
Birinci dünya təcrübəsində ən çox istinad ediləndir: iki xalqın nümayəndələrinin iştirakı ilə görüşlərin keçirilməsi, dialoq atmosferinin qurulması; müharibədən əvvəl “xalq diplomatiyası” adlanan bu prosesdə Ermənistan maraqlı idi, müharibədən sonra biz maraqlıyıq;
İkincisi, sülh sazişinin diktə edilməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını tanımağa məcbur edilməsidir.
Birinci yol zaman tələb edir və zaman Azərbaycanın əleyhinə işləyən əsas faktordur. Ermənistanda hesab edirlər ki, zamanla geosiyasi və regional şərtlər dəyişə, yeni şərtlərdə indi düşdükləri vəziyyətdən çıxa bilərlər.
Bu baxımdan, Azərbaycan üçün ən uyğun variant ikinci yoldur: şərtlərin diktə edilməsi.
Bakı anlayır ki, müharibədən sonra əldə etdiyi təsir gücündən istifadə etməsə, hər ötən il əleyhinə işləyir və məhz buna görə, şərtlərin diktə edilməsi üzərindən hərəkət edir: Ermənistan hakimiyyəti sülh sazişinə imza atmalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır; erməni xalqına bunu qəbul etdirmək işi artıq erməni hakimiyyətinin üzərinə düşür.
Soçi görüşündə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılması ilə bağlı razılıq əldə olundu. Bu, sülh sazişinə doğru nəzəri də olsa, ilk addımın atılmasıdır. Əliyev görüşdən sonra çıxışında “düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq” sözləri ilə mesajını verdi: Ermənistan razılaşmanı yerinə yetirməsə, yaxud uzadacaqsa, yenidən güc amili önə çıxa bilər.
30 illik münaqişə dövründə sülh danışıqları da qarşı tərəfin yalnız gücdən anladığını göstərdi: əraziləri güclə azad etdiyimiz kimi, sülhü də güclə qurmalıyıq.
Müəllif: Asif Nərimanlı
Tarix: 2 Dekabr 2021 21:59
Şərhlər
Digər xəbərlər
Biz özümüzü aldatdıq, nəticə də 44 günlük müharibə oldu
Gündəm
11:49
Erməni nazirdən Zəngəzur açıqlaması
Gündəm
11:39
Azərbaycandan açıqlama gözləyirik... - Mirzoyan
Gündəm
11:02
Təzyiqlər var: manat ucuzlaşa bilərmi? - Vahid Əhmədov
Gündəm
09:00
"Tableau" proqramının tətbiqinə başlanıldı
Gündəm
00:00
Putinin cavabı belə olacaq: Bu ərazilər Rusiyaya birləşəcək…
Gündəm
27 Yanvar 22:38
Arkov: İrəvanın bu hərəkətləri müharibəyə səbəb olacaq - Video
Gündəm
27 Yanvar 17:42
Putin bu tarixdə Türkiyəyə gələcək - Çavuşoğlu
Gündəm
27 Yanvar 15:57
Əliyev dedi, müsbət xəbərlər gəlir, gücə ehtiyac yoxdur
Gündəm
27 Yanvar 14:52
Lavrov sözünü dedi, müharibə artıq başlayıb - Vasadze
Gündəm
27 Yanvar 14:23
Azərbaycanlılar “əmlak kralları” adını qorudular
Gündəm
27 Yanvar 13:44
Vikipediya tariximizi bu cür təhrif edir - Zaur Əliyev
Gündəm
27 Yanvar 13:37
Nikol müharibə səbəbi yaradır, bu dəfə Putin xilas etməyəcək
Gündəm
27 Yanvar 13:20
Əliyev sözü boşuna demir: İrəvan başa düşməsə...
Gündəm
27 Yanvar 11:42
İrəvanla sülh yolu hələ bitməyib, savaşa tələsməyin! - Video
Gündəm
27 Yanvar 11:35
Bakı məsələni güc yolu ilə həll edə bilər... - Tasits
Gündəm
27 Yanvar 08:45
Videogörüntüdəki müəllimə niyə töhmət verilib?
Gündəm
27 Yanvar 00:52
ABŞ-ın yazılı cavabına Rusiyadan ilk reaksiya
Gündəm
27 Yanvar 00:07
Erkin Qədirli AŞPA-da bu qətnaməyə qarşı bu cür çıxdı
Gündəm
26 Yanvar 22:37
Məktəblərdə "patı" satılır? - DİN-dən reaksiya
Gündəm
26 Yanvar 22:22
QHT rəhbərliyi Türkiyədə görüşlər keçirdi - Foto
Gündəm
26 Yanvar 21:50
Gürcüstanla əməkdaşlığı gücləndirəcəyik - DGK sədri
Gündəm
26 Yanvar 21:15
Bakı ilə münasibətlərə əhəmiyyət veririk - Varşava
Gündəm
26 Yanvar 20:58
İran Türkiyənin qazını kəsdi, Bakıya müraciət olundu
Gündəm
26 Yanvar 20:49

Axar.az AZRUENآذ