İrəvanın Bakı əleyhinə təklifi qəbul olunmadı
Dekabrın 2-də Avronest Parlament Assambleyasının videokonfrans formatında Büro iclası keçirilib. Büronun işinə Avronest PA-nın həmsədrləri Andrius Kubilius və Maka Botçorişvili moderatorluq edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, gündəliyin qəbulundan sonra Büronun 2021-ci il sentyabrın 27-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin başçıları çıxış edərək ölkələrində gedən iqtisadi-siyasi proseslər, COVİD-19 pandemiyası, peyvəndləmə ilə bağlı mövcud vəziyyət barədə məlumat veriblər, regional təhlükəsizlik məsələlərinə toxunublar.
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli Ermənistan nümayəndəsinə cavab olaraq çıxışında erməni tərəfinin sərhəddəki təxribatları barədə məlumat verib. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin 26 noyabr Soçi görüşü və görüşdə qəbul olunmuş bəyanat barədə danışıb. Azər Kərimli Azərbaycanın etnik və dini mənsubiyyətindən asılı olmayaraq münaqişənin təsirinə məruz qalmış Azərbaycan ərazilərində yaşayan erməni əsilli vətəndaşlarını yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək əzmində olduğunu vurğulayıb, bölgədə iqtisadi, ticarət, kommunikasiya əlaqələrinin reallaşdırılması ilə bağlı görülən işlərdən bəhs edib.
O, həmçinin cari il noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası və iclasda Madrid Bəyannaməsinin qəbul olunması barədə məlumat verib.
Avronest PA-nın Büro iclasında Büronun “Şərq tərəfdaşlığı” Sammitinə ünvanlanacaq mesajı ilə bağlı müzakirələrdə Ermənistan mətnə irəli sürdüyü Azərbaycanın əleyhinə dəyişikliyi qəbul etdirməyə çalışıb. Lakin Azərbaycan tərəfinin qəti etirazı nəticəsində təklif qəbul olunmayıb.
İclasın sonunda Avronest PA-nın həmsədri Andrius Kubilius qurumun növbəti iclasının gələn ilin fevralına planlaşdırıldığını bildirib.
Müəllif: Axar.az
Tarix: 3 Dekabr 2021 00:49
Şərhlər
Digər xəbərlər
Biz özümüzü aldatdıq, nəticə də 44 günlük müharibə oldu
Gündəm
11:49
Erməni nazirdən Zəngəzur açıqlaması
Gündəm
11:39
Azərbaycandan açıqlama gözləyirik... - Mirzoyan
Gündəm
11:02
Təzyiqlər var: manat ucuzlaşa bilərmi? - Vahid Əhmədov
Gündəm
09:00
"Tableau" proqramının tətbiqinə başlanıldı
Gündəm
00:00
Putinin cavabı belə olacaq: Bu ərazilər Rusiyaya birləşəcək…
Gündəm
27 Yanvar 22:38
Arkov: İrəvanın bu hərəkətləri müharibəyə səbəb olacaq - Video
Gündəm
27 Yanvar 17:42
Putin bu tarixdə Türkiyəyə gələcək - Çavuşoğlu
Gündəm
27 Yanvar 15:57
Əliyev dedi, müsbət xəbərlər gəlir, gücə ehtiyac yoxdur
Gündəm
27 Yanvar 14:52
Lavrov sözünü dedi, müharibə artıq başlayıb - Vasadze
Gündəm
27 Yanvar 14:23
Azərbaycanlılar “əmlak kralları” adını qorudular
Gündəm
27 Yanvar 13:44
Vikipediya tariximizi bu cür təhrif edir - Zaur Əliyev
Gündəm
27 Yanvar 13:37
Nikol müharibə səbəbi yaradır, bu dəfə Putin xilas etməyəcək
Gündəm
27 Yanvar 13:20
Əliyev sözü boşuna demir: İrəvan başa düşməsə...
Gündəm
27 Yanvar 11:42
İrəvanla sülh yolu hələ bitməyib, savaşa tələsməyin! - Video
Gündəm
27 Yanvar 11:35
Bakı məsələni güc yolu ilə həll edə bilər... - Tasits
Gündəm
27 Yanvar 08:45
Videogörüntüdəki müəllimə niyə töhmət verilib?
Gündəm
27 Yanvar 00:52
ABŞ-ın yazılı cavabına Rusiyadan ilk reaksiya
Gündəm
27 Yanvar 00:07
Erkin Qədirli AŞPA-da bu qətnaməyə qarşı bu cür çıxdı
Gündəm
26 Yanvar 22:37
Məktəblərdə "patı" satılır? - DİN-dən reaksiya
Gündəm
26 Yanvar 22:22
QHT rəhbərliyi Türkiyədə görüşlər keçirdi - Foto
Gündəm
26 Yanvar 21:50
Gürcüstanla əməkdaşlığı gücləndirəcəyik - DGK sədri
Gündəm
26 Yanvar 21:15
Bakı ilə münasibətlərə əhəmiyyət veririk - Varşava
Gündəm
26 Yanvar 20:58
İran Türkiyənin qazını kəsdi, Bakıya müraciət olundu
Gündəm
26 Yanvar 20:49

Axar.az AZRUENآذ