Əliyev sözü boşuna demir: İrəvan başa düşməsə...
Qəribədir ki, Nikol Paşinyan Qarabağ ətrafında baş verən bütün hadisələrdən, uduzduğu müharibədən sonra da Azərbaycan Prezidentinin sözlərini boşuna demədiyini başa düşməyib. Bu mənada İlham Əliyev, ümumiyyətlə, bir çox həmkarlarından kəskin şəkildə fərqlənir. Rəsmi Bakı sakit, diplomatik, lakin kəskin şəkildə Paşinyana bu və ya digər məsələni – indiki halda delimitasiya və demarkasiya problemini həll etmək lazım olduğunu xəbərdarlıq edirsə, günlərin bir günündə xatırlatmalar olmayacaq.
Bu barədə Axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqori Trofimçuk deyib.
“Bakı “min birinci” xəbərdarlıq rejimində işləmir. Buradan həm Paşinyan, həm də bütövlükdə Cənubi Qafqazla maraqlanan hər kəs sadə nəticə çıxara bilər: artıq Bakının demarkasiya planı var. Əgər sərhədin müəyyənləşməsi tələbini Ermənistan tərəfindən bəyənilməzsə, onda heç nə edə bilmərik. Ona xəbərdarlıq edirdilər, amma bu imkan əldən verilib. Burada taxta sərhəd dirəkləri deyil, Azərbaycan rəhbərinin imici əhəmiyyət kəsb edir”, - o bildirib.
Rusiyalı ekspertin fikrincə, Azərbaycan politoloqları faktiki olaraq Ermənistana birbaşa Bakının məsələni birdəfəlik həll etmək planları barədə xəbərdarlıq edirlər:
“Bu, bir növ güzəştdir, çünki belə ciddi işlərdə, adətən, heç kim öz planları barədə heç kimə xəbərdarlıq etmir. Bu, müəyyən mənada “qonşu hədiyyəsidir”.
Azərbaycan politoloqları Cənubi Qafqazın xəritəsini və Azərbaycanın xəritələrini geniş auditoriyaya açıq şəkildə nümayiş etdirirlər. Orada çox vaxt İrəvan da daxil olmaqla, əsas erməni məntəqələri Azərbaycan toponimləri ilə işarələnir. Bu, eyni səbəbdən baş verir: sərhədlər qəti şəkildə və rəsmi olaraq müəyyənləşdirilməyib, buna görə də qalib gələn tərəf müzakirə və sonrakı reallaşma prosesi üçün öz variantlarını təklif edə bilər.
Ermənistanda, əlbəttə ki, baş verənləri dərk edirlər. Görünür, bu səbəbdən Armen Sərkisyan da öz vəzifəsini tərk edərək, Azərbaycanın yenidən Paşinyanın çiyninə qoymağa hazır olduğu tarixi yükü öz üzərinə götürmək istəmədi. Düşünürəm ki, Sərkisyan postsovet məkanında vəziyyətin geosiyasi amil üzündən sürətlə gərginləşdiyini və Azərbaycanın yenə də bu vəziyyəti nəzərə alıb, onu öz xeyrinə işlədəcəyini başa düşürdü”.
Müəllif: Fatimə Zülfüqar
Tarix: 2022.01.27 / 11:42
Şərhlər
Digər xəbərlər
Ukrayna rus ordusunu darmadağın edəcək – Polkovnik
Gündəm
12:43
Rus ordusu ləngləyir, böyük itkiləri var – Belarus ekspert
Gündəm
12:08
Xankəndini boşaltmalı olacağıq - Akopyan
Gündəm
11:26
Perinçək: Rusiya kimi, Türkiyə də bunu istəmir - Video
Gündəm
09:00
Şəntop Bakı haqda yazdı
Gündəm
01:11
Xarkovdakı fəxri konsulluğumuz fəaliyyətini bərpa etdi
Gündəm
16 May 23:33
Putin Paşinyanla Qarabağdan danışdı
Gündəm
16 May 22:53
Bəs, Putin “sərhədimizə gəlir” deyirdi? - Zəifliyin şok etirafı
Gündəm
16 May 22:22
MM spikeri Şəntopla görüşdü - Foto
Gündəm
16 May 21:07
İƏT OA Azərbaycanla bağlı hesabatını təqdim etdi
Gündəm
16 May 20:50
İranın birinci vitse-spikeri Azərbaycanda - Foto
Gündəm
16 May 20:15
Bakının strateji baxımdan vacib olması... - ABŞ səfiri
Gündəm
16 May 19:31
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşdü - Foto
Gündəm
16 May 19:05
Ordumuzun PUA bölmələri uçuşlar həyata keçirdi - Video
Gündəm
16 May 18:17
Pakistan Milli Assambleyasının sədri Azərbaycana gəldi
Gündəm
16 May 14:34
Bakının 5 təklifinə İrəvanın cavabındakı 2 nüans - Video
Gündəm
16 May 13:46
Dünyada ən çox türk hansı ölkədə yaşayır?
Gündəm
16 May 13:11
Roman Qolovçenko Azərbaycana gəlir
Gündəm
16 May 12:06
Dollar sürətlə bahalaşır
Gündəm
16 May 11:49
Xəzərdə fəlakətli durum: Bakı və Moskva bacaracaqmı?
Gündəm
15 May 09:30
Vilayət Eyvazov bu rayonların sakinləri ilə görüşəcək
Gündəm
15 May 00:50
Baxçalı İlham Əliyevə tapança hədiyyə etdi - Foto
Gündəm
14 May 22:37
İlham Əliyevin Rizədə iştirakı bizi qürurlandırdı - Babaoğlu
Gündəm
14 May 20:05
Ərdoğanla Əliyev İrəvanla münasibətlərdən danışdı
Gündəm
14 May 19:54
Axar.az AZRUENآذ