Putin bu tarixdə Türkiyəyə gələcək - Çavuşoğlu
15:46
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gəlişi ilə bağlı hələlik tarix müəyyən edilməyib, lakin səfər Putinin Pekin Olimpiadasında iştirakından dərhal sonra gerçəkləşə bilər.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu bildirib ki, bu müddət ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ukraynaya səfər edəcək:
“Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşünün Ərdoğanın Ukrayna səfərindən dərhal sonra keçirilməsi planlaşdırılır”.
Qeyd edək ki, Ərdoğan Ukraynaya 3 fevralda səfər edəcəyini bildirib. Pekin Qış Olimpiadasının açılışı isə 4 fevralda olacaq.
Müəllif: Axar.az
Tarix: 2022.01.27 / 15:57
Digər xəbərlər