İdxal-ixrac göstəricilərinin daha dərin təhlil edilməsi məqsədilə "Tableau" proqramının tətbiqinə başlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Tvitter hesabında yazıb.
"İdxal-ixrac göstəricilərinin daha dərin təhlil edilməsi, nəticələrin vizuallaşdırılması və normalar üzrə kənarlaşmanın, avtomatlaşdırılmış qaydada xəbərdarlıq məlumatlarının alınması məqsədilə “Tableau” proqramının tətbiqinə başlanılıb", - DGK sədri qeyd edib.