Özümüzü aldatdıq, nəticə də 44 günlük müharibə oldu - Video
11:49
44 günlük müharibə böyük özünüaldatmanın nəticəsidir.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında deyib.
“Yalanla yaşadığımız bəsdir. Baş verən faciəmiz böyük özünüaldatmanın nəticəsidir. Reallığın gözünə dik baxmaq lazımdır, bir-birimizlə düz danışmalıyıq, heç nəyi gizlətmədən”, - Mirzoyan bildirib.
O əlavə edib ki, Türkiyə və Azərbaycanla normallaşma barədə müxalifətin tənqidlərinə cavab vermək istəmir:
“İzah etsinlər ki, 1990-cı illərdən vaxtaşırı olaraq Türkiyə ilə aparılan və yaxud imitasiya edilən danışıqlar necə olub və ictimaiyyət niyə bu barədə məlumatlandırılmayıb. Mən isə parlamentdə və digər kürsülərdən danışıqlar barədə hər şeyi açıqlayıram”.
“Çoxsaylı hərbçilərin ölümünə səbəb olan ölkə ilə necə danışıqlar aparmaq olar” sualına isə Mirzoyan belə cavab verib:
“Əlbəttə, ümummilli qırmızı xətlərimiz var ki, keçə bilmərik. Ancaq təəssüf ki, biz qonşularla uzun müddət konflikt yaşayan nə birinci, nə də axırıncı ölkəyik. Biz uzunvədəli və stabil sülhə köklənmişik”.
Qeyd edək ki, Ermənistan bu gün ordunun yaranmasının 30-cu ildönümünü qeyd edir.
Müəllif: Axar.az
Tarix: 2022.01.28 / 15:46
Şərhlər
Digər xəbərlər
Ankara qülləsi bayrağımızla bəzəndi - Foto
Gündəm
23:45
İlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - Foto
Gündəm
23:39
Azərbaycanın strateji əhəmiyyəti çox vacibdir - Burcanadze
Gündəm
22:32
Ərdoğanın Bakıya səfəri başa çatdı
Gündəm
22:11
Saakaşvili xaricə göndəriləcəkmi? - Nazir
Gündəm
21:25
Tiflisin iki əsas simvolu bayrağımızın rənglərinə boyandı
Gündəm
21:03
Paşinyan eyni vaxtda üç stulda oturmaq istəyir - Korotçenko
Gündəm
20:42
"Texnofest"dən pozitiv kadrlar - Video
Gündəm
20:32
İlham Əliyev Ərdoğanla görüşdü
Gündəm
20:15
Pakistan liderindən Əliyevə: Son üç onillikdə...
Gündəm
20:06
Axar.az AZRUENآذ