Dünyada ən çox türk hansı ölkədə yaşayır?
Açıq mənbələrə görə, dünyada 350 milyondan çox türk yaşayır. Türkiyəli professor Musa Daşdələn Hindistanda 100 milyona yaxın türk olduğunu bildirib. Onun fikrincə, ən çox türk məhz Hindistanda yaşayır. Bəzi məlumatlara görə, ikinci ən çox türk xalqının yaşadığı ölkə Çindir - 80 milyon.
Bu barədə Axar.az-a danışan türkoloq, Azərbaycanın sabiq təhsil naziri, professor Firudin Cəlilov bildirib ki, bu gün ən çox türk yaşadığı ölkə elə Türkiyədir:
“Türkiyədə təxminən 70 milyon türk yaşayır. İkinci ən çox türklərin yaşadığı ölkə Azərbaycandır. Şimal və Cənubi Azərbaycan. Şimali Azərbaycanda 10 milyon, Cənubi Azərbaycanda isə təxminən 40 milyon türk var. Təkcə Tehran şəhərində 7 milyon türk yaşayır. Türkiyə, Azərbaycan və İranda ümumilikdə 120 milyona yaxın türk yaşayır.
Daha sonra Orta Asiya - Qazaxıstan, Şərqi Türküstan (Çinin tərkibində olan uyğurlar), Özbəkistan, Türkmənistan və Qırğızıstan gəlir. Orta Asiya ölkələrinin ardınca ən çox türk yaşayan ərazi Tatarıstandır. Burada rəsmi 6 milyon türkün yaşadığı deyilir. Amma Həştərxanda, Sibirdə də tatarlar yaşayır. Təxminən sayları 10 milyondur. Bir milyon türk Başqırdıstanda, bir milyon türk isə Yakutiyadadır. Altayda Baykal gölü tərəfdə yaşayan türklərin sayı isə çox azdır. Onlar dillərini dəyişiblər ruslaşıblar”.
Hindistana gəlincə isə professor qeyd edib ki, orda hazırda o qədər də türk yaşamır:
“Qədimdə orda türklərin sayı çox olub. Amma indi orda qalan türklər hindləşiblər. Türk adətlərindən, dilindən uzaqlaşıblar, assimilyasiya olublar”.
Müəllif: Zeynəb Əkbər
Tarix: 2022.05.16 / 13:11
Şərhlər
publika.az
Digər xəbərlər
Kərim Vəliyev Polad Həşimovun məzarı önündə - Video
Gündəm
26 İyun 17:52
Bakının işğalından sonra 15 general... - Misir mətbuatı
Gündəm
26 İyun 15:52
Azərbaycan Ordusu tarix yazdı – Yücel Karauz
Gündəm
26 İyun 14:23
Ərdoğanın baş müşaviri Azərbaycanı təbrik etdi
Gündəm
26 İyun 14:14
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
Gündəm
26 İyun 11:16
Mehriban Əliyevadan Ordu günü ilə bağlı paylaşım
Gündəm
26 İyun 10:07
Afina səfərindən imtina edib, Türkiyəyə gəldi – Səbəb
Gündəm
26 İyun 10:00
Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılır
Gündəm
26 İyun 01:15
Bayramovdan Ordu Günü ilə bağlı paylaşım
Gündəm
26 İyun 00:41
Ordumuzun yaranmasından 104 il ötür
Gündəm
26 İyun 00:00
Heydər Əliyevin ordumuzla bağlı tarixi sözləri - Video
Gündəm
25 İyun 23:36
Nəvə nənəni iplə boğaraq öldürdü - Prokurorluq
Gündəm
25 İyun 23:05
Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi
Gündəm
25 İyun 22:44
Prezidentdən Ordu Günü ilə bağlı paylaşım - Foto
Gündəm
25 İyun 21:26
Ələt Azad İqtisadi Zonası ilə bağlı tapşırıqlar verildi
Gündəm
25 İyun 20:46
Ermənistana sərt cavab verməyə hazırıq - General
Gündəm
25 İyun 19:27
Ermənistan bəyanatın müddəalarını icra etməsə...
Gündəm
25 İyun 18:50
Prezident Ordumuzla bağlı deyir ki... - General
Gündəm
25 İyun 18:32
Ordumuzda Türkiyə təcrübəsi ilə idarəetmə sistemi
Gündəm
25 İyun 18:15
Rusiya ilə yeni saziş: Kreml üzərinə öhdəlik götürür
Gündəm
25 İyun 18:05
Vətən Müharibəsi Qəhrəmanı general rütbəsi aldı
Gündəm
25 İyun 17:02
Prezidentin general rütbəsi verdiyi polkovniklər - Siyahı
Gündəm
25 İyun 16:46
Azərbaycan-Naxçıvan nəqliyyat bağlantısı... – Şəntop
Gündəm
25 İyun 09:37
Səfirimiz Baydenlə görüşdü - Foto
Gündəm
25 İyun 02:25
Axar.az AZRUENآذ