axar.az
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşdü - Foto
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb.
Bu barədə Axar.az-a XİN-dən məlumat verilib.
C.Bayramov Azərbaycanın İƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb. O, Baş katib ilə bundan öncə keçirilmiş görüşlər zamanı aparılan fikir mübadilələrinə istinad edərək təşkilatın Aşqabad Zirvə görüşündə qəbul olunmuş sənədlərin icrasının vacibliyini qeyd edib. Xüsusilə də “İƏT Baxışı - 2025” sənədinin və burada müəyyən edilmiş prioritet istiqamətlərin Azərbaycan üçün də yüksək önəm kəsb etdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Cari 2022-ci ilin İƏT-də “nəqliyyat - bağlantı ili” kimi qeyd edildiyi və bu xüsusda, Azərbaycanın İƏT bölgəsində nəqliyyat-bağlantı əlaqələrinin inkişafına böyük diqqətlə yanaşdığı ifadə edilib.
Xusrav Noziri Azərbaycanın İƏT-in fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransına uğurla ev sahibliyi etdiyi üçün Azərbaycan tərəfinə təbriklərini çatdırıb. Parlament ölçüsünün üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Baş katib həmçinin cari ildə İƏT çərçivəsində nəqliyyat-bağlantı sahəsində əlaqələrin inkişafına xüsusi diqqətin ayrıldığını qeyd edərək bununla əlaqədar Azərbaycanın həm coğrafi yerləşmə baxımından, həm də tranzit mərkəzi kimi rolunu xüsusilə vurğulayıb.
Görüşdə tərəflər İƏT ixtisaslaşmış qurumlarının fəaliyyəti üzrə fikir mübadiləsi aparıblar, o cümlədən Azərbaycanın ev sahibliyi edəcəyi İƏT Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin yaxın zamanlarda fəaliyyətə başlamasının əhəmiyyətini vurğulayıblar. Yaxın günlərdə İƏT-in gələcək fəaliyyəti ilə bağlı üzv ölkələrin ekspertlərinin iştirakı ilə müzakirələrin aparılacağı və Azərbaycan nümayəndə heyətinin də bu müzakirələrdə iştirak edəcəyi qeyd edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Müəllif: Axar.az
Tarix: 2022.05.16 / 19:05
Şərhlər
publika.az
Digər xəbərlər
Kərim Vəliyev Polad Həşimovun məzarı önündə - Video
Gündəm
26 İyun 17:52
Bakının işğalından sonra 15 general... - Misir mətbuatı
Gündəm
26 İyun 15:52
Azərbaycan Ordusu tarix yazdı – Yücel Karauz
Gündəm
26 İyun 14:23
Ərdoğanın baş müşaviri Azərbaycanı təbrik etdi
Gündəm
26 İyun 14:14
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
Gündəm
26 İyun 11:16
Mehriban Əliyevadan Ordu günü ilə bağlı paylaşım
Gündəm
26 İyun 10:07
Afina səfərindən imtina edib, Türkiyəyə gəldi – Səbəb
Gündəm
26 İyun 10:00
Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılır
Gündəm
26 İyun 01:15
Bayramovdan Ordu Günü ilə bağlı paylaşım
Gündəm
26 İyun 00:41
Ordumuzun yaranmasından 104 il ötür
Gündəm
26 İyun 00:00
Heydər Əliyevin ordumuzla bağlı tarixi sözləri - Video
Gündəm
25 İyun 23:36
Nəvə nənəni iplə boğaraq öldürdü - Prokurorluq
Gündəm
25 İyun 23:05
Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi
Gündəm
25 İyun 22:44
Prezidentdən Ordu Günü ilə bağlı paylaşım - Foto
Gündəm
25 İyun 21:26
Ələt Azad İqtisadi Zonası ilə bağlı tapşırıqlar verildi
Gündəm
25 İyun 20:46
Ermənistana sərt cavab verməyə hazırıq - General
Gündəm
25 İyun 19:27
Ermənistan bəyanatın müddəalarını icra etməsə...
Gündəm
25 İyun 18:50
Prezident Ordumuzla bağlı deyir ki... - General
Gündəm
25 İyun 18:32
Ordumuzda Türkiyə təcrübəsi ilə idarəetmə sistemi
Gündəm
25 İyun 18:15
Rusiya ilə yeni saziş: Kreml üzərinə öhdəlik götürür
Gündəm
25 İyun 18:05
Vətən Müharibəsi Qəhrəmanı general rütbəsi aldı
Gündəm
25 İyun 17:02
Prezidentin general rütbəsi verdiyi polkovniklər - Siyahı
Gündəm
25 İyun 16:46
Azərbaycan-Naxçıvan nəqliyyat bağlantısı... – Şəntop
Gündəm
25 İyun 09:37
Səfirimiz Baydenlə görüşdü - Foto
Gündəm
25 İyun 02:25
Axar.az AZRUENآذ