axar.az
Bakının strateji baxımdan vacib olması... - ABŞ səfiri
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov ilə birgə ABŞ tərəfindən Komitəyə ingilis dilinin tədrisi üçün təqdim edilən kompüterləri və təlim materiallarını nəzərdən keçiriblər.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Axar.az-a verilən məlumatda deyilir.
Məlumata görə, avadanlıqlar ABŞ-ın Dövlət Gömrük Komitəsinə “Tərəfdaşların Əməliyyat Bacarıqlarının inkişafı” proqramı vasitəsilə ayırdığı 30 milyon dollar dəyəri olan yardımın bir hissəsidir. Bu proqram Azərbaycanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi məqsədinə xidmət edir. 2019-cu ildən bəri ABŞ-ın Müdafiə Departamenti Azərbaycana qanunsuz daşınmaların və sərhəd pozulmalarının qarşısının alınması üçün təqribən 90 milyon dollar dəyəri olan yardım ayırıb.
Səfir Litzenberger çıxışı zaman qeyd edib ki, ABŞ Səfirliyi və Dövlət Gömrük Komitəsi güclü münasibətlər yaratmağa nail olub:
“Azərbaycan əhalisinə təhlükə yaradan narkotik və digər qanunsuz malların daşınması hər zaman problem olmuşdur. Bu, xüsusilə Azərbaycanın İranla olan cənub sərhədində özünü biruzə verir. Bizim Müdafiə Departamentimiz, habelə ABŞ-ın digər hüquq-mühafizə agentlikləri, misal üçün Narkotiklərə Qarşı Mübarizə Administrasiyası, Dövlət Gömrük Komitəsi və digər sərhəd təhlükəsizliyi sahəsində çalışan orqanlar ilə birgə işləyir. Bu əməkdaşlığın əsnasında biz təhlükələrin aradan qaldırılması üçün zəruri təlimləri təmin edirik. Azərbaycanın strateji baxımdan vacib olması onu ABŞ-ın bölgədəki tərəfdaşına çevirir. Əlimizdə olan fürsətdən istifadə edərək Azərbaycanın sərhədlərinin təhlükəsizliyini təmin edən insanlar üçün yarana bilən təhlükələrin qarşısının alınması məqsədi ilə yardım etməyə hazırıq”, - deyə o bildirib.
Müəllif: Axar.az
Tarix: 2022.05.16 / 19:31
Şərhlər
publika.az
Digər xəbərlər
Kərim Vəliyev Polad Həşimovun məzarı önündə - Video
Gündəm
26 İyun 17:52
Bakının işğalından sonra 15 general... - Misir mətbuatı
Gündəm
26 İyun 15:52
Azərbaycan Ordusu tarix yazdı – Yücel Karauz
Gündəm
26 İyun 14:23
Ərdoğanın baş müşaviri Azərbaycanı təbrik etdi
Gündəm
26 İyun 14:14
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
Gündəm
26 İyun 11:16
Mehriban Əliyevadan Ordu günü ilə bağlı paylaşım
Gündəm
26 İyun 10:07
Afina səfərindən imtina edib, Türkiyəyə gəldi – Səbəb
Gündəm
26 İyun 10:00
Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılır
Gündəm
26 İyun 01:15
Bayramovdan Ordu Günü ilə bağlı paylaşım
Gündəm
26 İyun 00:41
Ordumuzun yaranmasından 104 il ötür
Gündəm
26 İyun 00:00
Heydər Əliyevin ordumuzla bağlı tarixi sözləri - Video
Gündəm
25 İyun 23:36
Nəvə nənəni iplə boğaraq öldürdü - Prokurorluq
Gündəm
25 İyun 23:05
Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi
Gündəm
25 İyun 22:44
Prezidentdən Ordu Günü ilə bağlı paylaşım - Foto
Gündəm
25 İyun 21:26
Ələt Azad İqtisadi Zonası ilə bağlı tapşırıqlar verildi
Gündəm
25 İyun 20:46
Ermənistana sərt cavab verməyə hazırıq - General
Gündəm
25 İyun 19:27
Ermənistan bəyanatın müddəalarını icra etməsə...
Gündəm
25 İyun 18:50
Prezident Ordumuzla bağlı deyir ki... - General
Gündəm
25 İyun 18:32
Ordumuzda Türkiyə təcrübəsi ilə idarəetmə sistemi
Gündəm
25 İyun 18:15
Rusiya ilə yeni saziş: Kreml üzərinə öhdəlik götürür
Gündəm
25 İyun 18:05
Vətən Müharibəsi Qəhrəmanı general rütbəsi aldı
Gündəm
25 İyun 17:02
Prezidentin general rütbəsi verdiyi polkovniklər - Siyahı
Gündəm
25 İyun 16:46
Azərbaycan-Naxçıvan nəqliyyat bağlantısı... – Şəntop
Gündəm
25 İyun 09:37
Səfirimiz Baydenlə görüşdü - Foto
Gündəm
25 İyun 02:25
Axar.az AZRUENآذ