axar.az
Perinçək: Rusiya kimi, Türkiyə də bunu istəmir - Video
Türkiyə NATO-nun rəsmi üzvü olsa da, əslində onun hədəfidir. NATO ölkələri və ilk növbədə, ABŞ Suriyada kürd separatçılarını dəstəkləyir. Bundan başqa, NATO çərçivəsində Aralıq dənizinin şərq hissəsində antitürk bloku yaradılır, Türkiyəyə qarşı hərbi dəniz təlimləri keçirilir. Ona görə də Türkiyə ilə NATO arasında ciddi problemlər var. Alyansın genişlənməsi Türkiyənin maraqlarına ziyan vurur.
Bu barədə Axar.az-a açıqlamasında tarix elmləri doktoru, İstanbul Universitetinin və Lomonosov adına MDU-nun professoru Mehmet Perinçək Türkiyənin Finlandiya və İsveçin NATO blokuna daxil olmasına mənfi münasibətini şərh edərkən deyib.
“Ukraynada baş verənlərdən asılı olmayaraq, Qərbin Qara dənizdə fəaliyyət planı güclü ordusu və iqtisadiyyatı olan bütün Avrasiya ölkələrinə qarşı ümumi strategiyanın bir hissəsidir. Türkiyə, Rusiya, İran və Çin kimi ölkələr ABŞ-ın planlarına maneə törədir və Vaşinqton onları aradan qaldırmaq istəyir. Bu səbəbdən Türkiyə ilə Rusiya eyni cəbhədə dayanıblar. Bunu əsas tutaraq, Moskva və Ankara öz milli maraqlarını qorumaq üçün əməkdaşlıq etməlidirlər. Məsələyə Ankara tərəfindən baxsaq, Vaşinqtonun təhdidini yalnız ABŞ-ın təcavüzündən əziyyət çəkən digər Avropa ölkələri ilə əməkdaşlıq edərək tarazlaşdırmaq lazımdır. İlk növbədə Rusiya ilə. Bu baxımdan Ərdoğanın mövqeyi çox düzgün sərgilənib: NATO-nun genişlənməsi təkcə Moskvanın problemi deyil. Alyansın genişlənməsi regionda yeni münaqişələr yaradacaq və bütün regional ölkələr bundan əziyyət çəkəcək”, - o qeyd edib.
Professorun sözlərinə görə, NATO ilə bu cür münaqişələr ucbatından Türkiyə alyansdan asılı olmayan müstəqil silah sisteminə ehtiyac duyur:
“Əlbəttə ki, Ankara hərbi texnologiyalar sahəsində inkişaf edir. Buna sübut “Altay” tankları, "Bayraqdar"lar, hərbi gəmilərdir... Hazırda ən əsas məqam hərbi texnikanın ölkədaxili istehsalının inkişaf etdirilməsidir. Amma bu, əlbəttə ki, vaxt tələb edən prosesdir. Bundan öncə Ankara Avrasiya ölkələri ilə Rusiya ilə bağladığı S-400 sövdələşməsi tipli müqavilələr bağlayaraq əməkdaşlıq etməlidir. Bununla da hazırkı daxili istehsal çatışmazlıqları kompensasiya ediləcək”.

#Türkiyə #Rusiya #Qərb #Qara dəniz
Müəllif: Fatimə Zülfüqar
Tarix: 2022.05.17 / 09:00
Şərhlər
publika.az
Digər xəbərlər
Kərim Vəliyev Polad Həşimovun məzarı önündə - Video
Gündəm
26 İyun 17:52
Bakının işğalından sonra 15 general... - Misir mətbuatı
Gündəm
26 İyun 15:52
Azərbaycan Ordusu tarix yazdı – Yücel Karauz
Gündəm
26 İyun 14:23
Ərdoğanın baş müşaviri Azərbaycanı təbrik etdi
Gündəm
26 İyun 14:14
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
Gündəm
26 İyun 11:16
Mehriban Əliyevadan Ordu günü ilə bağlı paylaşım
Gündəm
26 İyun 10:07
Afina səfərindən imtina edib, Türkiyəyə gəldi – Səbəb
Gündəm
26 İyun 10:00
Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılır
Gündəm
26 İyun 01:15
Bayramovdan Ordu Günü ilə bağlı paylaşım
Gündəm
26 İyun 00:41
Ordumuzun yaranmasından 104 il ötür
Gündəm
26 İyun 00:00
Heydər Əliyevin ordumuzla bağlı tarixi sözləri - Video
Gündəm
25 İyun 23:36
Nəvə nənəni iplə boğaraq öldürdü - Prokurorluq
Gündəm
25 İyun 23:05
Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi
Gündəm
25 İyun 22:44
Prezidentdən Ordu Günü ilə bağlı paylaşım - Foto
Gündəm
25 İyun 21:26
Ələt Azad İqtisadi Zonası ilə bağlı tapşırıqlar verildi
Gündəm
25 İyun 20:46
Ermənistana sərt cavab verməyə hazırıq - General
Gündəm
25 İyun 19:27
Ermənistan bəyanatın müddəalarını icra etməsə...
Gündəm
25 İyun 18:50
Prezident Ordumuzla bağlı deyir ki... - General
Gündəm
25 İyun 18:32
Ordumuzda Türkiyə təcrübəsi ilə idarəetmə sistemi
Gündəm
25 İyun 18:15
Rusiya ilə yeni saziş: Kreml üzərinə öhdəlik götürür
Gündəm
25 İyun 18:05
Vətən Müharibəsi Qəhrəmanı general rütbəsi aldı
Gündəm
25 İyun 17:02
Prezidentin general rütbəsi verdiyi polkovniklər - Siyahı
Gündəm
25 İyun 16:46
Azərbaycan-Naxçıvan nəqliyyat bağlantısı... – Şəntop
Gündəm
25 İyun 09:37
Səfirimiz Baydenlə görüşdü - Foto
Gündəm
25 İyun 02:25
Axar.az AZRUENآذ