axar.az
Afina səfərindən imtina edib, Türkiyəyə gəldi – Səbəb
Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Türkiyəyə rəsmi səfəri iki ölkə arasında yeni dönəmin başladığını göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin mütəxəssisi Mehmet Raqiboğlu deyib.
Ekspertin sözlərinə görə, səfərdə bir neçə əhəmiyyətli məqam var:
“Birinci məqam səfərin zamanı ilə bağlıdır. Rəcəb Tayyib Ərdoğan aprel ayının sonunda Səudiyyə Ərəbistanına səfər edib. Aradan çox qısa bir müddət keçdikdən sonra Ərəbistan vəliəhdi və müdafiə naziri, eyni zamanda təmsil etdiyi dövlətin ən nüfuzlu şəxslərindən olan Məhəmməd bin Salmanın Türkiyəyə səfər edərək prezidentlə görüşməsi mühüm faktdır.
İkincisi, bildiyimiz kimi, Türkiyə və Yunanıstan arasında münasibətlər gərgindir. Vəliəhdin əslində təxminən bir ay əvvəl Yunanıstan, Cənubi Kipr, Misir və İordaniya səfərindən sonra ölkəmizə gəlməsi planlaşdırılırdı. Lakin o, Yunanıstan və Cənubi Kipr səfərini qeyri-müəyyən vaxta təxirə saldı, Misirə, İordaniyaya, oradan isə Türkiyəyə gəldi. Səudiyyə Ərəbistanı Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşdüyünü göstərərək həm də ölkəmizə jest etmiş oldu. Digər tərəfdən, Misir və İordaniya ilə əlaqələr Ər-Riyad üçün xüsusi önəm kəsb edir. Məhəmməd bin Salmanın həmin dövlətlərdən sonra Türkiyəyə səfəri Ankaranı da bölgənin vacib aktoru kimi gördüklərinin təzahürüdür.
Üçüncüsü isə ABŞ-la bağlıdır. Belə ki, Co Bayden bir ay sonra Yaxın Şərqə səfər edəcək və o, yenə də sözügedən səfər zamanı vəliəhdlə görüşməyəcəyi haqqında açıqlamalar verir. Ankaranın da Vaşinqtonla hazırki münasibətlərinə baxdığımız zaman səfərin həm də ABŞ-dan narazılığın nəticəsi olduğunu ifadə etmək mümkündür”.
Raqiboğlu Ər-Riyadın hazırda təhlükəsizlik və iqtisadi sahədə də Türkiyə kimi güclü tərəfdaşa ehtiyac duyduğunu vurğulayıb:
“İkitərəfli iqtisadi əməkdaşlığa gəldikdə isə onu deyə bilərəm ki, Türkiyənin hazırki iqtisadi modeli isti pul axınına yox, uzunmüddətli sərmayə qoyuluşuna əsaslanır. Neftin qiymətinin artmasına görə Səudiyyə Ərəbistanında büdcədə nəzərdə tutulandan 400 milyard dollar daha çox vəsait var. Ər-Riyad ABŞ və Ukrayna ilə müharibəyə görə Avropa ölkələri ilə də problemlər yaşayır. Ona görə də əlində olan vəsaiti Türkiyə kimi sabit ölkələrə sərmayə qoyaraq dəyərləndirmək istəyir. Bir başqa məsələ də Körfəz ölkələri arasında olan rəqabətdir. Hazırda Türkiyənin Qətərlə əlaqələri çox yaxşıdır, BƏƏ ilə də münasibətlər normallaşır. Səudiyyə Ərəbistanı isə adını çəkdiyimiz ölkələrdən geri qalmaq istəmir.
Prosesin bir də regional təhlükəsizliklə əlaqəsi var. Fikrimcə, hazırda bölgədə İrana qarşı bir cəbhə formalaşdırılır. Trampın zamanında bu cəbhə Türkiyə, İran və Qətərə qarşı formalaşdırıldı. Yəni ABŞ, Misir və BƏƏ Türkiyə ilə İranın qarşısında idi. İndi isə sanki bunun əksi olan bir vəziyyət formalaşır. Türkiyənin İsraillə yaxınlaşması getdikcə dərinləşir, eyni zamanda regionda İrana qarşı cəbhə meydana gəlir. Baydenin qarşıdakı səfərində də məqsədi İran məsələsidir. Bu nöqteyi-nəzərdən Səudiyyə Ərəbistanı hələ də İranın təhdidlərinə cavab verə bilmir və ABŞ-dan da dəstəkləri yoxdur. Ona görə Ankara ilə təhlükəsizlik sahəsində əməkdaşlıq etməklə Ər-Riyad güc balansını tarazlaşdırmaq istəyir. İran da Suriya məsələsinə görə Türkiyədən çox narahatlıq duyur. Fikrimcə, yaxın zamanda Səudiyyə Ərəbistanının ölkəmizlə müdafiə sənayesi sahəsində müştərək layihələrin həyata keçirilməsi təklif və təşəbbüsləri də olacaq”.
#Türkiyə #Səudiyyə Ərəbistanı #ekspert #Salman#Afina
Müəllif: Söhrab İsmayıl
Tarix: 2022.06.26 / 10:00
Şərhlər
Digər xəbərlər
Ermənilər Laçında meşəni yandırdılar - Video
Gündəm
15:24
İrəvanda dəhşətli partlayış: “sui-qəsd” ssenarisi işə düşür
Gündəm
09:06
Zabuxdan çıxan erməni evi yandırdı – Video
Gündəm
14 Avqust 17:45
Nazir güləşçilərimizin 23 medalına belə reaksiya verdi
Gündəm
14 Avqust 01:00
Ermənilər Xocalıdan da çıxır? - Video
Gündəm
14 Avqust 00:42
Bakı Qarabağdakı ermənilərin iki xahişini yerinə yetirdi
Gündəm
13 Avqust 23:20
Təbriz "Salam, Azərbaycan" dedi - Video
Gündəm
13 Avqust 19:36
Son sutkada peyvənd olunanların sayı
Gündəm
13 Avqust 18:52
Bu ölkə "Türk axını" ilə əlavə qaz alır
Gündəm
13 Avqust 18:44
Basqal hamamı dövlət nəzarətinə götürüldü
Gündəm
13 Avqust 18:35
"Artilleriya atəşinin ustaları" müsabiqəsinin açılışı oldu
Gündəm
13 Avqust 18:27
Ölkədə koronaya yoluxma sayı açıqlandı
Gündəm
13 Avqust 18:19
Mehdiyev maşınlarını bu ölkədə “zirehli” etdirib
Gündəm
13 Avqust 08:45
Azərbaycanlıların qatili olan general öldü
Gündəm
13 Avqust 02:10
Kolerovun ermənilərə şok cavabı: Laçın boşdur, İrəvan isə…
Gündəm
12 Avqust 22:22
Azərbaycan vətəndaşlığı istəyən erməniyə cinayət işi açıldı
Gündəm
12 Avqust 17:37
İlham Əliyevdən taxıl açıqlaması: Problem yoxdur
Gündəm
12 Avqust 16:44
“Cross”: “Qisas” Ermənistanın təxribatına cavab oldu
Gündəm
12 Avqust 09:24
Perinçək: Ərdoğan Soçidə Putinə söz verib
Gündəm
12 Avqust 08:00
Erməni deputatlar Qarabağa qanunsuz səfər etdi
Gündəm
11 Avqust 17:47
Xankəndidə bildiriş: Azərbaycana xoş gəlmisiniz!
Gündəm
11 Avqust 17:14
Ermənilər Azərbaycan mediasını tora saldı
Gündəm
11 Avqust 14:00
Rusiya və İran Mehridə toqquşdu: Zəngəzur yolu, ya təzyiq?
Gündəm
10 Avqust 09:00
İrəvanda azərbaycanlı taksi sürücüsü… - Kütləvi psixoz
Gündəm
9 Avqust 22:40
Axar.az AZRUENآذ