Xudayarsız bir il...
Bu gün Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Kiçik giziri Xudayar Yusifzadənin şəhid olmasından bir il ötür.
Kult.az xəbər verir ki, şəhidimiz 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub.
X.Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.
O, 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və “gizir” hərbi rütbəsi alıb.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.
Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub.
Xudayar Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə bəstələnmiş mahnını ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib.
Qeyd edək ki, “Vətən yaxşıdır” təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” adlandırılıb.
Müəllif: Kult.az
Tarix: 22 Oktyabr 10:12
Şərhlər
Digər xəbərlər
Mədəniyyət naminə sülh: Bakıda forum başladı
Kult
11:07
Müqəddəs Məryəm katolik kilsəsində bərpa işləri bitdi
Kult
10:43
Novruz Qartal əməliyyat olundu
Kult
1 Dekabr 21:20
Dünən şəhid olan mayor savaşda nələr edib? – Ağar yazdı
Kult
1 Dekabr 13:55
Nazirlikdən film festivalı ilə bağlı qalmaqala münasibət
Kult
30 Noyabr 13:35
Yeni nazir müavininin füsunkar - Fotoları
Kult
30 Noyabr 11:02
AzDram “Manqurt”la Daşkəndə getdi
Kult
29 Noyabr 21:52
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
Kult
29 Noyabr 15:17
Həbsdə olan Əjdər Ol mükafat aldı
Kult
29 Noyabr 11:01
Ağıllı adamlar bu 10 şeyi etmir
Kult
29 Noyabr 00:27
"Zəfər yolu" filminin təqdimatı oldu - Video
Sinema
28 Noyabr 22:38
Millət vəkili qadın rəssamlarla görüşdü
Kult
28 Noyabr 13:41
Paşayeva sənət adamları ilə görüşdü
Kult
27 Noyabr 18:23
Rafət Əl Roman Bakıda toyda - Video
Musiqi
27 Noyabr 16:11
Xalq şairi "diş qıcayanlara" cavab verdi
Kult
27 Noyabr 12:15
Azərbaycanlı şair beynəlxalq mükafata layiq görüldü
Kult
27 Noyabr 10:39
Deputat əməkdar artisti və AzTV-ni tənqid etdi - Video
Kult
26 Noyabr 14:35
Məşhur diktor koronadan vəfat etdi
Kult
26 Noyabr 11:44
Tanınmış bəstəkar şəxsi əşyalarını muzeyə verdi
Kult
25 Noyabr 18:19
II Sultan Səlimə aid Quran tapıldı – Foto
Kult
25 Noyabr 11:19
Eynşteynin əlyazması rekord qiymətə satıldı
Kult
25 Noyabr 09:51
Fransada erməni vandalizmini əks etdirən sərgi açıldı
Kult
25 Noyabr 09:26
Dünya Ərdoğanın zəif yerini tapdı - Video
Kult
24 Noyabr 18:11
Bu tarixdə Şuşa türk dünyasının paytaxtı elan olunacaq
Kult
24 Noyabr 16:28

Axar.az AZRUENآذ