Müğənninin bıçaqlanma videosu, DİN-in müdaxiləsi...
Ötən gün mediada tükürpədici qətl görüntüləri yayıldı. İddia edildi ki, bu qorxulu kadrlar iyulun 16-da Bakıdakı otellərin birində müğənni Aygün Mirzəyevanın bıçaqlanması videosudur.
Bir çox nüfuzlu platformalar da bu görüntünün əsirini çevrildi, tirajladı və ehtimallarını da yaydı: “Qadın xəyanət edir, kişi isə buna dözməyərək hər iki xəyanətkarı bıçaqlayır”.
Məsələnin mediada bu şəkildə qabardılmasından sonra DİN məcbur olub, müdaxilə etdi və açıqlama yayaraq bildirdi ki, yayılan videonun A.Mirzəyevanın qətli ilə heç bir əlaqəsi yoxdur, o qətliam ABŞ-ın Florida ştatında baş verib. Florida ştatında bir kişinin arvadı kimi təsvir olunan qadını və sevgilisini öldürdüyünü iddia edən video onlayn yayılıb. Video ilk dəfə cümə günü Tvitter platformasında paylaşılıb.
10 milyon baxış toplayan ABŞ-dakı qətliam videosunun Azərbaycan oxucusuna bu halda çatdırılması, araşdırılmamış qabardılması olduqca təəssüf doğurur.
Əvvəla, media bu cür həssas məsələni mütləq yoxlamalı idi.
İkincisi, hətta informasiya doğru olsaydı belə, bu videonun tirajlanması qaydasına əməl olunmalıydı. Açıq-aşkar göstərilən qətl, əxlaqsızlıq görüntüləri, inanılmaz qəzəb və aqressiya, hər tərəfə səpələnən qan... Bu qan saçan videonu media necə yaya bilər?
Üçüncüsü, videonun paylaşılmasını əngəlləyən və dəqiqləşmə aparılmasını vacib edən məqam var: əgər hadisə Azərbaycanda və oteldə olubsa da, otelin yataq otağında kamera nə gəzir? Otel niyə müştərilərin şəxsi həyatına müdaxilə edir? Bu video necə rahat şəkildə mediaya ayaq aça bilər?
Əslində o videonun yayılması ilə mediamız dərhal bu suala cavab axtarmalı idi: otelin yataq otağında kamera niyə quraşdırılıb və buna cavabdeh kimdir?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsi həyatın toxunulmazlığını pozma maddəsinə (156.1) var. Yəni hətta o videodakı səhnə yazılanlara və təqdimata uyğun olsaydı belə, verilməməli idi.
Amma hansısa ölkədə baş verən qətliam videosunu “özümüzünkü” kimi verməklə, media həm etibarını azaltdı, həm də media qanununu, CM-i pozmuş oldu.
Müəllif: Fatimə Zülfüqar
Tarix: 26 İyul 23:40
Digər xəbərlər
Bu qəsəbə Heydər şəhəri adlansın!
Kult
26 Sentyabr 17:40
Elvin Basqallı Xəzər TV-yə keçdi
Kult
25 Sentyabr 13:52
Şuşa teatrının direktoru koronaya yoluxdu - Vəziyyəti ağırdır
Kult
25 Sentyabr 09:57
Koelyo kitabını türk idmançıya həsr etdi
Kult
24 Sentyabr 15:57
Amilinin şiri və dünyanın fikri
Kult
24 Sentyabr 15:21
Nazirlik abidələrin ucaldılması qaydasını açıqladı
Kult
24 Sentyabr 15:14
ADU-da Ülvi Bünyadzadənin anım mərasimi keçirildi
Kult
24 Sentyabr 13:22
Milli Qəhrəmana həsr olunan cizgi filmi təqdim edildi
Kult
24 Sentyabr 11:32
Musa Yaqubun qəbirüstü abidəsinin hazırlıqlarına başlandı
Kult
24 Sentyabr 09:47
Gizli döyüş: polkovnik yaralandı, leytenant isə...
Kult
24 Sentyabr 08:30
“Azərbaycan Opera İnciləri” filmi təqdim edildi
Teatr
23 Sentyabr 21:33
Yeni film: Vətən müharibəsinin “Atalar və oğullar”ı
Müsahibə
23 Sentyabr 17:38
Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin edildi
Kult
23 Sentyabr 15:32
Alim Qasımov Şuşada Azan oxudu - Video
Kult
23 Sentyabr 12:01
Niderlandda Rəşid Behbudova həsr olunan marka... - Foto
Musiqi
23 Sentyabr 01:35
ABŞ hərbi mərkəzinin Ordumuz haqda sensasion qənaəti
Kult
22 Sentyabr 15:23
Saxtalaşdırılmış yurd adlarımız bir kitabda
Kult
22 Sentyabr 13:53
Tarixçi alim Hacı Şahinə müraciət etdi: Susursunuzsa, deməli...
Kult
21 Sentyabr 23:17
Pandemiya şəraitində ilk tamaşa nümayiş olundu
Teatr
21 Sentyabr 19:58
Səyyad Əlizadənin səhhəti ilə bağlı xoş xəbər
Kult
20 Sentyabr 15:53
Azərbaycanın Avroviziya-2022-də iştirakı təsdiqləndi
Musiqi
20 Sentyabr 14:34
“Bu şəhərdə” yeni kanalda yeni adla gəlir
Kult
19 Sentyabr 23:33
AUKUS Avropanı dağıdır: “sağ qalmaq” üçün nə edək?
Kult
19 Sentyabr 13:26
Cəlilabadda qədim məzarlıq tapıldı - Foto
Kult
19 Sentyabr 11:50

Axar.az AZRUENآذ