Paşazadəyə hücumlar: Şeyx niyə qorunmalıdır?
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə qarşı sosial şəbəkə və müxtəlif media qurumlarında kampaniyalar hələ də davam edir.
Artıq bütün proses hər kəsə bəllidir: Şeyxülislamın çıxışının kontekstdən çıxarıldığı və təhrif edildiyi və yaxud Allahşükür Paşazadənin fikrini ifadə edərkən daha mübaliğəli sözlər seçməsi barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur və bu, artıq müzakirə predmeti deyil. Hər kəs də öz fikrini ifadə edə bilər, amma bunun kampaniyaya və ya sosial şəbəkə istifadəçilərinin əyləncəsinə çevrilməsi yaxşı heç nə vəd etmir.
Məsələ ondadır ki, Qafqaz Müsəlmanları İdarəsi özündə Azərbaycan müsəlmanları ilə bərabər, Dağıstan, Çeçenistan, Kabardin-Balkar, İnquşetiya, Qaraçay-Çərkəz, Adıgey və Gürcüstan müsəlman cameəsini və təşkilatlarını birləşdirir. Azərbaycan əhali, ərazi, iqtisadiyyat, siyasət və hərbi baxımdan Qafqazın ən qüdrətli ölkəsidir və tarixi Azərbaycan Qafqazda həmişə böyük təsir gücünə malik olub. Hətta Aleksandr Düma o vaxt yazırdı ki, fransız dili Avropa üçün hansı əhəmiyyət kəsb edirsə, tatar dilinin (Azərbaycan türkcəsi) Qafqazda oynadığı rol odur. Fransızca isə 19-cu əsrdə Rusiyanı belə istila etmişdi.
Azərbaycan dilinin təsir gücü yalnız sovet illərində azaldı, ancaq Bakının ruhani mərkəz funksiyası hər zaman davam edib. Azərbaycanın Qafqazın ən güclü dövləti statusunu QMİ özündə çox mənalı şəkildə əks etdirir. Ona görə də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nüfuzu, onun rəhbərinin imici dövlətçiliyimiz və milli maraqlarımız baxımından xüsusi əhəmiyyət kəsb edən məsələdir.
Allahşükür Paşazadə - Qafqazın dini rəhbəridir və onun daşıdığı missiya və dini rola görə şəxsiyyətinin qorunması vacibdir. Allahşükür Paşazadə ona görə 2003-cü ildə ömürlük lider seçilib və buna yalnız Azərbaycan müsəlmanları yox, bütün Qafqaz müsəlmanları səs veriblər. Biz bizim olan və bizə üstünlük gətirən bir institutun imicinin zədələnməsi və Qafqaz müsəlmanları arasında Şeyxülislamın nüfuzunun azalmasında iştirakçı ola bilmərik.
Yəni Qafqaz Şeyxülislamlıq institutunun təsir dairəsinin qorunması üçün Allahşükür Paşazadənin bu qədər tənqid hədəfinə çevrilməsindən qaçmaq lazımdır.
Heç bir ölkədə dini liderlə bağlı bu qədər aşağılayıcı ifadə seçilməz; heç bir xalq öz dövlət və milli maraqları, dini həssas insanlara münasibətə görə öz ruhani liderinə ağır ifadələrin işlədilməsinə yol verməz. Təəssüf ki, biz nəticələrini hesablamadan cəmiyyət olaraq bəzən əyləncə xatirinə bu kampaniyada iştirak edirik.
Şeyxin şəxsiyyəti deyil, statusu və daşıdığı missiyanı qorumaq milli maraqlarımızdandır və Şeyxülislam da bütün ömrü boyu fəaliyyəti ilə bu maraqlarımızın təminində az rol oynamayıb. Biz mövcud ruhani institutumuza zərbə vururuq və Şeyxülislam məqamını aşağılayırıq, sabah o yerə kimin seçilməsindən asılı olmayaraq, onun da nüfuzunu indidən aşağılayırıq.
Bu, olduqca həssas mövzudur və həssas yanaşma da tələb edir.
Müəllif: Şeyx Teymur
Tarix: 27 İyul 23:52
Digər xəbərlər
“Bu şəhərdə” yeni kanalda yeni adla gəlir
Kult
19 Sentyabr 23:33
AUKUS Avropanı dağıdır: “sağ qalmaq” üçün nə edək?
Kult
19 Sentyabr 13:26
Cəlilabadda qədim məzarlıq tapıldı - Foto
Kult
19 Sentyabr 11:50
Tarkan yubka geyindi - Video
Kult
19 Sentyabr 01:50
Dünyanın ən varlı 25 ailəsinin - Siyahısı
Kult
18 Sentyabr 22:23
Yetərincə efirdə oldum, yenə ehtiyac varmı?! - Rəhimova
Kult
18 Sentyabr 18:56
Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Nazir
Kult
18 Sentyabr 13:40
Deqatidən Gəncəvinin dağıdılmış büstü barədə paylaşım
Kult
18 Sentyabr 10:08
“Mən cazmenəm!”in qalibi məlum oldu
Kult
17 Sentyabr 16:47
İlham Əliyev xalq artistinə mənzil verdi
Kult
17 Sentyabr 16:42
Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı...
Kult
17 Sentyabr 15:45
Savadsızlar, NK-nın qərarında başa düşülməməli nə var?
Kult
17 Sentyabr 15:16
Məşhur rusiyalı müğənni Bakıda konsert verəcək
Musiqi
17 Sentyabr 11:51
Son 6 ayda koronanın əlimizdən aldığı məşhurlar
Kult
16 Sentyabr 21:55
Dekan və rektorun yazdığı dərs vəsaiti dərc edildi
Kult
16 Sentyabr 21:16
Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır?
Kult
16 Sentyabr 16:42
Bu xalq artistlərinə pul payladım - Qorxmaz Əlili
Kult
16 Sentyabr 16:02
Ermənilərin Şuşaya ilk hücumu nə vaxt olub?
Kult
16 Sentyabr 09:20
Kambriq kəşfiyyata əmr verdi: Nuzgar hücumu
Ədəbiyyat
16 Sentyabr 08:30
Gevorkov Heydər Əliyevə pıçıltı ilə bunu deyəndə…
Kult
15 Sentyabr 14:56
65 yaşlı uşaq öldü, Təbrizin bir səsi də batdı... - Video
Kult
15 Sentyabr 14:36
Yaqub Zurufçu dəfn edildi
Kult
15 Sentyabr 13:52
Xalq artistinə həsr olunmuş film nümayiş ediləcək
Kult
15 Sentyabr 13:20
Zurufçu Rəmişin yanında dəfn olunacaq
Kult
15 Sentyabr 10:57

Axar.az AZRUENآذ