“Bu şəhərdə” yeni kanalda yeni adla gəlir
“Bu şəhərdə” komandası yeni mövsümdən ATV kanalında verilişlə tamaşaçıların görüşünə gələcək.
Kult.az xəbər verir ki, bu haqda “Bu şəhərdə” yumor komandasının ssenaristi Moderator.az-a deyib.
“Okyabr ayından etibarən ATV kanalında yeni verilişlə tamaşaçıların görüşünə gələcəyik. Özəl olaraq sizə deyirəm ki, verilişin adı “Bu şəhərdə 2050” olacaq. Adından da göründüyü kimi, hər şey 2050-ci ildə baş verəcək. Rafael və Coşqunun ifasında yeni səhnəciklər olacaq, həm də efirdə yayımlanan və yayımlanmayan konsertlərimizdən görüntülər də veriləcək. Bildiyiniz kimi, 21 il ərzində “Bu şəhərdə” prodakşn olaraq ayrı-ayrı kanallarla əməkdaşlığımız olub. Hamısı ilə də gözəl münasibətimiz var. O cümlədən də ATV kanalı ilə. ATV kanalı bizə doğma və əziz kanaldır. Kanaldan bizə təklif gəldi, biz də sevərək razılaşdıq. Hələ ki, bir televiziya mövsümü üçün razılaşmışıq. Böyük ehtimalla bir yox, iki ayrı layihə ilə efirə çıxacağıq. İkinci layihənin hələ ki, müzakirəsi gedir”, - deyə o bildirib.
Müşfiq Abbasov “Bu şəhərdə”nin Yutub kanalından da söhbət açıb:
“Artıq bir neçə aydır ki, Yutub səhifəmizdə “Qayınananın vəsiyyəti” serialı yayımlanır. 22 seriyası var kanalımızda, ardı da çəkilir. İnşallah, bu serial da ATV kanalında yayımlanacaq. Kanal tərəfindən bizim çəkilişlər üçün hər cür imkan yaradılıb. Hər şey gözəldir. Qaldı yaradıcılıq tərəfi, bu da bizim üzərimizə düşür. Çalışacağıq ki, ən baxımlı kanalda ən baxımlı layihələrə imza ataq. Düzdü, Yutub bizə qazanc gətirir, amma çəkilişlərimizi elə keyfiyyətdə aparırıq ki, bizim xərclərimiz çox olur. Hər ay ən azından 2 min manat öz cibimizdən pul qoyuruq ki, onu yüksək səviyyədə saxlayaq. İndi bizdə 500 mindən çox izləyici var. Ölkənin reytinqli, baxılan kanallarından biridir. Ona görə də sponsorsuz mümkün deyil. Bizdə də sponsor var, dəstəkdirlər. Hansı ki, onların da Yutub reklamına ehtiyacları var. Bilirsiniz ki, son vaxtlar bir çox şirkət və brendlər öz mallarını sosial şəbəkələrdə reklam etməyə üstünlük verirlər. Bu da təbii ki, zəmanənin tələbidir. Yutubumuzda yarım milyondan çox izləyici olsa da, bizim əsas baxış kütləmiz daha çox yaşlı təbəqədir. Televiziya ilə müqayisədə Yutubda auditoriyamız azdır. Tamaşaçımız daha çox konsert salonlarında və televiziya efirlərində bizə baxmağa üstünlük verirlər. Heydər Əliyev Sarayında bizdən çox konsert verən olmayıb. Hər doğum günümüzü Heydər Əliyev Sarayında qeyd edirdik, çox təəssüflər olsun ki, pandemiyaya görə 20 illik yubileyimizi qeyd edə bilmədik. Pandemiyada Azərbaycanda və xaricdə 10-dan çox konsert təxirə salmışıq. İnşallah, qismət olsun tezliklə tamaşaçılarımızla görüşək”.
Müəllif: Kult.az
Tarix: 19 Sentyabr 23:33
Şərhlər
Digər xəbərlər
Türk səfir Suqovuşanda: Dağlar da qardaşdır... - Foto
Kult
16 Oktyabr 15:35
Plagiat, pulla yazılan elmi işlər – Alim açıqladı
Kult
16 Oktyabr 08:45
Şeyx Əbdül Putinə teleqram göndərdi
Kult
15 Oktyabr 11:10
90 yaşlı aktyor kosmosa uçdu
Kult
14 Oktyabr 17:53
Tural Gəncəliyev niyə ermənicə öyrədir? - Video
Kult
14 Oktyabr 16:39
Deyirlər yenidən yoluxsan, öləcəksən - Şeyx Əbdül
Kult
14 Oktyabr 10:40
“Bakının 30 milyon sərbazı” İranı həyəcanlandırdı
Kult
13 Oktyabr 21:54
Harri Potterin müəllifi uşaqlar üçün yeni kitab yazdı
Kult
13 Oktyabr 16:19
Əhməd Cavad güllələnməyib – Nəticəsi faktları açıqladı
Kult
13 Oktyabr 15:37
Hacı Şahinin İrana "ehtiyatlı" cavabının səbəbi
Kult
13 Oktyabr 15:26
Gəncədə ardıcıl partlayış səsləri eşidildi
Toplum
13 Oktyabr 15:20
DYP qeyri-qanuni daşımalara qarşı tədbirlərə başladı
Toplum
13 Oktyabr 15:15
Qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırıldı
Toplum
13 Oktyabr 15:09
Moskvada dini liderlər birgə bəyanat yaydı
Gündəm
13 Oktyabr 15:04
Qəhrəmanlının qızı zorlandı, işi baş prokuror nəzarətə götürdü
Toplum
13 Oktyabr 14:59
Bakıda qaz xətləri su ilə doldu - Video
Toplum
13 Oktyabr 14:54
Prokuror Rövşən Əkbərova 11 il cəza istədi
Toplum
13 Oktyabr 14:48
İlham Əliyev sərəncam imzaladı
Toplum
13 Oktyabr 14:42
Ceyhun Bayramov Minskə getdi
Siyasət
13 Oktyabr 14:39
Türkiyə: Rusiya əməl etmədi, özümüz girəcəyik
Planet
13 Oktyabr 14:29
Yeni doğulmuş uşaqlarda yoluxma riski yüksəkdir – Həkim
Sağlıq
13 Oktyabr 14:22
İrəvan Tehranın “Qafqaz dəhlizi”nə qoşulur
Planet
13 Oktyabr 14:15
Şimali Kipr hökuməti istefa verdi
Planet
13 Oktyabr 14:08
İsrail: İran bundan sui-istifadə edir
Planet
13 Oktyabr 14:01

Axar.az AZRUENآذ