Milli Qəhrəmana həsr olunan cizgi filmi təqdim edildi
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “Hədəf” Nəşrlər Evi, “Nəfəs” İB ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş uşaqlar üçün cizgi roman və filminin onlayn təqdimatı keçirilib.
Kult.az xəbər verir ki, onlayn təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Mübariz İbrahimovun müharibədə göstərdiyi qızıl ləyaqət, yaradıcı insanların qəhrəmanın həyat və döyüş yoluna çoxsaylı müraciəti haqqında danışıb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 2010-cu ildə, 22 yaşında şəhid olmuş Milli Qəhrəmanın döyüş yolunun minlərlə Vətən oğlu tərəfindən davam etdirildiyini bildirib:
“Qürurla vurğulamaq istərdim ki, 2016-cı ilin Aprel, 2020-ci ilin 44 günlük Vətən müharibəsində döyüşlərə atılan gənclərimizin bir çoxu Mübarizi özünə örnək alıb, onun şərəfli döyüş yolunu, qəhrəmanlığını davam etdirməkçün irəli gedib. Bu tədbirin 27 sentyabr ərəfəsində keçirilməsi də çox anlamlıdır. Çünki 27 sentyabr bütün dövrlərdəki şəhidlərimizi anma günümüzdü.
Qəhrəmanlarımızın obrazının sənət əsərlərində canlandırılması, əlbəttə, çox önəmlidir. Özəlliklə uşaqlarçün hazırlanan kitablar, cizgi filmlərinin təsirli olduğunu düşünürəm. Belə yaradıcılıq örnəkləri uşaqlarımızın şüuruna, vətəncanlı övladlar kimi böyüməsinə təsirsiz ötüşmür, onlarda milli qürur hissini gücləndirir.
Milli Qəhrəmanımız haqqında ilk musiqili kompozisiyanın və klipin mətninin müəllifi kimi deyə bilərəm ki, tamaşaçı, dinləyici və oxucular, ümumən ictimai fikir şəhidlərimizlə bağlı əsərlərə çox diqqətli və həssasdır.
Mən cizgi romanın və film ssenarisinin müəllifi Şəmil Sadiq qardaşımıza, əsərin rəssamı Vasif Səttarova çox təşəkkür edirəm. Ümumən bu işdə əməyi keçən hər kəsi alqışlayıram. Var olun!”
Sonra cizgi filmindən fraqment nümayiş olunub.
“Hədəf” Nəşrləri MMC-nin qurucusu, kitabın və film ssenarisinin müəllifi Şəmil Sadiq cizgi roman ideyasının yaranması, kitabın və filmin məzmunu haqda geniş məlumat verib.
Daha sonra Regional və Hüquqi Maarifləndirmə İB sədri Arzu Bağırova, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva, ADPU Quba filialının direktoru Yusif Ali Afşar, Biləsuvar Dövlət Rəsm Qalareyasının direktoru Rövşən Cənnətov, Biləsuvar şəhərindəki Mübariz İbrahimov adına liseyin direktoru Bəhruz Mehdiyev çıxış edib.
Müəllif: Kult.az
Tarix: 24 Sentyabr 11:32
Şərhlər
Digər xəbərlər
Şeyx Əbdül Putinə teleqram göndərdi
Kult
15 Oktyabr 11:10
90 yaşlı aktyor kosmosa uçdu
Kult
14 Oktyabr 17:53
Tural Gəncəliyev niyə ermənicə öyrədir? - Video
Kult
14 Oktyabr 16:39
Deyirlər yenidən yoluxsan, öləcəksən - Şeyx Əbdül
Kult
14 Oktyabr 10:40
“Bakının 30 milyon sərbazı” İranı həyəcanlandırdı
Kult
13 Oktyabr 21:54
Harri Potterin müəllifi uşaqlar üçün yeni kitab yazdı
Kult
13 Oktyabr 16:19
Əhməd Cavad güllələnməyib – Nəticəsi faktları açıqladı
Kult
13 Oktyabr 15:37
Hacı Şahinin İrana "ehtiyatlı" cavabının səbəbi
Kult
13 Oktyabr 15:26
Kəramət Böyükçöl dispanserdə aclıq edir
Kult
13 Oktyabr 00:50
Tiflisdə Borçalı xalçalarının sərgisi açıldı - Foto
Kult
12 Oktyabr 21:13
Azərbaycanın ən gözəl aktrisası... - Foto
Teatr
12 Oktyabr 14:38
Nazirlikdən Nizami guşəsində İran bayrağına - Reaksiya
Kult
11 Oktyabr 17:52
Arif Babayevin vəziyyəti ağırlaşdı
Kult
11 Oktyabr 14:55
"Ozan Məclisi" Kəlbəcərdən yayımlandı - Video
Kult
10 Oktyabr 21:58
Bakıda sərgidə İran bayrağı mübahisəyə səbəb oldu – Foto
Kult
10 Oktyabr 20:39
Bakıda unikal hadisə: bəylə gəlin bura gəldi... – Video
Ədəbiyyat
10 Oktyabr 20:31
Taborun içindəki iki casus necə yaxalandı...
Kult
10 Oktyabr 10:00
Rus jurnalistin Nobel alması ermənilərə “od qoydu”
Kult
10 Oktyabr 09:00
Ankarada “Fulya” filminin təqdimatı keçirildi
Sinema
10 Oktyabr 00:33
“Oxuyur Vətən” Hadrutda - Video
Kult
9 Oktyabr 18:10
Ağakişi Kazımov dəfn olundu
Kult
9 Oktyabr 14:45
Kəramətlə nə baş verir? Niyə narkodispanser?
Kult
8 Oktyabr 22:19
Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıldı
Kult
8 Oktyabr 20:41
Ərdoğandan duyğulandıran paylaşım - Foto
Kult
8 Oktyabr 14:47

Axar.az AZRUENآذ