ADU-da Ülvi Bünyadzadənin anım mərasimi keçirildi
Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 52-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Kult.az xəbər verir ki, mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başayıb.
ADU-nun rektoru, akademik Kamal Abdulla təhsil ocağında əlamətdar günün yaşandığını qeyd edib. Rektor Ülvi Bünyadzadə haqqında xatirələrindən danışarkən onu sakit və yüksək mədəniyyətə sahib tələbə kimi xatırlayıb:
“Mən ona auditoriyada dərs demişəm, yaxın ünsiyyətimiz olub. Xaricən sakit olsa da, daxilən çılğın tələbə idi. Bu, onun şairliyində, Vətənə olan sevgisində özünü göstərirdi. O, Vətəni qəlbən sevən gənc idi. Məhz elə buna görə idi ki, həmin o qanlı yanvar günü biganə qalmayıb, bilərəkdən ölümü seçdi. Ülvi bizim - universitet heyətinin qəlbində hər zaman əbədi yaşayacaq”.
Universitetin elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov Azərbaycanın istiqlal yolundan danışıb, gəncləri Ülvi Bünyadzadənin yaradıcılığı ilə yaxından tanış olmağa, onun keçdiyi qəhrəmanlıq yolunu təbliğ etməyə səsləyib.
AMEA-nın müxbir üzvü Könül Bünyadzadə qardaşının xatirələrindən danışarkən onun universitet və müəllimləri ilə bağlı yüksək fikirlərini dilə gətirib. Qeyd edib ki, hər adam vətəndaş kimi doğulsa da, vətəndaş kimi Vətəninə başucalığı, şərəf gətirmir:
“Universitetə hər gəlişimdə bu nadir xoşbəxtliyin qardaşıma nəsib olduğunun bir daha şahidi oluram. Hər zaman universitetin tələbələrinə həsəd aparıram ki, onlar Ülvinin gəzdiyi dəhlizdə gəzirlər, ona dərs deyən müəllimlərdən dərs alırlar. Ülvinin nəfəsini universitetdə yaşatdığınız üçün hər birinizə təşəkkürümü bildirirəm”.
ADU rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev Ülvinin yaradıcılığı, vətənə olan sevgisini gənclər üçün örnək adlandırıb: “Ülvi şair idi. Ülvi vətənpərvər idi. İllər əvvəl Ülvinin anım tədbirlərinin birində atası Yusif Bünyadzadə ilə həmsöhbət olduqdan sonra bunun ailədən qaynaqlandığının şahidi oldum”.
1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzünün tarixi haqqında məlumat verən universitetin Qafqazşünaslıq kafedrasının dosenti Qorxmaz Mustafayev qəlbi Vətən həsrəti ilə döyünən tələbə Ülvi Bünyadzadənin azadlıq uğrunda şərəfli döyüş yolundan bəhs edib.
Tədbirdə ADU-nun tələbələri Ülvi Bünyadzadənin şeirlərini səsləndiriblər.
Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr, 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açıb. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində alıb. 1987-ci ildə APXDİ-nin ingilis dili fakültəsinə daxil olub. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. “Vətən üçün ölməliyik”, “Mən qorxmuram uzaq yola çıxmaqdan”, “Qocalmaz, sevgi qocalmaz”, “Heyif ki...” və s. şeirlərin müəllifidir.
Müəllif: Kult.az
Tarix: 24 Sentyabr 13:22
Şərhlər
Digər xəbərlər
Şeyx Əbdül Putinə teleqram göndərdi
Kult
15 Oktyabr 11:10
90 yaşlı aktyor kosmosa uçdu
Kult
14 Oktyabr 17:53
Tural Gəncəliyev niyə ermənicə öyrədir? - Video
Kult
14 Oktyabr 16:39
Deyirlər yenidən yoluxsan, öləcəksən - Şeyx Əbdül
Kult
14 Oktyabr 10:40
“Bakının 30 milyon sərbazı” İranı həyəcanlandırdı
Kult
13 Oktyabr 21:54
Harri Potterin müəllifi uşaqlar üçün yeni kitab yazdı
Kult
13 Oktyabr 16:19
Əhməd Cavad güllələnməyib – Nəticəsi faktları açıqladı
Kult
13 Oktyabr 15:37
Hacı Şahinin İrana "ehtiyatlı" cavabının səbəbi
Kult
13 Oktyabr 15:26
Kəramət Böyükçöl dispanserdə aclıq edir
Kult
13 Oktyabr 00:50
Tiflisdə Borçalı xalçalarının sərgisi açıldı - Foto
Kult
12 Oktyabr 21:13
Azərbaycanın ən gözəl aktrisası... - Foto
Teatr
12 Oktyabr 14:38
Nazirlikdən Nizami guşəsində İran bayrağına - Reaksiya
Kult
11 Oktyabr 17:52
Arif Babayevin vəziyyəti ağırlaşdı
Kult
11 Oktyabr 14:55
"Ozan Məclisi" Kəlbəcərdən yayımlandı - Video
Kult
10 Oktyabr 21:58
Bakıda sərgidə İran bayrağı mübahisəyə səbəb oldu – Foto
Kult
10 Oktyabr 20:39
Bakıda unikal hadisə: bəylə gəlin bura gəldi... – Video
Ədəbiyyat
10 Oktyabr 20:31
Taborun içindəki iki casus necə yaxalandı...
Kult
10 Oktyabr 10:00
Rus jurnalistin Nobel alması ermənilərə “od qoydu”
Kult
10 Oktyabr 09:00
Ankarada “Fulya” filminin təqdimatı keçirildi
Sinema
10 Oktyabr 00:33
“Oxuyur Vətən” Hadrutda - Video
Kult
9 Oktyabr 18:10
Ağakişi Kazımov dəfn olundu
Kult
9 Oktyabr 14:45
Kəramətlə nə baş verir? Niyə narkodispanser?
Kult
8 Oktyabr 22:19
Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıldı
Kult
8 Oktyabr 20:41
Ərdoğandan duyğulandıran paylaşım - Foto
Kult
8 Oktyabr 14:47

Axar.az AZRUENآذ