Nazirlik abidələrin ucaldılması qaydasını açıqladı
Heykəllər, büst və barelyeflər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələridir. Dünya şəhərsalma və memarlığında tarix boyu bu sənət nümunələrinin rolu böyük əhəmiyyət kəsb edib. Əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda, bəzən isə ictimai binaların daxilində mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm monumental heykəltəraşlıq abidələri ucaldılır.
Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
"Ucaldılan hər bir monumental əsər vətəndaşlarımızla yanaşı, həm də ölkəmizə səfər edən xarici qonaqlar və turistlərdə də ölkəmiz haqqında fikir formalaşdırır. Bu səbəbdən ölkə ərazisində hər bir abidənin bədii, elmi əhəmiyyəti, onun konsepsiyası, insanlarda yaratdığı təəssürat və s. cəhətləri nəzərə alınaraq ucaldılmalıdır.
Lakin son zamanlar ölkə ərazisində ictimai və tarixi məkanlarda aidiyyəti qurumlarla razılaşdırılmadan müxtəlif abidə, heykəl, büst və barelyeflərin quraşdırılması hallarına təsadüf edilir. Estetik görünüşü və bədii konsepsiyası əksər hallarda yerləşdiyi ərazinin memarlıq görkəminə uyğun gəlməyən həmin abidələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
Abidələrin ümumi görünüşünün qorunub saxlanılması məqsədləri üçün 2009-cu ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ekspert Komissiyası fəaliyyət göstərir.
Bununla əlaqədar bildiririk ki, ictimai yerlərdə monumental abidələrin (heykəl, büst, barelyeflərin) ucaldılması və demontajı ilə bağlı layihələr bu sahədə peşəkar mütəxəssislər tərəfindən bədii və elmi cəhətdən qiymətləndirildikdən sonra Komissiyanın müvafiq rəyinə uyğun olaraq həyata keçirilməlidir", - nazirlikdən qeyd olunub.
Müəllif: Axar.az
Tarix: 24 Sentyabr 15:14
Şərhlər
Digər xəbərlər
Şeyx Əbdül Putinə teleqram göndərdi
Kult
15 Oktyabr 11:10
90 yaşlı aktyor kosmosa uçdu
Kult
14 Oktyabr 17:53
Tural Gəncəliyev niyə ermənicə öyrədir? - Video
Kult
14 Oktyabr 16:39
Deyirlər yenidən yoluxsan, öləcəksən - Şeyx Əbdül
Kult
14 Oktyabr 10:40
“Bakının 30 milyon sərbazı” İranı həyəcanlandırdı
Kult
13 Oktyabr 21:54
Harri Potterin müəllifi uşaqlar üçün yeni kitab yazdı
Kult
13 Oktyabr 16:19
Əhməd Cavad güllələnməyib – Nəticəsi faktları açıqladı
Kult
13 Oktyabr 15:37
Hacı Şahinin İrana "ehtiyatlı" cavabının səbəbi
Kult
13 Oktyabr 15:26
Kəramət Böyükçöl dispanserdə aclıq edir
Kult
13 Oktyabr 00:50
Tiflisdə Borçalı xalçalarının sərgisi açıldı - Foto
Kult
12 Oktyabr 21:13
Azərbaycanın ən gözəl aktrisası... - Foto
Teatr
12 Oktyabr 14:38
Nazirlikdən Nizami guşəsində İran bayrağına - Reaksiya
Kult
11 Oktyabr 17:52
Arif Babayevin vəziyyəti ağırlaşdı
Kult
11 Oktyabr 14:55
"Ozan Məclisi" Kəlbəcərdən yayımlandı - Video
Kult
10 Oktyabr 21:58
Bakıda sərgidə İran bayrağı mübahisəyə səbəb oldu – Foto
Kult
10 Oktyabr 20:39
Bakıda unikal hadisə: bəylə gəlin bura gəldi... – Video
Ədəbiyyat
10 Oktyabr 20:31
Taborun içindəki iki casus necə yaxalandı...
Kult
10 Oktyabr 10:00
Rus jurnalistin Nobel alması ermənilərə “od qoydu”
Kult
10 Oktyabr 09:00
Ankarada “Fulya” filminin təqdimatı keçirildi
Sinema
10 Oktyabr 00:33
“Oxuyur Vətən” Hadrutda - Video
Kult
9 Oktyabr 18:10
Ağakişi Kazımov dəfn olundu
Kult
9 Oktyabr 14:45
Kəramətlə nə baş verir? Niyə narkodispanser?
Kult
8 Oktyabr 22:19
Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıldı
Kult
8 Oktyabr 20:41
Ərdoğandan duyğulandıran paylaşım - Foto
Kult
8 Oktyabr 14:47

Axar.az AZRUENآذ