ADU şəhidlərimizi belə andı - Foto
Azərbaycan Dillər Universitetində (ADU) 27 sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib. Anım tədbirində universitetin əməkdaşları, müəllimləri və tələbələr iştirak edib.
Kult.az xəbər verir ki, universitet rəhbərliyi Ulu öndər Heydər Əliyevin büstünü və ADU şəhidlərinin xatirə lövhəsini ziyarət edərək, unudulmaz xatirələrini ehtiramla yad ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-nun rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, şəhidlərin əziz xatirəsinin daima qəlbimizdə yaşayacağını bildirib:
“Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğullarının çiyinlərində yüksəlir. Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!”
Azərbaycan xalqının müzəffər xalq kimi dünya xalqları içərisində seçildiyini qeyd edən rektor bu tarixi uğura görə şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandan, Prezident İlham Əliyevə borclu olduğumuzu söyləyib. Ulu öndər Heydər Əliyevin başlatdığı siyasətin bu gün də layiqincə davam etdirildiyi bildirilib. Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən Müharibəsindəki cəsarəti, inamı və qətiyyəti hesabına bütün dünya dövlətləri haqq savaşında kimin kim olduğunu gördü. Bu uzaqgörən və müdrik siyasətin nəticəsində haqq savaşımız bir çox ölkələr tərəfindən düzgün qarşılandı. Bu da tarixi uğur idi. Bu uğuru hər kəs öz işində, öz əməlində davam etdirməlidir.
Həmçinin ADU-nun şəhid məzunlarının qəhrəmanlığı, Vətən uğrundan canlarından keçməsi böyük qürur və fəxarətlə qeyd olunub:
“Hər bir şəhid bizim üçün əziz, xatirəsi əbədi və unudulmazdır. Şəhidlər ölməzdir, ruhları bizimlədir, onlar göylərdədir və bizi görürlər. Çalışmaq lazımdır ki, onlara layiq bir ömür sürək və Vətənəmizi qoruyaq. Bu bizim əsas və başlıca vəzifəmiz olmalıdır.”
Tədbir ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrin hazırladığı bədii kompozisiya ilə davam edib.
Müəllif: Kult.az
Tarix: 27 Sentyabr 16:05
Şərhlər
Digər xəbərlər
Elşad Miri Şeyxin ordusunu necə susdurdu? - Video
Kult
17:26
Şəhidlər üçün toy mərasimi? Ağlınız yerindədirmi?
Kult
15:39
Ermənilər Sibirdə Hüseyn Cavidi bu cür öldürüb
Kult
24 Oktyabr 21:53
Fərqanə Qasımova həyat yoldaşı barədə sirləri açdı
Kult
23 Oktyabr 22:40
Pol Uokerin qızına məşhur aktyor toy etdi - Foto
Kult
23 Oktyabr 22:15
Ermənistanın törətdiyi cinayətlər Frankfurt sərgisində
Kult
23 Oktyabr 20:49
Canəli Əkbərovun Azərbaycan mədəniyyətindəki rolu... - Nazir
Kult
23 Oktyabr 15:35
Canəli Əkbərov dəfn olundu - Foto
Kult
23 Oktyabr 14:18
Məşhur aktyor Solovyovu rinqə çağırdı: Kişi kimi döyüşək
Kult
22 Oktyabr 23:58
Ağadadaş Ağayevin səhhəti ilə bağlı son durumu
Kult
22 Oktyabr 23:03
Azərbaycanın sədrliyi ilə QDİƏT-in iclası keçirildi
Kult
22 Oktyabr 19:25
Bolduinin 4 il əvvəlki tviti: Təsadüfən kimisə öldürən...
Kult
22 Oktyabr 15:45
Nizami Gəncəvinin 880 illik yubileyi - Ukraynada konfrans
Kult
22 Oktyabr 15:38
Xudayarsız bir il...
Kult
22 Oktyabr 10:12
ABŞ-ın sensasion planı: İran məhv edilir - Video
Kult
21 Oktyabr 16:05
Ancelina Coli özünü təcrid etdi
Kult
21 Oktyabr 15:48
Canəli Əkbərov komaya düşdü
Kult
21 Oktyabr 14:45
Alim Qasımov Brüsseldə konsert verəcək
Kult
20 Oktyabr 19:38
Kraliça “İlin ən yaşlısı” mükafatını rədd etdi
Kult
20 Oktyabr 15:35
Fəxri ad qalmaqalına nazirlikdən reaksiya
Kult
20 Oktyabr 13:55
Bəhram Bağırzadə səhnəyə “əlvida” deyir... – Müsahibə
Kult
20 Oktyabr 09:31
“Səhnədən səngərə: Qazilər” layihəsinə start verilir
Kult
19 Oktyabr 18:02
Daha bir meyxanaçı saxlanıldı - Səbəb
Kult
19 Oktyabr 16:43
Xoşqədəm Hidayətqızına ARB-də vəzifə verildi
Kult
19 Oktyabr 16:38

Axar.az AZRUENآذ