Azərbaycanın ilk zəfər filmi çəkildi
AzTV-də Vətən müharibəsindəki qələbəyə həsr olunan ikiseriyalı film istehsal olunub.
Kult.az xəbər verir ki, “Beşatılan” adlı filmin hər seriyası 1 saat həcmindədir və bu, Azərbaycanın ilk zəfər filmidir.
Film beş dostun qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad olunması yolunda Şuşaya qədər getmələri, canlarını fəda edərək bayrağımızı Şuşada ucaltmalarından bəhs edir. “Təki Vətən sağ olsun” deyən beş dost Azərbaycanın müxtəlif bölgələrindən - şimal, cənub, şərq, qərb və düşünən beyin, döyünən ürək timsalında olan Bakıdandır. Bu beşlik rəmzi mənada “Beşatılan” adlanır.
Düşmənin üstünə müasir texnika ilə hücuma keçsək də, sonda erməni qaniçəni keçmişin qisası kimi bu “Beşatılan”dan açılan güllə ilə vurulur. “Beşatılan” həm də beş barmağın “Dəmir yumruğ”a çevrilib düşmənin başını əzməsidir. Film Azərbaycan Ordusunun, eyni zamanda, ideoloji cəbhədə də qazandığı uğurlardan bəhs edir.
Çəkilişlər Tərtər, Gədəbəy və Masallı rayonu ərazilərində aparılıb.
Filmin ssenari müəllifləri Firudin Məhərrəmov, Nurəddin Ədiloğlu, quruluşçu rejissoru Elçin Məmiyev, quruluşçu operatoru isə Elşən Bədəlovdur. Filmdə baş rolları Elçin Məmiyev, Anar Şuşalı, Vaqif Kərimov, Əliqulu Səmədov, Lətifə Əliyeva, Flora Hüseynova, Fidan Axundova və s. ifa ediblər.
“Beşatılan”ın 1-ci bölümünə senytabrın 28-də saat 21:50-də, ikinci seriyasına isə sentyabrın 29-da saat 21:50-də Mədəniyyət TV-də baxa bilərsiniz. Filmi canlı olaraq Mədəniyyət TV-nin feysbuk səhifəsindən də izləyə bilərsiniz.
Müəllif: Kult.az
Tarix: 27 Sentyabr 20:19
Şərhlər
Digər xəbərlər
İlham Əliyevin 2025 hədəfi: O, nəyə çalışır?
Kult
18 Oktyabr 21:49
Azərbaycanı birləşdirən simvol: Xudafərin – Zaur Əliyev
Kult
18 Oktyabr 16:00
Bağırzadə: Komadan çıxanda adımı soruşdular, bilmədim
Kult
18 Oktyabr 15:48
Prezident: Qurbana zəng edin, deyin ki...
Kult
18 Oktyabr 14:53
Şahbaz Xuduoğlu Fransanın yüksək ordeninə layiq görüldü
Kult
18 Oktyabr 13:36
Milli Qəhrəman o mahnını arzulayırdı, qisməti olmadı...
Kult
18 Oktyabr 13:30
Qeytsin qızı müsəlmana ərə getdi - Foto
Kult
18 Oktyabr 13:23
Əməkdar jurnalist vəfat etdi
Kult
18 Oktyabr 12:41
Milli filmlərdəki musiqilər yeni aranjimanda
Kult
18 Oktyabr 12:22
Səfir Azərbaycanı Şəhriyarın şeiri ilə təbrik etdi
Kult
18 Oktyabr 10:02
Elməddin Cəfərov efirə qayıdır: Bu şənbədən...
Kult
17 Oktyabr 20:16
“Ölülər” xalq artistinin yubileyinə həsr edildi
Kult
17 Oktyabr 13:11
Şuşa əməliyyatı: duman taboru azdırdı...
Kult
17 Oktyabr 09:00
Türk səfir Suqovuşanda: Dağlar da qardaşdır... - Foto
Kult
16 Oktyabr 15:35
Plagiat, pulla yazılan elmi işlər – Alim açıqladı
Kult
16 Oktyabr 08:45
Şeyx Əbdül Putinə teleqram göndərdi
Kult
15 Oktyabr 11:10
Küçə rəssamının əsəri rekord qiymətə satıldı
Rəsm
15 Oktyabr 10:58
Ağdamda şəhid sinif yoldaşlarımı gördüm… - Aqil Abbas
Müsahibə
14 Oktyabr 22:07
90 yaşlı aktyor kosmosa uçdu
Kult
14 Oktyabr 17:53
Tural Gəncəliyev niyə ermənicə öyrədir? - Video
Kult
14 Oktyabr 16:39
“Dolu-2” filmi çəkilir: ssenari hazırdır
Sinema
14 Oktyabr 16:24
ABŞ-da küçədə Azərbaycan himni səsləndi - Video
Musiqi
14 Oktyabr 11:56
Deyirlər yenidən yoluxsan, öləcəksən - Şeyx Əbdül
Kult
14 Oktyabr 10:40
“Evdə tək”in yeni versiyası sərt tənqidlə qarşılandı
Sinema
14 Oktyabr 10:09

Axar.az AZRUENآذ