Yeni film: Vətən müharibəsinin “Atalar və oğullar”ı
Kult.az Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunmuş “Atalar və oğullar” adlı sənədli filminin ssenari müəllifi Afaq Əhmədova ilə müsahibəni təqdim edir:
- Necə oldu ki, belə bir sənədli film çəkmək qərarına gəldiniz?
- Azərbaycan Televiziyası mütəmadi olaraq Vətən müharibəsi qəhrəmanlarından bəhs edən layihələr hazırlayır. Bu layihə də onlardan biridir.
- Filmin adının Turgenevin əsəri ilə eyni olması diqqətimizi çəkdi. Niyə məhz "Atalar və oğullar"? Məzmun cəhətdən əsərlə yaxınlığı varmı?
- Filmin qəhrəmanları atalar və oğullar olduğu üçün məhz belə bir ad seçdik. Ədəbiyyatda atalar və oğullar adətən problem kimi qabardılır. Qəhrəmanlar mövcud, var olan dəyərləri inkar edir və s. Amma bizim qəhrəman oğullar dəyərlərin varlığını sübut edir. Qəhrəman ataların qəhrəman oğulları. Oğullar Vətəni sevməyi, yurda bağlılığı atalarından öyrəniblər. Eyni məqsədə, eyni amala, eyni fikrə xidmət ediblər. Torpaqlarımızın işğaldan azad olunması üçün atalar və oğullar çiyin-çiyinə döyüşüblər.
- "Atalar və oğullar" sənədli filminin qəhrəmanlarından danışaq...
- Filmin qəhrəmanları, adından da bəlli olduğu kimi, atalar və oğullardır. Atalar Birinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Onların arasında qazi, həmçinin şəhid Milli Qəhrəman da var. Biz onların da döyüş yolundan bəhs etmişik. Ümumi 9 qəhrəmanımız var. Müsahibimiz olan atalardan 3 nəfəri Vətən müharibəsində döyüşlərdə övladları ilə birgə iştirak ediblər. Elşad adlı qəhrəmanımızın isə atası Birinci Qarabağ müharibəsində şəhid olub. Filmdə biz onu həm atasının qisasını almış, həm də torpaqlarımızı azad etmiş qəhrəman kimi canlandırmışıq. Qəhrəman atalarımızdan isə ikisinin övladı Vətən müharibəsində şəhid olub.
- İştirakçılar hansı kriteriyalara uyğun seçilib?
- Qəhrəmanlarımızı filmə çəkməzdən öncə araşdırırıq, rəsmi qurumlarla dəqiqləşdirib, sonra qərar veririk.
- Filmin çəkilişləri harada aparılır? Məkan olaraq xüsusi bir yer seçilib?
- Yaxın 3-4 gün ərzində həm studiyada, həm Hərbi Qənimətlər Parkında, həm də yaxın rayonlardan birində filmin çəkilişləri planlaşdırılıb.
- Sənədli filmin yaradıcı heyəti barədə məlumat verərdiniz...
- Filmin quruluşçu rejissoru Elnur Məmmədov, quruluşçu operatoru Cavid Əliyev, operatorları Seymur İsmayılov və Kamran Soduyevdir.
- Film nə vaxt ekranda yayımlanacaq?
- Filmin çəkilişləri hələ davam edir. 27 sentyabrda təqdim etməyi planlaşdırırdıq. Lakin müəyyən dəyişikliklər oldu. Film 30 sentyabrda Azərbaycan Televiziyasının efirində yayımlanacaq.
Müəllif: Aytəkin Qardaşova
Tarix: 23 Sentyabr 17:38
Şərhlər
Digər xəbərlər
Ağdamda şəhid sinif yoldaşlarımı gördüm… - Aqil Abbas
Müsahibə
14 Oktyabr 22:07
İlk qələbə xəbərini səsləndirən jurnalist danışdı – Video
Müsahibə
27 Sentyabr 12:04
44 gündə diaspor nələr edib? - Xalq rəssamı danışdı
Müsahibə
5 İyul 13:32
Qarabağı heç kimə verməyəcəyik - "Qurdlar Vadisi"nin Güllüsü
Müsahibə
17 Aprel 20:27
Pikassonun qızı Azərbaycan mediasına danışdı
Müsahibə
3 Mart 15:11
Qarabağın bu fotolarını görəndə dəhşətə gəldim - Fotoqraf
Müsahibə
19 Fevral 17:51
Arzum idi, önündə diz çöküb üzr istəyim... - Fərhad Bədəlbəyli
Müsahibə
26 Yanvar 12:42
Suqovuşan azad ediləndə Təpəgözü xatırladım - Xalq yazıçısı
Müsahibə
23 Dekabr 2020 15:40
“Xankəndiyə çatmışdıq, niyə dayandıq” sualının - Cavabı
Müsahibə
7 Dekabr 2020 14:29
Polkovnik Ordumuzun hücum taktikasını açıqladı
Müsahibə
21 Noyabr 2020 13:33
Cəbrayıla bayraq sancan xüsusi təyinatlı - Video
Müsahibə
17 Noyabr 2020 10:18
Karantində maşınımı və bağımı satdım - Xalq artisti
Müsahibə19 Sentyabr 2020 09:17
Topçubaşov və Tağıyevin nəvəsi AzTV-də - Video
Müsahibə17 Sentyabr 2020 21:13
Anar: Qarabağ MV qarşılığında bunu təklif etdim - Video
Müsahibə13 Sentyabr 2020 22:29
Bağırzadə: Allah məni iyulun 2-də dünyaya qaytardı
Müsahibə4 Sentyabr 2020 19:01
Leyla Əliyevanın Rasim Balayevlə - Müsahibəsi
Müsahibə
31 Avqust 2020 21:11
Şəhid polkovnikin xanımı faktları açdı - Müsahibə
Müsahibə
12 Avqust 2020 16:45
Rüstəm Behrudi karantini pozub, ova getdi... - Foto
Müsahibə
7 Avqust 2020 01:37
Aprel savaşını yox, “kafe, bar, qız” çəkirlər – Xalq artisti
Müsahibə
2 Avqust 2020 12:25
10 yaşımda Amaliya Pənahovaya aşiq oldum – Foto
Müsahibə
20 İyul 2020 23:45
Atam rəhmətə gedib, Müşfiqi də mənimsəyiblər - Müsahibə
Müsahibə
23 İyun 2020 10:06
AMEA əməkdaşlarının korona ilə bağlı şeir yazması... - Rəsmi
Müsahibə
12 İyun 2020 16:56
Rüstəmxanlı naşirin qətlindən danışdı: Ağlıma gəlməzdi ki...
Müsahibə
31 May 2020 14:25
Mən karantində deyiləm – Vilayət Quliyev
Müsahibə
21 Aprel 2020 23:20

Axar.az AZRUENآذ