Niderlandda Rəşid Behbudova həsr olunan marka... - Foto
Niderlandda dünya şöhrətli sənətkar Rəşid Behbudova həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.
Axar.az xəbər verir ki, bu barədə R.Behbudovun qızı Rəşidə Rəşid məlumat yayıb.
O bildirib ki, marka 2004-cü ildən Niderlandda yaşayan, fəal diaspor nümayəndələrindən olan həmyerlimiz Səltənət Rəvanqızının müəllifi və sponsoru olduğu "Azərbaycan inciləri" layihəsi çərçivəsində buraxılıb:
“Niderland qanunlarına əsasən, vətəndaşlar dövlət səviyyəsində poçt markalarının buraxılmasını sifariş edə bilərlər. Bunun üçün markanın məzmunu haqqında lazım olan dövlət orqanlarına məlumat verilir və bu məlumatlar yoxlanıldıqdan sonra markanın çapına icazə verilir.
"Azərbaycan inciləri" çərçıvəsində buraxılan markalar artiq PostNL sistemində geniş istifadə olunur və hətta ABŞ, İsrail, Azərbaycan və digər ölkə poçtlarında da tətbiq olunur”.
Qeyd edək ki, Səltənət Rəvanqızı Bakıda doğulub. Uşaq yaşlarından rəqslə məşqul olub. Məşhur “Cücələrim” və “Çinar” ansambllarında çıxış edib. Bakı Xoreoqrafiya Məktəbində xalq artisti, əfsanəvi rəqqasə və xoreoqraf Əminə Dilbazının sinifində təhsil alıb. 1992-ci ildə Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsini fərqlənmə ilə bitirib.
O, 2004-cü ildə peşəkar futbolçu ilə ailə quraraq Niderlanda köcüb.
Niderlandda Azərbaycan diaspor təşkilatının fəaliyyətində aktiv iştrak edən Səltənət Rəvanqızı eyni zamanda rəqs müəllimi kimi fəaliyyət göstərir.
Müəllif: Axar.az
Tarix: 23 Sentyabr 01:35
Şərhlər
Digər xəbərlər
ABŞ-da küçədə Azərbaycan himni səsləndi - Video
Musiqi
14 Oktyabr 11:56
“Sarı gəlin” Qarabağa qayıtdı – Foto
Musiqi
8 Oktyabr 11:02
Tatlısəs Belarusdakı konsertdən 3 milyon qazanacaq
Musiqi
3 Oktyabr 10:42
Alim Qasımov iranlı xanəndə ilə konsert verir
Musiqi
30 Sentyabr 14:56
Anım Gününə yeni mahnı həsr olundu - Video
Musiqi
26 Sentyabr 19:37
Azərbaycanın Avroviziya-2022-də iştirakı təsdiqləndi
Musiqi
20 Sentyabr 14:34
Mehriban Əliyeva Milli Musiqi Günündən yazdı
Musiqi
18 Sentyabr 16:00
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir - Foto
Musiqi
18 Sentyabr 15:48
Məşhur rusiyalı müğənni Bakıda konsert verəcək
Musiqi
17 Sentyabr 11:51
Beynəlxalq Bakı Caz Festivalı açıq elan olundu
Musiqi
10 Sentyabr 22:16

Axar.az AZRUENآذ