ABŞ Ermənistanda Kremli məğlub etdi - Dağlı
Ermənistanda keçirilən parlament seçkilərində Paşinyan qalib gəldi. Nəticə Ermənistan qədər Rusiya, ABŞ, Azərbaycan və Türkiyəni maraqlandırır.
Axar.az xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Taha Dağlı deyib.
O bildirib ki, Qarabağ məğlubiyyəti Qərb tərəfindən dəstəklənən Paşinyanla rusiyapərəst erməni müxalifləri arasında dərin bir uçuruma səbəb oldu:
“Rusiya tərəfindən dəstəklənən Ermənistan ordusu Paşinyana qarşı çevriliş etməyə çalışdı. Nəticədə Paşinyan böhranı özü üçün yaxşı idarə etdi, erkən seçki qərarı verdi. Bir növ bu seçkiləri Qərblə Rusiya arasındakı mübarizənin əks olunması da adlandırmaq olar. Çünki bu, ABŞ administrasiyasının dəstəklədiyi Paşinyanla Rusiyanın dəstəklədiyi Köçəryanın qarşı-qarşıya gəldiyi bir seçki idi. Paşinyan qalib, Rusiya məğlub oldu. Moskva Qarabağ müharibəsində istədiyini almışdı. Rusiya Qarabağa sülhməramlı qüvvə adı altında əsgərlərini göndərdi, ancaq Rusiyanın Ermənistanda ağalıq iddiası qarşısında bir Paşinyan maneəsi var idi və seçkilərin nəticəsi göstərdi ki, bu maneə bir müddət qalacaq”.
T.Dağlının sözlərinə görə, Rusiya bölgəni “arxa baxçası” kimi görür:
“Rəsmi Moskva Ermənistan-Azərbaycan münaqişəsini son 30 ildir demək olar ki, təkbaşına idarə edirdi. Bu status-kvo pozuldu. Azad olunan Qarabağda "sülh gücü" adı altında mümkün itkinin qarşısını aldılar. Ancaq Paşinyanın rəhbərlik etdiyi Ermənistan Rusiyanın tam nəzarətində deyil. Ermənistanda Paşinyanın davam etməsi xüsusən ABŞ faktoruna görə Rusiyanın hərəkət sahələrini məhdudlaşdıra bilər. Misal üçün Zəngəzur dəhlizi. Rusiya bu dəhlizin vacib nöqtəsi olan Sünik şəhərində hərbi baza yaratmağa çalışır. Bu bazanın qarşısında ən böyük maneə Paşinyandır. Çünki ABŞ bu dəhlizdə qalıcı Rusiya hərbi varlığının əleyhinədir. Paşinyanın qazandığı seçkiləri də Bayden effekti kimi qiymətləndirə bilərik. ABŞ Prezidentinin 24 aprel tarixindəki soyqırım böhtanı Paşinyan üçün Qarabağ məğlubiyyətindən sonra itirdiyi nüfuzun əvəzini çıxarmaq üçün vacib bir hədiyyə oldu. Rusiya Qarabağ prosesində bitərəf qalmaqla Paşinyanı cəzalandırmağa üstünlük verdi. Əlbəttə ki, birbaşa Azərbaycan və Türkiyə ilə üz-üzə gəlmək istəmirdilər. Ancaq aydındır ki, Qarabağ müharibəsində Paşinyan yox, Köçəryan Ermənistanın başında olsaydı, ruslar hər şeyə rəğmən səs-küy salmaqdan əl çəkməzdilər. Paşinyan kimi bir fiqurun Türkiyəyə və Azərbaycana çox böyük zərər verəcəyini söyləmək çətindir. Bu mənada Paşinyanın davam etməsi Azərbaycan üçün mənfi vəziyyət yaratmır. Əksinə, Rusiyanın dəstəklədiyi Köçəryanın qələbəsi Qarabağa yeni hücum cəhdlərini tətikləyə bilərdi. Köçəryan Ermənistandakı parçalanmaya səbəb ola bilərdi”.
Müəllif: Gülnarə Kazımova
Tarix: 22 İyun 13:48
Digər xəbərlər
15 meşə yanğını davam edir - Ərdoğan
Planet
22:44
Türkiyədə daha bir rayonda meşə yanğınları başladı - Video
Planet
21:58
ABŞ əfqanları ölkəni tərk etməyə təşviq edir - Taliban
Planet
21:30
FES faiz dərəcəsinin artırılacağı tarixi açıqladı
Planet
21:21
Bayden Obamanı təbrik etdi: Qardaşım...
Planet
21:12
ATƏT-dən Rusiyaya "sürpriz": Müşahidəçi göndərməyəcək
Planet
20:54
Bir ay ərzində evlərimiz tikiləcək - Çavuşoğlu
Planet
20:36
Paşinyan İrana səfərə gedir
Planet
20:09
Rusiyadakı yanğının tüstüsü Monqolustana çatdı
Planet
19:33
Türkiyədə son durum: yanğın Amosa doğru irəliləyir
Planet
18:48
Livanın köməyə və dəstəyə ehtiyacı var - Aun
Planet
18:40
Türkiyədə güclü zəlzələ baş verdi
Planet
18:06
Füzulidə daha bir erməni əsgərin meyiti tapıldı
Planet
17:34
Banqladeşdə toya ildırım düşdü: 16 ölü
Planet
17:05
Türkiyədə baş verən yanğınların infoqrafikası
Planet
16:50
Bu ölkədə 40 nəfər edam olundu
Planet
16:28
İsrail Livanın raket zərbəsinə artilleriya ilə cavab verdi
Planet
15:14
Əfqanıstanlı nazirin evinə hücumu onlar edibmiş
Planet
14:46
Dənizli-Marmaris yolunda yanğın söndürüldü – Foto
Planet
14:39
Ukraynada parlament binasında bomba həyəcanı
Planet
14:00
Türkiyə heç kimin gözləmə otağı deyil - Altun
Planet
13:53
Makrondan ermənilərə: Həmişə yanınızdayıq
Planet
12:46
Avropada iki sərnişin qatarı toqquşdu: ölü və yaralılar var
Planet
12:34
Suriyada hərbçilər olan avtobus partladıldı
Planet
11:58

Axar.az AZRUENآذ