Azərbaycanda koronanın səbəb olduğu psixoloji problemlər
Axar.az Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov COVID-19 virusunun insan psixologiyasına təsiri barədə müsahibəsini təqdim edir:
- COVID-19 virusunun insan psixologiyasına təsiri necədir?
- Təbii ki, COVID-19 pandemiyası sağlam insanların psixikasına həddən artıq neqativ təsir göstərib. Pandemiyanın bu neqativ təsiri bəzi hallarda, məsələn COVID-19 xəstəliyini ağır keçirmiş və ya yaxınını itirmiş şəxslərdə bilavasitə müşahidə olunub. Digər hallarda isə dolayı yolla, iqtisadi və sosial problemlərlə, həmçinin çox sayda insanların həyat tərzinin dəyişməsi nəticəsində baş verib. Bu psixoloji nəticələrin bir çoxu pandemiya bitdikdən sonra da uzun müddət davam edir. Məsələn, müəllimlərin çoxu ilə müsahibə zamanı onlar onlayn təhsilə keçdikdən sonra şagirdlərin müvəffəqiyyətinin və dərslərə münasibətinin pisləşdiyini qeyd edirdi. Buraya həmçinin uzunmüddətli psixoloji nəticələri ola biləcək dərnək, kurs, idman seksiyalarının ilyarım müddətinə bağlanması da aid edilə bilər. Prinsipcə, neqativ təsirlər haqqında çox yazılıb. Buna görə də, nə qədər paradoksal səslənsə də, mən bir neçə müsbət aspekti qeyd etmək istərdim. Birincisi, bir çox insanlarda dəyərlər sistemi dəyişib. Xüsusilə, ailə və dost münasibətlərinin əhəmiyyəti artıb və eyni zamanda düşünülməmiş istehlak və göstərişlə bağlı davranışların sayı azalıb. İkincisi, insanların psixologiyasında sağlamlıq və təhsillə bağlı məsələlər üstünlük təşkil etməyə başladı. Nəhayət, cəmiyyətin psixoloji resursları və infeksion xəstəliklər, gigiyenik normalara riayət hallarının sayı artdı. Yadınızdadırsa, ilk əvvəldə COVID-19 haqqında çox sayda əsassız fikirlər yaranmışdı, bir çoxu pandemiyaya ümumiyyətlə inanmırdı. İndi isə, praktik olaraq hər kəs bu məsələdə “mütəxəssis” olub.
- COVID-19 pandemiyasının səbəb olduğu hansı psixoloji problemlər daha çox özünü büruzə verib?
- Əhalinin müxtəlif qrupları fərqli psixoloji problemlər yaşayır. Məsələn, COVID-19 səbəbindən həyatını itirmiş şəxslərin qohumlarında çox zaman uzunmüddətli depressiya qeydə alınır. COVID-19 ağır keçirmiş şəxslərdə posttravmatik stress pozuntusu yarana bilər. Koronavirus xəstəxanalarının ağır şərtlərində çalışan bir çox həkim və tibb işçilərində “peşə tükənməsi sindromu” müşahidə edilə bilər. Ağır fiziki xəstəliyi olan və yaşlı şəxslərdə çox halda təşvişli-fobiya pozuntusu qeydə alınır. Psixi pozuntusu olan şəxslərdə simptomların ağırlaşması baş verə bilər. İşsiz qalmış və uzun müddət karantində olan şəxslərdə adaptasiya pozuntusu yaranır. Bir neçə gün öncə mən pandemiya dövründə psixi sağlamlıq problemlərinə həsr olunmuş videokonfransda iştirak etmişəm. Bu konfransda pandemiyanın psixi sağlamlığa təsirinin qarşısının alınması üzrə 2021-2025-ci illər üçün Avropa Fəaliyyət Planı qəbul edilib.
- İnsanların psixoloji vəziyyətinə ən çox təsir edən daha bir məqam da qoxu və dadbilmənin itməsi ilə baş verən panika hallarıdır. Bu zaman nə etmək lazımdır?
- İybilmə və dadbilmənin itirilməsi KİV-də ən çox adı çəkilən COVID-19 əlamətləridir və buna görə də onların yaranması insanlarda panikaya səbəb olur. Lakin bu məsələyə tənqidi yanaşsaq, müşahidə edə bilərik ki, bir çox halda bu simptomlar keçib gedir və qoxu və dad hissiyyatı tam şəkildə bərpa olunur. Prinsipcə, bu əlamətlər saturasiyanın düşməsi və ya sitokin “hücumu” ilə müqayisədə kifayət qədər “zərərsizdir”. Nəhayət, iybilmə və dadbilmənin pozulması bir çox soyuqdəymə halları üçün xarakterikdir. Həmçinin yadda saxlamaq lazımdır ki, panika vəziyyəti qoxu və dad hissiyyatının bərpasına kömək etmir, lakin COVID-19 əlamətlərini dərinləşdirir. Bu səbəbdən də, təşviş keçirmək əvəzinə, dərhal müayinə olunmaq və ehtiyac olduqda müalicə almaq lazımdır.
- COVID-19 vaksininə qarşı insanlarda bəzən qorxu hissi hiss olunur. Bununla necə mübarizə aparmaq olar?
- Sözün düzü, mən hələ də başa düşə bilmirəm ki, insanlardan vaksinasiyadan niyə qorxur. Birincisi, 3 yaşına qədər hər bir uşaq müxtəlif xəstəliklərlə bağlı ən azı 7 peyvənd olunur. Bunun sayəsində dünyada çiçək, difteriya demək olar ki, itib, vərəm, poliomielit, göyöskürək, qızılca ilə xəsətələnmə isə xeyli azalıb. İkincisi, vaksinasiyanın ağırlaşması riski ağır COVID-19 ilə xəstələnmə ehtimalını azaldır. Bundan əlavə, kollektiv immunitet əldə olunması pandemiyanın qarşısını ala bilər. Kollektiv immunitet ya insanların çoxu COVID-19 ilə xəstələnsə, ya da vaksinasiya olunsalar formalaşa bilər. İkinci variant şübhəsiz ki, daha məqsədəuyğundur. Mən məhdudlaşdırıcı tədbirlərin tərəfdarı deyiləm, lakin hesab edirəm ki, bu məsələdə prinsipiallıq göstərilməlidir. Əgər insan normal həyat yaşamaq istəyirsə, normal təhsil almaq və ya işləmək, ictimai tədbirlərdə iştirak etmək, idmanla məşğul olmaq, yığıncaqlarda görüşmək istəyirsə, məsuliyyət nümayiş etdirməli və peyvənd olunmalıdır. Əlbəttə, peyvəndləmə könüllü aparılır, bu hər kəsin sərbəst seçimidir. Lakin peyvəndləmədən imtina etdiyi halda o, evdə qalmalı və özünün və ətrafdakıların yoluxmasından yayınmalıdır.
Müəllif: Axar.az
Tarix: 22 İyun 12:40
Digər xəbərlər
Bu regionlarda böyrək daşı xəstəliyi daha geniş yayılıb
Sağlıq
22:34
Kondisioner bu xəstəliklərə səbəb olur – Xəbərdarlıq
Sağlıq
13:38
Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək
Sağlıq
13:15
40 yaşdan yuxarı hər kəs içsin - Sağlamlıq iksiri
Sağlıq
00:08
Delta ştammı yoluxuculuqda suçiçəyi ilə eynidir - Alimlər
Sağlıq
3 Avqust 16:43
Pandemiya nə vaxt bitəcək? - ÜST rəsmiləri
Sağlıq
3 Avqust 09:57
Ölkəmizdə peyvənd olunanların sayı açıqlandı
Sağlıq
2 Avqust 17:06
Pandemiyanın qarşısını almaq üçün peyvənd yetərli deyil
Sağlıq
1 Avqust 02:15
Pandemiyanın IV dalğası ölkəmizə da gələ bilər - Həkim
Sağlıq
31 İyul 16:14
Koronavirusun ölümcül ştammı yarana bilər
Sağlıq
31 İyul 13:19
Polikistik yumurtalıq sindromu barədə nə bilirik?
Sağlıq
29 İyul 10:25
Fransalı həkim koronavirusdan qorunmağın sirrini açdı
Sağlıq
29 İyul 00:58
Dönərdən yoluxa biləcəyiniz qurd - Exinokokk
Sağlıq
28 İyul 02:07
Bu halda heç bir dərman sizi virusdan qorumaz - Həkim
Sağlıq
27 İyul 13:22
Ən təhlükəsiz ağrıkəsici dərman
Sağlıq
27 İyul 02:05
Aygün Ay: Kök hüceyrənin tətbiqi xanımları 10 il cavanlaşdırır
Sağlıq
25 İyul 16:57
Delta ştammı ən çox bu şəxslərə təsir edəcək
Sağlıq
25 İyul 13:55
Bu mənzillərdə yaşamaq psixi xəstəliklər yaradır
Sağlıq
25 İyul 01:35
Alimlər sinə xərçənginə tam qalib gəldi
Sağlıq
24 İyul 13:50
Qocalmanı ləngidən unikal meyvə
Sağlıq
23 İyul 00:02
Koronanı 70% yox edən meyvə - Ölkəmizdə bitir
Sağlıq
22 İyul 15:45
Yüksək təzyiqlə səhv salınan 5 xəstəlik
Sağlıq
19 İyul 18:17
Peyvənd olunanların sayı açıqlandı
Sağlıq
18 İyul 18:11
Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
Sağlıq
18 İyul 17:55

Axar.az AZRUENآذ