Bəşirqızıdan Azər Paşa Nemətə: Abutalıbov kimi...
Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Neməti Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırıb.
APA-nın məlumatına görə, A.Bəşirqızı jurnalistlərə açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının bu gün keçirilən konfransında oturmağı özünə layiq bilmədiyini qeyd edib.
"Ona görə də tədbiri yarımçıq tərk etdim. Mən Cənab Prezidentin dünənki çıxışından sitat gətirmək istəyirəm. O, yaşı 70-dən yuxarı olan məmurları Hacıbaba Abutalıbovdan nümunə götürməyi məsləhət gördü, mən də Azər Paşa Nemətə bunu tövsiyə edirəm", - deyə A.Bəşirqızı vurğulayıb.
Xalq artisti Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətini tənqid edərək deyib ki, İttifaqın nəyə xidmət etdiyi naməlumdur:
"Aktyorların hamısının ad almaq imkanı yoxdur. Ona görə də həyat şəraitləri pisdir. Cənab Prezidentin qərarı nəticəsində onların aylıq əmək haqları artırıldı. Lakin əmək haqqı ilə sosial problemləri həll etmək mümkün deyil. Buna görə də Azərbaycan Teatr Xadimləri İttifaqı aktyorların problemləri ilə məşğul olmalıdır. Əvvəllər teatrda sənətkar sexləri var idi. İndi bunların heç biri qalmayıb. Biz tamaşalar üçün ayaqqabıları Gürcüstandan alıb gətiririk. Halbuki qabaqlar İttifaqın tərkibində sexlər fəaliyyət göstərirdi. Teatrlar Xadimləri İttifaqına istər Mədəniyyət Nazirliyi tərəfindən ayrılan vəsait, istərsə də icarəyə verdikləri "İstanbul" restoranından gələn gəlirlər hara gedir? Teatr Xadimləri İttifaqının rəhbəri adi aktyorların taleyini düşünməli, onların sosial problemlərini həll etməyə çalışmalıdır".
A.Bəşirqızı teatr mühitində baş verən problemlərlə bağlı Azərbaycan Prezidentinə müraciət etdiyini diqqətə çatdırıb: "Mənim o sözlərimdə heç bir yalan yoxdur və mən Cənab prezidentin reaksiyasını gözləyirəm".
Müəllif: Kult.az
Tarix: 22 Oktyabr 2019 13:33
Şərhlər
Digər xəbərlər
Azərbaycanda bu teatrın direktoru işdən çıxarıldı
Teatr
30 Oktyabr 12:06
Noyabrın sonuna qədər bütün biletlər satılıb - Lalayev
Teatr
29 Oktyabr 17:42
Azərbaycanın ən gözəl aktrisası... - Foto
Teatr
12 Oktyabr 14:38
“Azərbaycan Opera İnciləri” filmi təqdim edildi
Teatr
23 Sentyabr 21:33
Pandemiya şəraitində ilk tamaşa nümayiş olundu
Teatr
21 Sentyabr 19:58
Bu teatrdan tamaşaçılara müraciət: Hazırıq!
Teatr
6 Sentyabr 20:30
Teatrlar nə vaxt fəaliyyətini bərpa edəcək?
Teatr
23 Avqust 22:14
Millət vəkili pantomim aktyorumuzu təbrik etdi – Foto
Teatr
20 Fevral 20:35
"Bu şəhərdə" Mir Şahini parodiya etdi - Foto
Teatr
18 Avqust 2020 19:07
“Bu şəhərdə” Ramin Bayramlını parodiya etdi - Video
Teatr
6 Avqust 2020 11:53
Türkiyə korona peyvəndinin istehsalına başladı
Teatr
2 İyun 2020 16:56
Axundovun ömrünü 10 il “uzadan” xəbər...
Teatr
10 Mart 2020 11:31
“Yuğ”da “Şok” olacaq
Teatr
8 Fevral 2020 11:02
Təbrizdə “Apardı sellər Saranı”... – Foto
Teatr
4 Fevral 2020 13:08
“Ağ bığlılar” yenidən səhnədə...
Teatr
7 Yanvar 2020 09:44
“Mənəm, mən...” tamaşasının premyerası baş tutdu
Teatr
28 Dekabr 2019 11:09
Musiqili Teatrda "Bərabərlik" təqdim edildi - Foto
Teatr
3 Dekabr 2019 19:59
Bəşirqızıdan Azər Paşa Nemətə: Abutalıbov kimi...
Teatr
22 Oktyabr 2019 13:33
Azərpaşa Nemətov yenə sədr seçildi
Teatr
22 Oktyabr 2019 12:07
Tiflisdəki Azərbaycan teatrından ürəkdağlayan - Fotolar
Teatr
14 Oktyabr 2019 00:20
Bakıda operaya dəvətlər niyə ləğv edildi? – Müəmma
Teatr
27 Sentyabr 2019 11:34
Peşəkar milli teatrın 147-ci mövsümü başlandı - Foto
Teatr
17 Sentyabr 2019 19:25
Gənc Tamaşaçılar Teatrının tavanı niyə çökdü?
Teatr
17 Sentyabr 2019 12:22
Nazirdən Fəxrəddin Manafovla bağlı - Açıqlama
Teatr
12 Sentyabr 2019 23:27

Axar.az AZRUENآذ