Əməliyyat: ata və oğlu saxlanıldı - Video
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat tədbiri keçirilib.
Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat nəticəsində müəyyən olunub ki, Şəmkir rayon sakinləri Vaqif Əhmədov və oğlu Nicat Əhmədov Gəncə şəhər sakini Orxan Quliyevdən aldıqları mənşəyi məlum olmayan spirt və qapaqlardan istifadə etməklə saxta içkilər hazırlayıblar. Daha sonra bu şəxslər həmin spirtli içkilərin Tərtər rayon sakini Bəxtiyar Əzimzadənin vasitəçiliyi ilə respublikanın rayonlarında fəaliyyət göstərən topdansatış mərkəzləri, marketlər, restoranlar və digər obyektlərdə satışını təşkil ediblər.
Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Gəncə və Şəmkir şəhərlərində adları sadalanan şəxslərə məxsus saxta spirtli içkilərin hazırlandığı sex və anbarların fəaliyyət göstərdiyi ünvanlara da baxış keçirilib. Həmin obyektlərdən xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, çoxsaylı etiketlər, qapaqlar, boş şüşə qablar, keyfiyyətsiz, istifadəyə yararsız saxta spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə tam yararsız olmaqla bərabər insan sağlamlığı üçün də olduqca təhlükəlidir.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin üzvləri olan Vaqif Əhmədov, Orxan Quliyev və Bəxtiyar Əzimzadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd olunan hüquqazidd əməllərin tam və hərtərəfli araşdırılması, habelə, təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sonda qeyd edək ki, Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra davam etdirəcəkdir.
Müəllif: Axar.az
Tarix: 22 İyun 12:52
Digər xəbərlər
FHN batma təhlükəsi ilə üzləşən 5 nəfəri xilas etdi
Toplum
22:57
Canlı yayımda damarlarını kəsən qazi xilas edildi - DİN
Toplum
22:57
Daşkəsəndə içki məclisində qan töküldü
Toplum
22:16
Polis 40 nəfəri restorana buraxmadı
Toplum
20:45
Çətənənin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı
Toplum
20:27
Peyvənd olunanların sayı açıqlandı
Toplum
20:18
Ölkədə koronaya yoluxma sayı minə yaxınlaşdı
Toplum
20:00
Əri tərəfindən öldürülən qadının uşaqları ilə bağlı məlumat
Toplum
19:51
MTRŞ müsabiqənin nəticələrini açıqladı
Toplum
19:24
Məktəblər sentyabrda açılacaq? - Nazir
Toplum
19:06
FHN-dən Yardımlıdakı yanğınla bağlı - Açıqlama
Toplum
18:57
Nazirdən müəllimlərə daha bir xoş xəbər
Toplum
18:31
Bəzi ixtisaslar üzrə 10 mindən çox yeni yer ayrıldı
Toplum
17:58
General ordunun döyüşə hazırlıq səviyyəsini yoxladı
Toplum
17:52
Ağsuda toy təşkilatçısı cərimələndi
Toplum
17:49
Zakir Həsənov Qarabağda yeni hərbi hissədə - Foto
Toplum
17:43
Bakı, Sumqayıt və Abşeronda vakant müəllim yerlərinin sayı...
Toplum
17:40
Ancaq polis görəndə tibbi maskanı qaldırırlar - DİN
Toplum
17:26
ABŞ-dan ölkəmizə quş ətinin gətirilməsinə icazə verildi
Toplum
17:20
“Azəriqaz” “Açıq mikrofon” aksiyasına start verdi
Toplum
17:12
Bakıda orta aylıq əmək haqqı nə qədərdir?
Toplum
16:35
Ünvanlı dövlət sosial yardımının məbləği artdı
Toplum
16:17
Eldəniz Səlimov Kürdəxanı təcridxanasına yerləşdirildi
Toplum
16:10
Türkiyəyə gedənlər, təşvişə düşməyin! - Agentlik
Toplum
15:45

Axar.az AZRUENآذ