Zakir Həsənov NATO generalı ilə görüşdü
İyunun 22-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Z.Həsənov Azərbaycan-NATO əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və hərbi qulluqçularımızın Əfqanıstandakı “Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni diqqətə çatdırıb.
Müxtəlif sahələrdə aparılan Azərbaycan-NATO əməkdaşlığının əsas məqsədinin Avro-Atlantik məkanda, həmçinin dünya miqyasında vahid təhlükəsizlik sisteminin yaradılmasında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılması olduğunu qeyd edən Müdafiə naziri bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Öz növbəsində diviziya generalı M.Tokel Alyansın Azərbaycanı etibarlı tərəfdaş hesab etdiyini xüsusi qeyd edib. O, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Müəllif: Axar.az
Tarix: 22 İyun 13:36
Digər xəbərlər
Samuxda restoran sahibi cərimələndi: 30 nəfər toya buraxılmadı
Toplum
21:13
Bakı-Pirşağı-Sumqayıt qatarında gecikmə
Toplum
20:21
Şəmkirdə bacıoğlu dayısını qətlə yetirdi
Toplum
19:45
Ceyhun Səfərov “Azəriqaz”dan getdi
Toplum
19:27
Bədənin vaksinə reaksiya verməsi... - Nazirlik
Toplum
18:22
Repetitorlardan korona pasportu tələb olunacaq?​​​​​
Toplum
18:13
Qarabağda tikiləcək tunellər: Ən böyüyü burada olacaq
Toplum
17:46
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
Toplum
17:40
Hava şəraiti ilə bağlı daha bir – Xəbərdarlıq
Toplum
17:20
Laçın, Xocavənd və Naxçıvan istiqamətlərində atəş... - MN
Toplum
17:14
Peyvənd olunanların sayı açıqlandı
Toplum
17:07
Xanımlar "patı"dan buna görə istifadə edirmiş - Açıqlama
Toplum
16:54
“Nar+” tətbiqi ilə abunəçilər balanslarını avtomatik artıra biləcək
Toplum
16:48
Koronaya yoluxanların sayı açıqlandı
Toplum
16:43
Həftəsonu ictimai nəqliyyat niyə bərpa edilmir?
Toplum
16:16
Azərbaycanda teatr və kinoteatrlar açılır? – Rəsmi
Toplum
15:56
Bu halda qapanmaya getməyə məcbur olacağıq - Mövsümov
Toplum
15:52
İsmayıllıda sürücü yol polisini döydü
Toplum
15:48
AZAL Qarabağda ilk dəfə radioçağırış siqnalları aldı
Toplum
15:42
Azərbaycan quru sərhədlərini açılır? - Rəsmi
Toplum
15:38
Operativ Qərargah yenidən toplandı - Video
Toplum
15:36
Peyvənd vurdura bilməyənlərin nəzərinə!
Toplum
15:35
Bərbərxana və gözəllik salonlarında işləyənlərin nəzərinə!
Toplum
15:28
Korona pasportu tələb olunan sahələr genişləndiriləcək
Toplum
15:23

Axar.az AZRUENآذ